AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİ



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix06.09.2017
ölçüsü4,04 Mb.
#29100
  1   2   3   4
29100

AZƏRBAYCAN  RESPUBLİKASININ  MİLLİ MƏCLİSİ

t

XOCALI



SOYQIRIMI

20 il

(

1992

-

2012

)

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ APARATININ 

ANALİTİK İNFORMASİYA ŞÖBƏSİ İNFORMASİYA-TƏDQİQAT SEKTORU

BAKI - 2012


Azərbaycan  xalqının tarixinə 1992-ci il fev­

ralın  25-dən  26-na  keçən  gecə  Xocalı  faciəsi 

kimi  daxil  olmuşdur.  Ermənistan  silahlı  qüv­

vələri  bütün  beynəlxalq  hüquq  normalarına 

zidd  olaraq,  keçmiş  sovet ordusunun Xankən­

di şəhərində yerləşən 366-cı motoatıcı  alayının 

şəxsi heyətinin iştirakı  ilə yatan şəhərə hücum 

edərək  azərbaycanlılara  qarşı  soyqırım  aktını 

törətmişlər.

Bu  hərbi  təcavüz  zamanı  Xocalı  ağır hərbi 

texnikadan  şiddətli  atəşlər nəticəsində  darma­

dağın  edilmiş,  dinc  sakinlərə  amansızcasına 

divan  tutulmuşdur.  Bir  neçə  saat  ərzində  613 

soydaşımız,  o cümlədən 106  qadın,  63 uşaq və 

70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, me­

yitlər üzərində təhqiredici hərəkətlərə yol veril­

mişdir.  Həmin  kütləvi  qırğın  həyata  keçirilər­

kən  8  ailənin  həyatına  son  qoyulmuş,  25  uşaq 

hər iki valideynindən,  130 uşaq isə valideynlə­

rinin birindən məhrum edilmiş, 487 dinc Xocalı 

sakini ağır yaralanmış və 1275 nəfər girov götü­

rülmüşdür.  Girov götürülənlərdən  150 nəfərin 

taleyi indiyədək məlum deyil.


ON  SOZ

Xocalı soyqırımı erməni millətçilərinin son yüz ildən artıq dövr­

də azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmiz­

ləmə siyasətinin yeni mərhələsini təşkil etmişdir.  Xocalı şəhərində tö­

rədilmiş  cinayətlərin xarakteri və  miqyası bu  soyqırımı  aktının  BMT 

Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 A (III) saylı qətnaməsi ilə 

qəbul  edilmiş  "Soyqırımı  cinayətinin  qarşısmm  almması və  cəzalan­

dırılması  haqqında"  Konvensiyada  ifadə  olunmuş  tərifə  tam  uyğun 

gəldiyini sübut edir.  Qabaqcadan planlaşdırılmış kütləvi və  amansız 

qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduq­

larına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir.

Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının ta­

rixi-siyasi  zərurəti  Ermənistanın  Azərbaycana  qarşı  hərbi  təcavüzü, 

Azərbaycan əhalisini qırmaq və qovmaqla ərazisinə sahib çıxmaq kimi 

məkrli, istilaçılıq siyasətini dünyaya göstərməklə bağlıdır. Xocalı soy­

qırımının  beynəlxalq  aləmdə  tanıdılması  Azərbaycan  torpaqlarmm 

20  faizinin  Ermənistan  tərəfindən  işğal  olunması  həqiqətinin  dünya 

miqyasında bilinməsi  baxımından  əhəmiyyətlidir.  Problemin ideolo­

ji  tərəfi  də  xüsusi  aktuallıq kəsb  edir.  Son illər  ermənilərin  xarici  öl­

kə parlamentlərinə  qondarma  "erməni soyqırımı"nı təsdiq etdirmək, 

Azərbaycana  qarşı işğalçılıq siyasətinə bəraət qazandırmaq, hətta tö­

rətdikləri  Xocalı  soyqırımına  görə  günahı  Azərbaycanın  üstünə  yıx­

maq məqsədilə  apardıqları  təbliğatm  əsl mahiyyətinin ifşa  olunması 

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən haki­

miyyətə  qayıdışından  sonra  Xocalıda  ermənilərin  törətdiyi  vəhşiliyə 

mahiyyətinə  görə  qiymət  verilmişdir.  1994-cü  ilin  fevralmda  Hey­

dər Əliyevin təşəbbüsü  ilə Azərbaycan Respublikasmm Milli Məclisi 

Xocalıda baş vermiş hadisələri  təhlil  edərək,  ermənilərin törətdikləri

3


əməllərin  azərbaycanlılara  qarşı  soyqırımı  olduğunu  beynəlxalq hü­

quq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin "Xocalı 

soyqırımı günü" kimi qeyd olunması haqqında qərar vermişdir. Məhz 

Heydər  Əliyevin  hakimiyyəti  illərində  Xocalı  soyqırımının  dünyaya 

bəyan  edilməsi  sahəsində  olduqca  əhəmiyyətli  işlərin  görülməsinə 

başlanmışdır.

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  haki­

miyyəti illərində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması 

istiqamətində  ardıcıl  fəaliyyət davam  etdirilmişdir.  Azərbaycan  Res­

publikası Prezidenti İlham Əliyevin "Xocalı soyqırımının iyirminci il­

dönümü  haqqında"  Sərəncamında  (17 yanvar 2012-ci il) Azərbaycan 

dövlətinin  Xocalı  soyqırımının  beynəlxalq  ictimaiyyət tərəfindən  ta­

nınması istiqamətində fəaliyyətini davam etdirməsinin əhəmiyyəti bir 

daha vurğulanır.

Azərbaycan Respublikasının Milli  Məclisi də bu məsələ ilə əla­

qədar  xüsusi  bəyanatlar  və  müraciətlər  qəbul  etmiş,  beynəlxalq  təş­

kilatları,  dünya  ölkələrinin  parlamentlərini  və  hökumətlərini  Xocalı 

soyqırımını tanımağa çağırmışdır.

Azərbaycan dövlətinin icra hakimiyyəti və  qanunvericilik haki­

miyyəti  Xocalı soyqırımının mahiyyətinə dair mövqeyini qəti şəkildə 

müəyyən etmiş, siyasi və hüquqi görüşlərini müxtəlif vəsilələrlə ifadə 

etmiş  və  bu  gün  də  etməkdədir.  Xocalı  soyqırımının  tanınması,  Xo­

calıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək 

kifayət qədər sənəd, müraciət və bəyanatların qəbul edildiyi, soyqırı­

mın tanınması üçün  çoxsaylı  təbliğat tədbirlərinin həyata  keçirildiyi 

məlumdur. Bütün bunlar Xocalı soyqırımının beynəlxalq aləmdə tanı­

dılması üçün mühüm baza rolunu oynayır.

Etiraf  etmək  lazımdır  ki,  coğrafi  göstəricilərinə,  təbii  ehtiyat­

larına  görə  dünyanın  inkişaf  etmiş  dövlətləri  üçün  "cəlbedici"  olan 

Azərbaycana  daha  çox  öz  siyasi,  iqtisadi  maraqlarmı  güdən  böyük 

dövlətlər  tərəfindən  "can yandırılması"  -  Xocalı  cinayətkarlarının  if­

şasına  yardım  edilməsi  o  qədər  də  asan  məsələ  deyil.  Hələ  bu  cina­

yəti törədənlərin güclü diaspor fəaliyyətinə, bəzi dövlətlərin maliyyə 

dəstəyinə malik ermənilər olması və digər inkaredilməz faktın -  dini



4

faktorun mövcudluğu nəzərə almarsa, bu, məsələnin həlimi bir qədər 

də mürəkkəbləşdirir.

Xocalı  soyqırımının  dünya  miqyasında  tanıdılması  üçün  indi­

yədək görülmüş işlər artıq müsbət nəticələr verməyə başlayıb.  İslam 

Əməkdaşlıq  Təşkilatına  üzv  dövlətlərin  Parlament  İttifaqının,  Mek­

sika  və  Pakistan  parlamentlərinin  müvafiq  qərarları  ilə  ermənilərin 

azərbaycanlılara  qarşı  Xocalıda  törətdikləri  qırğm  soyqırımı  aktı- ki­

mi  qəbul  olunub.  Xüsusilə beynəlxalq təşküatlar  çərçivəsində həyata 

keçirilən "Xocalıya ədalət-Qarabağa azadlıq" beynəlxalq kampaniyası 

ciddi  perspektivləri  ilə  diqqəti  cəlb  edir.  Bütün bunlar  məqsədyönlü 

və ardıcıl fəaliyyətlə lazımi nəticənin əldə oluna biləcəyini göstərir.

Xocalı  soyqırımının  beynəlxalq  aləmdə  tanıdılması  istiqamə­

tində  görülən işlərdə siyasi mülahizələrlə yanaşı, beynəlxalq hüquqa 

əsaslanmağın  vacibliyi  də  qeyd  olunmalıdır.  Xüsusilə  nəzərə  almaq 

lazımdır ki, mövcud beynəlxalq hüquqi aktlar da Xocalı faciəsinin soy­

qırımı  kimi  tanınmasına  tam  əsaslar  yaradır.  Digər  tərəfdən,  dünya 

dövlətlərinin  təcrübəsində  rast  gəlinən  soyqırımıları  ilə  müqayisədə 

Xocalı soyqırımının yaxm keçmişdə baş verməsi və onu törədənlərin 

əksəriyyətinin bu gün həyatda olmaları da ümidverici amillərdəndir.

Sözsüz  ki,  Xocalı  soyqırımının  beynəlxalq  aləm  tərəfindən  ta­

nınması üçün görülən işlər və  göstərilən səylərin daha da artırılması 

Azərbaycan  dövlətinin  öz  məqsədinə  çatması baxımından  zəruridir. 

Artıq konkret nəticələrin əldə  olunması bu istiqamətdə  görüləcək iş­

lərə  yeni  dinamizm  gətirmişdir.  Bu  baxımdan,  təbliğatın  hədəfində 

dövlətlərin və regionların xüsusiyyətlərinə görə təsnif edilməsinin və 

təbliğatın bu xüsusiyyətlər nəzərə almaraq, həyata keçirilməsinin va­

cibliyi bir daha diqqəti cəlb edir.

Azərbaycan  Xocalı  soyqırımının  dünya  ictimaiyyəti  tərəfindən 

tanınması üçün  təbliğat fəaliyyətində  çoxşaxəli və  ardıcıl  siyasət hə­

yata keçirməlidir. Uzun m üddət bu istiqamətdə atılan əmin addımlar 

uğurlu nəticələrin təminatı olacaqdır.

5


SOYQIRIMI CİNAYƏTİ

Hər hansı milli,  etnik, irqi və ya dini  qrupun tam və ya  qismən 

məhv edilməsi ilə törədilən bir sıra hərəkətlər soyqırımı adlanır. 1948- 

ci  ildən  etibarən  soyqırımı  BMT  tərəfindən  beynəlxalq  cinayət  kimi 

tanınmışdır. Bəşəriyyət tarixində çoxsaylı soyqırımı cinayətlərinə rast 

gəlinmişdir. Bu əsasən, müharibələr, yürüşlər, daxili etnik və dini toq­

quşmalarla müşayiət olunmuşdur.

Soyqırımı  cinayəti  üçün  xarakterik  məsələlərdən  biri  onun  ta­

nınması ilə bağlı beynəlxalq praktikada mövcud  olan  problemlərdir. 

Çünki heç bir dövlət özü tərəfindən və ya özündən əvvəlki nəsillərin 

törətdiyi cinayəti  asanlıqla etiraf etmək istəmir.  Bu  çox vaxt dövlətin 

beynəlxalq nüfuzuna  xələl  gəlməsi və  maddi  təzminatın  ödənilməsi 

ilə əlaqədar olur. Soyqırımı cinayətinin hər hansı bir dövlət tərəfindən 

tanınması  onun törədilməsində  ittiham  edilən  digər  dövlət üçün ya­

ranan məsuliyyət baxımından və  dövlətlər  arasındakı  münasibətlərə 

təsir baxımından tanıyan dövlət üçün də müəyyən mənada məsuliy­

yət yaradır.  Həmçinin, uzun müddət əvvəl hər hansı bir dövlətin tö­

rətdiyi  soyqırımı  cinayətinə  görə  onun  hazırkı  varisinin  məsuliyyət 

daşıması, təbii ki, heç bir dövlət üçün arzuolunan deyil.

Soyqırımı  əməlinin tanınmasının  dövlətin beynəlxalq aləmdəki 

nüfuzundan, tanıdılmanın həyata keçirilmə səviyyəsindən, digər döv- 

lətlərdəki  lobbiçilik  siyasətinin  effektivlik  səviyyəsindən,  həmçinin, 

əsasən kiçik dövlətlər üçün müəyyən böyük dövlətin himayəsində ol­

masından asılılığı inkaredilməzdir. Bu baxımdan, bu ciddi beynəlxalq 

cinayətin tanınması bir çox hallarda tarixi motivlərdən çox müasir si­

yasi ambisiyalardan asılı olur.



X O CA U  SOYQIRIMININ  BEYNƏLXALQ 

SƏVİYYƏDƏ TANIDILMASI İSTİQAMƏTİNDƏ 

ÖLKƏDƏ  GÖRÜLMÜŞ İŞLƏRİN  QİYMƏTLƏNDİRİLMƏSİ

Xocalı  soyqırımı  günü  ərəfəsində  ölkə  mətbuatında,  son illərdə 

isə  beynəlxalq  media  orqanlarında  da  Xocalı  faciəsinin  səbəbləri  və 

mahiyyəti ilə bağlı bir sıra olduqca vacib məsələlər ətrafında mübahi­

sələr və müzakirələr getməkdədir.  Bütün bu yerli və xarici media or- 

qanlarmdakı  materiallarda bir  cəhət xüsusilə  qabarıq şəkildə  diqqəti 

cəlb edir: Azərbaycana düşmən qüvvələr, ilk növbədə Ermənistan çox 

ciddi-cəhdlə təbliğat aparır ki, bu faciənin törədilməsində ermənilərin 

heç bir  rolu  olmayıb.  Bu,  əlbəttə, növbəti  erməni uydurması və  sax­

takarlığıdır.  Son vaxtlar  erməni təbliğatı keçmiş Sovet xüsusi xidmət 

orqanlarının ermənilərlə bərabər Sumqayıtda törətdikləri təxribatları 

ermənilərə  qarşı  "soyqırımı"  kimi  beynəlxalq  ictimaiyyətə  sırımağa 

çalışır, bu növbəti erməni uydurması əsasən Azərbaycanın son illərdə 

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atdığı addım­

lardan Ermənistanın keçirdiyi narahatlıqla bağlıdır.

Xocalı soyqırımı törədildiyi zaman Azərbaycanın əsas problemi 

ölkədə normal hakimiyyətin olmaması və bunun dəhşətli fəsadları idi 

ki, ermənilər bundan istifadə etdilər və Xocalıdakı köməksiz əhalimizi 

özlərinə məxsus xüsusi amansızlıqla qətliam etdilər.  İnsanlığın ortaq 

vicdanına qara ləkə olan bu  cinayətin təşkilatçıları bu vandalizmi tö­

rətməkdən qürur duyduqlarmı etiraf etməkdən belə çəkinmədilər.

İllər ötdükcə bu problemə dair yeni faktlar, təfsilatlar üzə çıxır və 

bu, davam edəcəkdir. Bu şəraitdə Azərbaycan təbliğatı yuxarıda qeyd 

olunan məsələlərə  konkret, birmənalı və inandırıcı  cavablar verməli­

dir ki, bu faciə ətrafındakı spekulyasiyalara son qoyulsun və bu işlərlə 

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına əhəmiyyətli töhfə 

verilsin.  Başqa  sözlə,  Xocalı  soyqırımı  ilə bağlı  fikir  ayrılıqlarına bir­

7


dəfəlik nöqtə qoyulması soyqırımı faktının beynəlxalq səviyyədə tanı­

dılması baxımından böyük əhəmiyyətə malikdir.

Xocalı  soyqırımı  ilə  bağlı  indiyə  qədər  ölkədə  qəbul  olunmuş 

sənədlərin  araşdırılması  göstərir  ki,  bu  sahədə  az  iş  görülməmişdir. 

Burada vacib  olan ən əhəmiyyətli məsələ,  fikrimizcə,  qəbul olunmuş 

sənədlərin sırasmda Xocalı faciəsinin soyqırımı kimi  tanınması barə­

də Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il fevralın 24-də 

qəbul etdiyi "Xocalı soyqırımı (genosidi) günü haqqında" Azərbaycan 

Respublikası  Müli  Məclisinin  qərarıdır,  başqa  sözlə  parlamentin  qə­

bul  etdiyi bu  sənəddə  birmənalı  olaraq Xocalı  faciəsi  soyqırımı  kimi 

tanmır.  Bu, belə olduğu halda bəzi dairələrdə Azərbaycan dövlətinin 

Xocalı  soyqırımı haqqında  hüquqi  anlayışının  tam  olaraq müəyyən- 

ləşdirilmədiyini  iddia  edənlərin  mövqeyi  tamamilə  əsassızdır.  Eyni 

zamanda bu iddialar əslində Azərbaycanın mənafelərinə zərər vurur, 

onsuz  da  yuxarıda  deyildiyi  kimi,  erməni  təbliğatı  elə  Azərbaycan 

mediasmda ötən illər ərzində Xocalı faciəsinin mahiyyəti barədə get­

miş əsassız fikirlərə istinad edərək, bu faciənin məsuliyyətini boynun­

dan atmağa çalışır, azərbaycanlıların özlərini ittiham edir və s. Bunun 

müqabilində,  əlbəttə,  Azərbaycan  təbliğatı  problem  barədə  erməni 

uydurmalarının  mahiyyətini  dünya  ictimaiyyətinə  çatdırmalıdır,  bu 

istiqamətdə sistemli və davamlı fəaliyyət göstərilməlidir.

Bir həqiqətdir ki, Azərbaycan dövlətinin icra hakimiyyəti və qa­

nunvericilik hakimiyyəti bu məsələ ilə bağlı hüquqi görüşlərini müx­

təlif vəsilələrlə ifadə etmiş və bu gün də etməkdədir. Xocalı soyqırımı­

nın  tanınması,  Xocalıda baş vermiş  erməni vandalizminin mahiyyəti 

barədə indiyədək kifayət qədər normativ-hüquqi sənəd,  müraciət və 

bəyanatların qəbul edildiyi, soyqırımının tanınması üçün çoxsaylı təb­

liğat tədbirlərinin həyata keçirildiyi məlumdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ha­

kimiyyətə  gəlişindən sonra Xocalı  soyqırımının  dünyaya bəyan edil­

məsi  sahəsində  olduqca  əhəmiyyətli  işlərin  görülməsinə  başlanmış 

və bu proses sonrakı illərdə də davam etmişdir. Bu istiqamətdə Azər­

baycan Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən Azər­

baycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin gördüyü ilk



8

i   f



/ i   % ' '  



Ш

' 7



1

 

1



1

;

*  V  



*

 

и



- ^

;  ° 


' г ' 

'

јч

Л \

 

‘Л



f

.

j

}

E

r



  Г  /

 

л   ]



u  

Р Д


ј

  İ J /


işlərdən biri 18 avqust 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası­

nın sədrinə və BMT-nin baş katibinə ünvanlandığı məktubdur ki, bu 

məktub Xocalı qırğmı ilə bağlı həqiqətlərin dünya birliyinin diqqətinə 

çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.  Məhz Heydər 

Əliyevin  təşəbbüsü  ilə  1994-cü  ilin  fevralında Azərbaycan  Respubli­

kasının  Milli  Məclisi Xocalıda baş vermiş hadisələri  geniş təhlil  edə­

rək,  ermənilərin  törətdikləri  əməllərin  azərbaycanlılara  qarşı  həyata 

keçirilmiş soyqırımı olduğunu hüquqi cəhətdən təsbit etmişdir. Azər­

baycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  bu  sahədə  gör­

düyü işlər sırasmda  "Xocalı soyqırımı  qurbanlarının xatirəsinə sükut 

dəqiqəsi  elan  edilməsi haqqında"  Sərəncamı  (25  fevral  1997-ci  il)  və 

"Azərbaycanlıların  soyqırımı haqqında"  (26  mart  1998-ci  il)  Fərmanı 

da qeyd edilməlidir. Ümummilli liderin xüsusilə 1998-ci il 26 mart ta­

rixli  fərmanı  tarixi  həqiqətlərin  üzə  çıxmasına  və  öz  yerini  tutması­

na təkan  vermişdir.  Bu mühüm sənəddə  tariximizdə  ilk  dəfə  olaraq, 

azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların -  soyqırımılarının



9

U n i * '  « m ,.l -iU ittib rt U n f M

! * Z  


^ ı,d'   м Л К Ш   2>  s.jH L-

Хм«||/мЫ1 Ш yix И

ј

* ( «  *


:   i

ä|jV 1 у


j     «

If V   ^


•  r   1

,'w   w r i f t



A

rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı apa­

rılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, beləliklə, bu prob­

lemin həlli baxımından Azərbaycan təbliğatı üçün lazım  olan strateji 

yanaşmanın əsas istiqamətləri müəyyən edilmişdir. Azərbaycan Res­

publikası Prezidenti Heydər  Əliyevin  Xocalı  soyqırımının  ildönümü 

ilə  əlaqədar  24  fevral  2001-ci  il  tarixində  Azərbaycan  xalqma  müra­

ciəti isə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı həqiqətlərinin 

beynəlxalq ictimaiyyətə  çatdırılmasını bir vəzifə  kimi müəyyən  edir: 

"Bizim - bugünkü Azərbaycan rəhbərliyinin və  ölkə  vətəndaşlarının 

qarşısmda  dünya siyasi  dairələri və beynəlxalq ictimaiyyət üçün Xo­

calı  faciəsinin,  Ermənistan-Azərbaycan  münaqişəsi,  Dağlıq  Qarabağ 

probleminin  obyektiv mənzərəsini yaratmaq,  xalqımıza  qarşı  törədi­

lən  cinayətlərin  xarakterini  və  miqyaslarını  bütün  çılpaqlığı  ilə  açıb 

göstərmək, məzlum, əzabkeş cildinə  girmiş erməni millətçilərinin əsl 

simasmı ifşa etmək vəzifələri durur. Bu, həm soyqırımı qurbanlarının 

xatirəsi önündə müqəddəs borcumuzdur, həm də insanlığa belə zidd 

hərəkətlərin dünya təcrübəsindən götürülməsi üçün zəruridir".



10

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  haki­

miyyəti illərində Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması 

istiqamətində  ardıcıl  fəaliyyət  davam  etdirilmişdir.  Azərbaycan Pre­

zidenti  İlham  Əliyevin  "Xocalı  soyqırımının  15-ci  ildönümü  mü­

nasibətilə  Azərbaycan  xalqına  m üraciətində  bu  sahədə  görülən 

tədbirlərin daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməli 

olduğunun vurğulanması, bu işdə Azərbaycan və türk diaspor təşki­

latlarının yeni yaradılan birliyi, fəaliyyətinin əlaqələndirilməsinin zə­

ruriliyinin qeyd olunması Azərbaycan dövlətinin bu məsələyə verdiyi 

əhəmiyyətin göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti ilham Əliyevin "Xocalı soy­

qırımının iyirminci ildönümü haqqında" Sərəncamı (17 yanvar 2012-ci 

il) isə Azərbaycan dövlətinin Xocalı soyqırımının beynəlxalq ictimaiy­

yət tərəfindən tanınması istiqamətində fəaliyyətini  davam etdirməsi­

nin əhəmiyyətini bir daha vurğulayır:  "Azərbaycanlılara qarşı erməni 

şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdi­

yi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haq­

qında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentləri­

nə  çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə 

yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz 

hüquqi-siyasi qiymətini almalıdır".

Azərbaycan  Respublikasmm  parlamenti  də  bu  sahədə  mühüm 

addımlar  atmışdır.  Belə  ki,  Xocalı  soyqırımından  sonra  "Azərbaycan 

Respublikasmm  Qarabağın  dağlıq hissəsində  vəziyyət,  Xocalı  geno- 

sidi  və  respublikada  ictimai-siyasi  şərait haqqında"  (25  mart  1992-ci 

il), "Bakı şəhərində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək haq­

qında"  (17 aprel 1992-ci il), Azərbaycan Respublikası Milli Məclisinin 

"Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təf­

silatını aydınlaşdıran deputat istintaq komissiyasınm işinin yekunları 

barədə"  (17 fevral 1993-cü il),  "Xocalı soyqırımı (genosidi) günü haq­

qında"  (24  fevral  1994-cü  il),  "Xocalı  soyqırımının  15  illiyi  ilə  əlaqə­

dar"  (27 fevral  2007-ci il)  qərarları  kimi  sənədlər  qəbul  olunmuşdur. 

Bütövlükdə Azərbaycan parlamenti  1992-2007-ci illərdə Xocalı soyqı­

rımı ilə bağlı 11 qərar və digər sənədlər qəbul etmişdir. Xüsusilə qeyd



11

etmək lazımdır ki, Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi əsasın­

da Xocalı  soyqırımı  ilə  bağlı  materialların toplanılması,  öyrənilməsi, 

ümumiləşdirilməsi və yayılması məqsədilə Azərbaycan Respublikası 

Milli Məclisinin 27 fevral 2007-ci il tarixli "Xocalı soyqırımının 15 illiyi 

ilə  əlaqədar"  qərarı  ilə Azərbaycan  Respublikasının Milli  Məclisi ya­

nında informasiya-tədqiqat mərkəzi yaradılmışdır.

Bütün  bu  sənədlər  onu  göstərir  ki,  Azərbaycan  dövləti  hər  za­

man bu məsələyə münasibətini bildirmiş, Xocalı  soyqırımının  dünya 

ictimaiyyəti tərəfindən də soyqırımı kimi tanınması üçün Azərbaycan 

diasporu  və  xaricdə  fəaliyyət  göstərən  qeyri-hökumət təşkilatları  ilə 

iş  aparmışdır.  Azərbaycan  dövləti  Xocalı  faciəsini  rəsmən  soyqırımı 

kimi  tanımışdır.  "Dağlıq Qarabağda,  o cümlədən Xocalıda  soyqırımı 

hadisələrinin təfsilatını aydınlaşdıran deputat istintaq komissiyasının 

işinin yekunları barədə" Azərbaycan Respublikası Milli Məclisinin qə­

rarının 1-ci maddəsində "Xocalıda baş vermiş hadisələrin Azərbaycan 

Respublikası Ali Sovetinin 1992-ci il 25 mart tarixli qərarı ilə soyqırımı 

kimi  qiymətləndirilməsi təsdiq edilsin"  ifadəsi yer  almaqdadır.  Milli 

Məclisin  24  fevral  1994-cü  il  qərarında  bildirilir:  "1992-ci  il  fevralın 

26-sı  Xocalı faciəsi xalqımıza qarşı törədilmiş soyqırımı - genosiddir. 

1992-ci  il  fevralın 26-da  erməni  təcavüzkarları  tərəfindən  törədilmiş, 

Azərbaycan xalqmm milli faciələrindən və bəşər tarixinin qanlı səhi­

fələrindən biri olan Xocalı hadisələri hər il fevralm 26-da "Xocalı soy­

qırımı günü" elan olunsun və bu barədə beynəlxalq təşkilatlara məlu­

mat verilsin".

Azərbaycan Respublikası Milli Məclisinin Xocalı faciəsi ilə bağlı 

qəbul etdiyi bütün sənədlərdə soyqırımı ifadəsindən istifadə edilməsi 

onu  göstərir  ki,  Xocalıda  soyqırımının baş verməsi Azərbaycan  döv­

ləti tərəfindən mütləq şəkildə qəbul olunur, bu soyqırımı Azərbaycan 

xalqına qarşı törədilib və Milli Məclisin kənar müşahidəçi kimi qanun 

qəbul  edərək,  bu  hadisəni  sırf soyqırımı  faktı  kimi  qiymətləndirmə­

sinə  ehtiyac yoxdur.  Qanunun  qəbulunun  zəruriliyi  ilə  bağlı  fikirlə­

rə  əks-arqument kimi İsrailin Holokosta, Ermənistanın isə qondarma 

erməni  soyqırımına  münasibətdə  rəsmi  mövqeyi  misal  göstərilə  bi- 

lər. israil Knesseti Holokostu rəsmən tanıyan qanun qəbul etməsə də,



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin