Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Yoqa. Qədim hind təfəkkür sistemində  yoqa



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə25/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   307
333 felsefe muhazireler toplusu eyani

Yoqa.
Qədim hind təfəkkür sistemində 
yoqa
təliminin, yəni xilasolmanın fərdi 
yolunun da böyük əhəmiyyəti olmuşdur. Yoqa vedlərə əsaslanır və ona görə də 
vedlər fəlsəfi məktəblərindən biri hesab olunur.
«Yoqa» sanksritdən tərcümədə «cəmlənmə», «mərkəzləşmə» mənasını verir. 
Bu təlimin əsasının müdrik Patancali (e. ə. II– əsr) tərəfində qoyulduğu ehtimal 
olunur. Yoqa sistemində allaha etiqad nəzəri dünyagörüşün elementi kimi, iztirab-
lardan azad olmağa yönəldilmiş, praktik fəaliyyət şəraiti kimi başa düşülür. «Yega-
nə» ilə birləşmə şəxsi vəhdətin dərk edilməsi üçün zəruridir. Yoqa fəlsəfə və prak-
tikadır. Yoqanın fəlsəfi sitemi sankhya– yoqadır. O, meditasiya şüurunun formalaş-
ması metodikasını verir. Allah obrazına meditasiyanı tövsiyə edir. Uğurlu meditasi-
ya samadhi vəziyyətinə (bir sıra cəmləşmənin fiziki və psixik tapşırıqları sayəsində 
tam intraversiya vəziyyəti) aparıb çıxarır. Yoqa praktikası xilasolmanın fərdi yolu 
olub, hisslər və fikirlər üzərində nəzarətə nail olmağa yönəldilmişdir. O, yemək qə-
bul qaydasını da müəyyən edir. Bunun özü isə maddi təbiət qunlarına müvafiq ola-
raq üç kateqoriyaya bölünür. Nadanlıq və ehtiras qunlarındakı yemək əzab– əziyyə-
ti, bədbəxtlikləri, xəstəlikləri artıra bilər (buraya, hər şeydən əvvəl, ət daxildir). 
Yaxşılıq qunlarındakı yemək (ağartı məhsulları, tərəvəz, dənli bitkilər və s.) şən əh-
val– ruhiyyə, xeyirxahlıq yaradır.


30
Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin 
əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli heka-
yə»ni misal gətirir.
Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür 
görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə 
bənzəyir». Ikincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncü-
sü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil 
böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı 
üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdi-
rir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri digər təlimlərə dözməyi və 
onlara düşmən münasibəti bəsləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz 
ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu as-
pektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar verir və müxtəlif formalar-
da təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni 
zamanda onun nə adı var, nə də forması var. Yoqa təliminin fəlsəfəsi və praktikası 
bundan ibarətdir.
Qeyd etmək lazımdır ki, hər iki təlimlin başlıca prinsiplərinə biz epizodik olsa 
belə Upanişadlarda rast gəlirdik. Konsepsiyaların əsasını praktiki (materiya, təbiət) 
haqqında baxışlar tutur. Həmin baxışlarda bütün varlığın (o cümlədən psixikanın, 
şüurun) mənbəyi kimi, həmçinin ondan asılı olmayan saf ruh (Puruşa) (o, bəzən 
brəhmən, atman da adlanır) haqqında da söhbət açılır. Beləliklə, burada dünyagörü-
şü dualistdir və iki başlanğıcın etiraf edilməsinə əsaslanır.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin