Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə21/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   307
333 felsefe muhazireler toplusu eyani

«Arfaçının nəğməsi»
adlı əsərdə dünyanın dini-mifoloji 
şərhinə şübhə ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət 
gətirə bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş ver-
diyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç biri 
hələ oradan geri qayıtmamışdır. Ona görə də neçə ki insan sağdır öz ürəyinin arzu-
ları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat həyatının, xüsusilə 
əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat, astronomiya, həndəsə, mexani-
ka elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi, ayın 30 gün, ilin365 gün və 12 
aydan ibarət olmasını göstərən ilk təqvim mövcud idi. Qədim Misirdə riyaziyyatın 
inkişafına dair çoxlu sənədlər indi də saxlanmaqdadır, mexanikanın inkişafını isə 
hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı sübut edir. 


25
Qədim sivilizasiya həmçinin Şumer-akkad mədəniyyətini əhatə edir. Şumer-
akkad mədəniyyəti bizim e.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yer-
ləşən ərazidə yaranmışdır. Elə buna görə də ona İkiçayarası (yunanca Mesopotami-
ya) deyilir. Bizim e.ə. III minillikdən sonra şumerləri, akkadları, əmmariləri, elari-
ləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı. Babilistan bu 
dövlətin paytaxtı elan edildi. Hammurapinin hökmranlığı dövründə (e.ə.1792-
1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın ikinci çiçəklən-
mə dövrü Assurinin hakimiyyətə gəldiyi dövrə (e.ə.612-538) təsadüf edir. Bu za-
man onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə 
Yeni Babilistan adlanır.
Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək 
gəlib çıxmış çoxlu gil lövhələr də sübut edir. Assuriya sultanı Aşşurbanipala məx-
sus kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə 
lövhələrdə vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin çıxa-
rılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, sonralar 
«Pifoqor teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı onluq sis-
temini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 1saat=60dəq., 
1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin öyrənmək cəhdi Babi-
listanda astronomiyanın yaranmasına və inkişafına səbəb oldu. Dünyada birinci 
olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan astronomu Selevveka 
(e.ə.II əsr) dünyanın heleosentrik quruluşu haqqında məlumat vermişdir. Qədim 
Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil həkimləri hələ o dövrdə kata-
rakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin, sınığın, dəri şişinin müalicəsi-
ni bilirdilər. Onlar həmçinin ciyar, mədə-bağırsaq xəstəliklərini müəyyən etmişlər. 
Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və göstərişləri məlumdur. «Nippur 
həkiminin arayış kitabçası''nda 15 müalicə qaydası verilmişdir. Şumerlərin bir neçə 
müalicə reseptləri dövrümüzədək kəlib çıxmışdır. Şumer və akkad dillərində bir sı-
ra huquq qaydaları külliyyatı yaradılmışdır. 
Şumer dastan və hekayələrində bir sıra fikirlərə rast gəlmək olar. Bu əsərlərdə 
siyasət, cəmiyyət, əxlaq normaları və s. haqqında fikirlər söylənilir. Məsələn, «En-
merkar və Aratta (o zaman Çənubi Azərbaycan ərazisində gölünün
Y
axınlığındakı
dövlətdir) hökmdarı» dastanında tarixdə ilk dəfə olaraq siyasi konsensus təklifi ve-
rilir: yəni 1 Uruk sülaləsindən olan hökmdar Arattanı özünə
tabe etmək tələbinə 
qarşı Aratta hökmdarı münaqişəni sülh yolu
ilə həll etmək təklifini verir və bu 
Aratt hökmüdarının hazırcavablığı və dönməzliyi nəticəsində baş tutur. Başqa bir 
hekayətdə "Müdrik Axikar haqqında" etik normalara aid yüzdən çox nəsihət verilir. 
Məsələn, "Sirr açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün". 
"Həddindən artıq şirin olma, yoxsa səni udarlar. Həddindən artıq acı da olma, yox-
sa səni atarlar". "Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-küylə ev 
tikmək mümkün olsaydı, onda eşşək gündə ev tikərdi. Heç kəsə ayağını basmağa 
imkan vermə, sonra boynuna minə bilər" və s. 
Nippurlu yoxsulun nağılında isə cəmiyyətin sosial quruluşundan, onun təbəqə-
ləşməsi nəticəsində varlı və yoxsulların əmələ gəlməsindən söz açılır. 


26
"Ağanın qul ilə söhbəti" hekayəsində isə əsas söhbət insan həyatının mənası ət-
rafında gedir. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə həјa-
tın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey hökmdarın səxavətinə ümid
də, qadına məhəbbət də, kef məclisi də, alıcənablıqda və nəhayət ölümdən
sonra 
həyat özü də boş, mənasız bir şeydir. 
Qədim Şərqin incilərindən sayılan və dünјa qızıl fonduna daxil olan "Bilqamis 
haqqında dastan" və јaxud hər şeyi bilən adamın dastanı Yaxın Şərqin dörd dilində: 
yəni şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində 
yazılmış və dövrümüzə qədər gəlib çatmışdır.
 
Bir sıra mənbələrə görə dastanın 
qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmuş və eramızdan əvvəl 27-ci əsrin sonu, 
26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edən sülalənin beşinci 
hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlik-
dən gedir. Hər cür mübarizələrdən sonra Bilqamısa aydın olur ki, əbədi həyat yox-
dur. Ölməzliyə insan yalnız öz fəaliyyəti, əməlləri ilə çata bilər. 
Ümumiyyətlə, belə bir nəticəyə gəlmək olar ki, dastanda ölüm və həyat möv-
zusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların 
və dünyanın əbədiliyini dərk edir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin