«hər şey birdir. Bütün varlıqlar Yeganənin təzahürüdür». Hər şey birdir–bu, fəlsəfədə ilk söz idi ki, bəşəriyyətə onun birliyi, vahidli- yi, azadlığı elan olunurdu. Bu ümumbirliyin elan edilməsi ideyası insaniyyətçili-
yin başlanğıcı idi. Hər bir insan hətta allahın köməyi olmadan hər şey edə bilər.
Qeyd etmək lazımdır ki, heç bir fəlsəfə Qərb dünyasına Hind fəlsəfəsi qədər təsir
göstərməmişdir. Bu, təkcə ekzotika deyil, insanın yaşaması üçün müalicə resepti-
dir. Təsadüfi deyildir ki, çox vaxt görkəmli alim və yazıçılar hind xalqını filosof
xalq adlandırmışdır.
Çin fəlsəfəsi. Qədim Çində, xüsusilə quldarlıq cəmiyyətinin formalaşdığı
dövrdə (e.ə. VIII–VI əsrlərdə) ideologiyada iki tendensiya hökm sürürdü. Bunlar
mühafizəkar və mütərəqqi, mistik və materialist xətlər idi. Bu iki tendensiya arasın-
da gedən mübarizə gedişində 5 dünya elementi (metal, ağac, su, od, torpaq) haqqın-
da sadəlövh materialist ideyalar getdikcə daha geniş şəkildə yayılırdı. Həmin dövr-
də, eyni zamanda iki zidd başlanğıclar (in və yan), təbii qanun (dao) və. s. haqqında
II– I minilliklərin mövcud biliklərinin ümumiləşdirilməsi nəticəsi kimi təsəvvürlər
geniş yayılmışdır.
Ümumiyyətlə, Çində fəlsəfi cərəyanların formalaşması e.ə. VI–V əsrlərə
aiddir. Onlar Çin milli xarakterinin və sosial praktikanın bütün spesifikasını özündə
əks etdirirdi. Çin fəlsəfəsi millətin patriarxal cizgilərini və praktikanın konkret –
əməli oriyentasiyasını təzahür etdirirdi. Çin fəlsəfəsində Qədim Hindistana və digər
ölkələrə xas olan zəngin mifoloji zəmin yox dərəcəsindədir. Çin fəlsəfəsi əsas eti-
barilə praqmatikdir və axirət dünyasına deyil, bu günkü günün praktikasına müraci-
ət etməsi ilə fərqlənir.
Q ə dim Çin f ə ls ə f ə sinin m ə nb ə l ə rini ilk Çin yaz ı l ı abid ə l ə ri, xüsusil ə m əş hur «D ə yi ş iklikl ə r kitab ı » («Li tszin») v ə ona olan şə rhl ə rd ə axtarmaq laz ı md ı r. Bu ki- tab « Ş eirl ə r kanonu»– « Ş i tszin» kitab ı il ə birlikd ə Hindistanda Upani ş adlar ı n oy- nad ı ğ ı rola malik olmu ş lar. Qədim Çində 6 əsas müstəqil fəlsəfi məktəb mövcud olmuşdur:
1. Konfutsilik (ju-tszya)
2. Moizm (mo-tszya)
3. Qanun (fa-tszya, yaxud legizm)
4. Daosizm (dao-tszya)
5. Naturfəlsəfi (in yan-tszya)
6. Adlar (min-tszya)