40
cəhətdən Budda haqqında əfsanə daha simvolikdir.
Sonralar isə hindlilər varlığın, mövcudatın əsasına «sat» adlandırdıqları «həqi-
qi, real varlığı», çinlilər isə «daonu» qoyur və belə yekun vururdular ki, «dünyada
bütün mövcud olanlar varlıqdan meydana gəlir, doğulur. Varlıq isə yoxdan, heç nə-
dən yaranmışdır».
Qədim Hind və Çin fəlsəfəsində idrak, məntiq, qnoseologiya məsələlərinə dair,
bu gün də əhəmiyyətli olan müəyyən ideyalar vardır. Həmin məsələlərdə məntiqi
idraka, rasional təfəkkür metodlarına, ümumi əqli nəticələr hazırlanmasına üstün-
lük verilsə də, idrakın mənbəyi hiss üzvləri hesab olunurdu. Hind fəlsəfəsində həqi-
qətin dərk edilməsinin üç metodu (vasitəsi) qeyd edilirdi: qavrama («pratyakşa»),
məntiqi nəticə («anuman» və nüfuz (avtoritet) şahidliyi («şabda»). Sonralar bunlara
iki metod da əlavə olunmuşdu: müqayisə («pramana») və fərziyyə və ya ehtimal
(«mimansa»). Budda məntiqində isə həqiqətin nisbiliyi ideyasına üstünlük verilirdi.
Qədim Şərq fəlsəfəsində insana münasibətdə ona təbiətlə vəhdətdə, onun bir
hissəsi kimi baxılırdı. Allahların insanabənzərliyi, onların ümumi həyat yaşaması,
insanın allahla eyniləşdirilməsi ideyası güclü olmuşdur. Allahlar nəinki hər şeyə
qadir idilər, həmçinin insanlar kimi qəzəblənir, sevinir, cəza verir və s. Dünya bina-
sının qayda-qanunları, kortəbii-xaotik inkişafın tənzimlənməsi və dini-mifoloji
tərzdə həll edilirdi. Vedlərdəki mifoloji rəvayətə görə dünya binasının tənzimlən-
məsi orada nizam qoyulması minbaşlı, minayaqlı, mingözlü «ilk insan» olan «Pu-
ruşa» aid edilirdi. Rəvayətə görə Puruşun ruhu və ya əqlindən - Ay, gözündən –
Günəş, nitqindən - atəş, nəfəsindən - külək və s. əmələ gəlmişdir. Cəmiyyətdəki in-
san zümrələrinin (təbəqələr, kastalar) əmələ gəlməsi də Puruşla bağlı izah edilirdi.
Guya onun ağzından kahinlər (brahmanlar), əllərindən hərbçilər, belindən tacirlər,
ayaqlarından kəndlilər, qullar və digər əməkçi insanlar əmələ gəlmişlər. Dünyanın
əmələ gəlməsi qədim Çin mifologiyasında eyni cür, əfsanəvi «ilk insan» olan Pan-
qu ilə əlaqədar izah olunurdu. Beləliklə, bu mifoloji fikirlərdə kosmos və insanın,
təbiət və cəmiyyətin vəhdəti, onların maddi mənşəyi ideyası, insan və kosmosun
ahəngdarlığı fikri bir daha ifadə edilmişdir.
Ümumiyyətlə, Qədim Şərq fəlsəfəsi dünya fəlsəfi fikrinin inkişafına böyük
xidmət göstərmişdir. Qədim Şərq mütəfəkkirlərinin fəlsəfəsinin bir çox tezisləri
sonrakı fəlsəfi sistemlərə daxil olmuşdur.
Dostları ilə paylaş: