34
gələn bu təlim eramızın II
əsrində dinə çevrilmişdir
Lao– tszı
(b. er. əv. VI əsrin ikinci yarısı və V əsrin birinci yarısı) daosizm fəl-
səfəsi məktəbinin banisi olmuşdur. Filosofun əsas ideyası odur ki, insanların və tə-
biətin həyatı «səma iradəsi» ilə idarə olunmur, müəyyən yolla– dao ilə getməkdə-
dir.
Dao
– şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansi-
yası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı («qoca müəllim») belə hesab edirdi
ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir.
Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir.
Insan şeylərin təbii gedişinə qarışmamalıdır. Işə qarışmamaq, yaxud «hərəkətsiz-
lik» (u vey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələb-
lərindən biridir. Bu, «təbiiliyə əməl edilməsi» deməkdir. Bu, adamların həm sosial,
həm
də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir.
Lao– tszının ideyaları təxminən b.er.əv. IV– III əsrə aid edilən «Dao– de tszin» ki-
tabında ifadə olunmuşdur. Kitabda aşağıdakı anlayışlar işlədilir:
De– daonun insanların davranışının, həmçinin şeylərdə predmetləşmiş konkret
təzahürüdür.
Tsi– daonun predmetləşməsi nəticəsində yaranan xırda maddi hissəciklərdir.
Yüngül, işıqlı tsi hissəcikləri kişi başlanğıcı– yan– ı yaradır, ağır, qaranlıq hissəcik-
lər isə qadın başlanğıcı in– i yaradır. Bu iki başlanğıcın çulğalaşması nəticəsində
daoistlərin fikrincə dün-yada olan bütün şeylər yaranır. Öz inkişafında bir sıra
tsikl-
ləri ke-çən «hər bir şey öz kökünə qayıdır, yəni ilkin hissəciklərə bölünür».
Jen– insansevərlik.
Li– ritual.
Daoistlərə görə, adamların ilkin təbiətlə vəhdətinə qayıdışı, sənətdə və əkinçi-
likdə əmək
alətlərindən imtina edilməsi, mürəkkəb ictimai təşkilatlardan–
dövlət-
dən, siniflərə bölgüdən, alimlər təbəqəsinin müdrikliyindən
imtina onlara sakit,
xoşbəxt həyat keçirməyə imkan verər. Lao– tszı sosial gərginliyin səbəbkarı kimi
hakimiyyət hərisləri olan eqoist müdrikləri sayırdı. Onları adamların arasında çax-
naşma salan adlandıraraq müdriklərə hörmət olunmasından imtina etməyi məsləhət
görürdü. O, müdriklərə hörmət edilməməsini xalqın itaətə
gətirilməsinin yeganə
şərti hesab edirdi.
Ümumiyyətlə, daosizmdə dialektik ideyalar, idrak təlimi, etik və sosial– siyasi
baxışlar mühüm yer tutmuşdur.
Dostları ilə paylaş: