12
1951-ci il 12 apreldə Knessetin qəbul etdiyi qətnamə ilə 27 aprel Ho-
lokost qurbanlarının anım günü kimi qeyd edilir. Ermənilərin "soy-
qırımı,/ iddiaları təhlil edildiyi zaman da, Ermənistan parlamentinin
qondarma erməni soyqırımını tanıyan qanun qəbul etmədiyi məlum
olur. Lakin hər iki ölkənin beynəlxalq aləmdə təbliğat prosesinə nəzər
saldıqda, uğurlu nəticələr əldə etdikləri müşahidə edilir.
Azərbaycan Respublikası Milli Məclisinin Xocalı faciəsini soyqı
rımı kimi tanıyan qərarlarından sonra yenidən eyni mahiyyətli qərarm
qəbul edilməsi soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması
prosesində inandırıcı olmaz və ciddiyyətini zədələyə bilər. Bunun əvə
zində, Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımı mə
sələsini ölkə daxilində və beynəlxalq aləmdə gündəmdə tutmaq üçün
Xocalı soyqırımı ərəfəsində ölkə və dünya ictimaiyyətinə müraciətlər
və bəyanatlar qəbul etməsi daha məqsədəuyğun sayıla bilər. Konkret
olaraq, Milli Məclisin Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar qəbul
edəcəyi qərar həm soyqırımı faktının bir daha təsdiq edilməsi, həm də
bu soyqırımının beynəlxalq səviyyədə tanıdılması və günahkarların
məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycanın dövlət və qey
ri-dövlət qurumlarmm, qeyri-hökumət təşkilatlarmm qarşısında du
ran vəzifələrin, həyata keçirilməli olan işlərin bir daha qeyd olunması
baxımından xüsusi əhəmiyyət daşıyacaqdır.
Soyqırımının tanınması qısa müddət ərzində mümkün deyildir.
Hər şeydən əvvəl, soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən qə
bul edilməsi üçün ölkə daxilində və beynəlxalq hüquqda mövcud olan
sənədləri toplamaq, sistemləşdirmək, məsələ ilə məşğul olan beynəl
xalq məhkəməyə müraciət etmək və ən əhəmiyyətlisi təbliğat prose
sində ardıcıllığa və qərarlılığa riayət etmək zəruridir.
13
XOCALI SOYQIRIMI
BEYNƏLXALQ CİNAYƏT KİMİ
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınma
sı istiqamətində aparılan kampaniyanın bu il daha intensiv və sistemli
xarakter daşıdığı aşkar sezilir, indi rəsmi dövlət strukturları ilə yanaşı,
həm ölkədəki ictimai təşkilatlar, həm də xaricdəki Azərbaycan diasporu
bu məsələdə xüsusi fəallıq göstərir. Lakin ekspertlər aparılan təbliğatın
effektiv nəticə verməsi üçün siyasi mülahizələrdən çox, beynəlxalq hü
quqa əsaslanmağın vacibliyini qeyd edirlər. Hesab olunur ki, mövcud
beynəlxalq hüquqi aktlar Xocalı faciəsinin soyqırımı kimi tanınmasına
tam əsaslar yaradır.
Azərbaycan baş vermiş faciənin soyqırımı aktı olduğunu təsdiq
edən faktların beynəlxalq hüquq normaları əsasında geniş tədqiqini
aparmalı, onun nəticələrinin dünyada təbliğinə, nüfuzlu mütəxəssislə
rin iştirakı ilə müzakirələrin aparılmasına çalışmalıdır. Xocalı soyqırı
mı ilə bağlı erməni mənbələrində əksini tapan faktlardan geniş istifadə
edilməlidir. 1997-ci il martın 24-də BMT-nin İnsan Haqqları Təşkilatının
direktoru Holli Kartnerin Ermənistanın BMT-dəki təmsilçisi Abrlianm
Xocalıda baş vermiş hadisə haqqındakı məktubuna cavabı Xocalı soy
qırımının kimlər tərəfindən törədildiyinə dair beynəlxalq səviyyədə bir
sübutdur. Kartner cavab məktubunda yazır: "Xocalıda yaşananlar və
Xocalıdan köçən azərbaycanlıların ifadələri sizin iddialarınızı dəstək
ləmir. Bundan başqa, sizin məktubunuzda bilərək və ya bilməyərək bi
zim qəbul etmədiyimiz iddiaları "biz dəstəkləyirik" kimi verməyiniz
də bizləri narahat etmişdir. Biz hələ də Xocalıda dinc əhalinin öldürül
məsində Qarabağ ermənilərinin məsuliyyət daşıdığını düşünürük".
Genosid (soyqırımı) ifadəsi ilk dəfə 1944-cü ildə yəhudi əsilli pol
şalı alim Rafael Lemkin (sonralar ABŞ-m baş prokuroru olub) tərəfindən
işlədilmişdir. Hazırda əksər mənbələr bu ifadənin Ш Reyx tərəfindən
14
yəhudi əsilli insanların kütləvi şəkildə məhv edilməsinə istinadən irəli
sürüldüyünü bildirirlər. Bəzi tədqiqatçılar isə bu terminin maraqlı döv
lətlərin sifarişi ilə sözdə "erməni soyqırımı "na hüquqi don geyindirmək
üçün hazırlandığını, lakin siyasi proseslərdəki dəyişikliklər üzündən
reallaşmadığım iddia edirlər. Genosid ifadəsi yunan dilində olan "ge-
nos", yəni "soy" sözü ilə latın mənşəli "ride", yəni "öldürmək, məhv
etmək" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bu ifadə 1945-ri ildə
Nürnberq tribunalı tərəfindən müharibə cinayətkarlarının günahlandı
rılması üçün istifadə edilmişdir. 1946-cı ildə BMT-nin Baş Assambleyası
tərəfindən qəbul olunmuş 96 (I) nömrəli qətnamədə soyqırımı anlayışı
na aşağıdakı tərif verilmişdir: "Qətl halı bir nəfərin öldürülməsi olduğu
halda, soyqırımı bir qrup insanı yaşamaq hüququndan məhrum etmək
deməkdir".
Tarix boyu baş vermiş silahlı münaqişələrin səbəbləri fərqli olsa
da, onlarm nəticələri çox zaman dinc əhalinin kütləvi şəkildə öldürül
məsi ilə səciyyələnir. Müəlliflər bu cür qətliamlarm bəzən təsadüf, diq
qətsizlik və ya yanlışlıq səbəbindən baş verdiyini qeyd etsələr də, bir
çox hallarda bu hərbi cinayətlər bilərəkdən və ya düşünülmüş şəkildə
törədilir. Burada məqsəd qarşı tərəfə sarsıdıcı, fiziki və psixoloji zərbə
vurmaq olur. Bu halda artıq söhbət soyqırımı cinayətindən gedir. Xocalı
qətliamı müharibə şəraitində baş versə də, onu müharibə şəraitində baş
vermiş digər qətl hallarından fərqləndirmək lazımdır. Belə ki, o, qeyd
olunduğu kimi, təsadüf və ya ehtiyatsızlıq səbəbindən deyil, məhz bilə
rəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.
Qətliamm soyqırımı kimi tanınması üçün onun rəsmi şəkildə
qərara alınması və bilərəkdən bir qrup insanın öldürülməsi məqsə
di ilə həyata keçirilməsi şərtdir. Bu halda öldürülmüş insanların say
ca çox olmaları vacib deyildir. Bəzi mənbələr hadisənin miqyası ilə
bağlı fərqli nüansların olduğunu, Xocalıda baş vermiş qırğm zamanı
ölənlərin saymm çox olmadığını bildirsələr də, tarixdə bu kimi hadi
sələrin (Sonqmi, Vyetnam; Xatın, Belarus; Lidiçe, Çexiya) soyqırımı
kimi tanınması təcrübəsi vardır. Yəni düşünülmüş şəkildə bir qrup
insanın məhv edilməsi faktı soyqırımım müharibə və insanlığa qarşı
digər cinayətlərdən fərqləndirir. Bu halda soyqırımı cinayətini törə
9
15
dənin məqsədi sadəcə bir şəxsi deyil, bütövlükdə onun aid olduğu
qrupu da məhv etməkdir.
Bir qrup insanın düşünülmüş şəkildə məhvi ilə nəticələnən təqib
halları müəyyən fərqli formalarda olduğu üçün soyqırımının hansı
şəraitdə baş verməsini dəqiqləşdirmək lazımdır. Keçmiş Yuqoslavi
yaya dair aparılan məhkəmənin qanunvericiliyinə əsasən, insanların
kütləvi şəküdə öldürülməsinin soyqırımı kimi qəbul olunması üçün
həmin insanların hansısa ümumi xüsusiyyətlərə malik olması və on
ların məhz həmin xüsusiyyətlər səbəbindən öldürülməsi şərtdir. Bu
xüsusiyyətlər aşağıdakılardır: dini, etnik, milli və irqi. Əks halda, bir
qrup insanın siyasi baxışlarma görə və ya başqa səbəblərdən kütləvi
şəkildə təqib edilməsi soyqırımı kimi qəbul edilmir. Yəni sadalanan
dörd şərtdən biri sübut olunmadığı təqdirdə, soyqırımından söhbət
gedə bilməz.
Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9
dekabr 1948-ci il tarixli 260 A (Ш) saylı qətnamə ilə qəbul etdiyi "Soy
qırımı cinayətinin qarşısmm alınması və cəzalandırılması haqqında"
Konvensiya ilə müəyyən edilir və hər hansı milli, etnik, irqi və ya dini
qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərə-
kətiəri bildirir:
a) belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;
b) belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq
yetirilməsi;
c) hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə
hesablanmış həyat şəraitinin yaradılması;
d) belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesab
lanmış tədbirlər;
e) uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.
Soyqırımı cinayətinin baş verdiyini iddia etmək üçün yuxarıda
göstərilən şərtlərdən biri kifayətdir.
Xocalı soyqırımı baş verdiyi zaman Ermənistan soyqırımı kon
vensiyasına üzv deyüdi. Yəni ilk baxışdan belə anlaşıla bilər ki, onun
16
^
•
ТВ
^1
İ
m
Sİ? I
k
-
1
beynəlxalq hüquqa əsasən soyqırımı törətməmək öhdəliyi yoxdur. Yu
qoslaviya da məhkəmə qarşısında məhz bu amilə əsaslanaraq, etiraz
edirdi. Lakin məhkəmə həmin etirazı rədd edərək bildirdi ki, soyqırımı
konvensiyasmda nəzərdə tutulmuş müddəalar bütün müasir cəmiyyət
lər tərəfindən tanınmışdır və bu müddəalar dövlətlər üçün "erga om-
nes" dəyərinə malikdir, yəni dövlətlər heç bir hüquqi öhdəlikləri olma
dığı halda belə soyqırımı törətməkdən boyun qaçırmalıdırlar. Başqa bir
tərəfdən isə soyqırımının rədd edilməsi prinsipi bəşəri bir dəyərdir, o,
beynəlxalq hüququn ən ali prinsiplərindən olub "jus cogens" (yəni bü
tün dövlətlər üçün məcburi olan) keyfiyyətinə malikdir.
Beynəlxalq Ədalət Məhkəməsinə görə, soyqırımı konvensiyası
həm dövlətlərə soyqırımı törətməyi qadağan edir, həm də onların üzə
rinə soyqırımı cinayətinin baş verməsinin qarşısını almaq öhdəliyi qo
yur. Soyqırımının qarşısım almaq dövlətlərə verilmiş ayrıca məcburi bir
öhdəlikdir və dövlətlər mümkün olan bütün vasitələrdən istifadə edə
rək, onun baş verməsinin qarşısını almalıdırlar. Yəni soyqırımının baş
verməsindən xəbərdar olan dövlət onun qarşısını almaq məqsədilə əlin
dən gələni etmirsə, o, bu cinayət üçün məsuliyyət daşıyır. Həmçinin,
dövlətlər öz qanunvericiliyinə tabe olmayan, amma üzərində müəyyən
təsiri olan insanların da soyqırımı törətməsinin qarşısım almalıdırlar.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu nəticəyə gəlmək
olar ki, Ermənistan həm düşünülmüş şəkildə soyqırımı cinayətini törət
diyi, həm də onun qarşısım almaqda heç bir istək nümayiş etdirmədiyi
üçün məsuliyyət daşıyır. Bu sonuncu məsuliyyəti Rusiya Federasiyası
na da aid etmək olar. Əsasən də ona görə ki, Rusiya Xocalı soyqırımının
baş verəcəyindən xəbərdar olduğu halda, onun qarşısmı almaq üçün
nəinki heç bir addım atmamış, hətta onun tabeliyində olan hərbi hissə
bu cinayətin törədilməsində fəal iştirak etmişdir.
Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsi qeyd edir ki, soyqı
rımı cinayəti müəyyən bir qrupun məhv edilməsinə aid olduğu üçün
"qrup" anlayışının hüquqi tərifim dəqiqləşdirmək vacibdir. Yəni soyqı
rımı konvensiyasının 2-ci maddəsində nəzərdə tutulan qrup üzvlərinin
öldürülməsinin hansı formalarının soyqırımı cinayətinə uyğun olma
sım müəyyən etmək lazımdır. Bunun üçün Beynəlxalq Ədalət Məhkə-
:
məsi aşağıdakı şərtləri təyin edir: hədəfə alman qrupun vacib bir hissəsi
məhv edilsin. Yəni qrupun məhv edilən hissəsi o qədər vacib olmalıdır
ki, bu hal həmin qrupun varlığına ciddi təhlükə yaratsın. Beləliklə, Xo
calıda yaşayan əhalinin vacib bir hissəsinin məhv edilməsini nəzərə ala
raq, bu birinci şərtin Xocalıya uyğun olmasını iddia etmək olar. Başqa
bir şərt kütləvi qırğının müəyyən bir coğrafi əraziyə aid olmasıdır, yəni
hədəfə alman qrupa aid olan insani arm bütün dünyada məhv edilmə
si vacib deyil. Müəyyən bir ərazidə həmin qrupun üzvlərinin kütləvi
öldürülməsi soyqırımı cinayətinə uyğun gəlir. Bu şərti Xocalıda törədi
lən qırğınla müqayisə edəndə məlum olur ki, Beynəlxalq Ədalət Məh
kəməsinin tələb etdiyi kimi, Xocalı soyqırımı müəyyən bir ərazidə baş
vermişdir, yəni giriş-çıxışı məhdudlaşdırılmış Xocalı şəhərində. Bun
dan əlavə, soyqırımı törədənin imkanlarım da nəzərə almaq lazımdır,
çünki erməni silahlı qüvvələri niyyətlərini həyata keçirmək üçün bütün
imkanlara malik idilər, yəni köməksiz və xilas olmağa imkanı olmayan
insanlar hərbçilər tərəfindən odlu silahlarla kütləvi şəkildə qətlə yetiril
mişlər. Beləliklə, bu nəticəyə gəlmək mümkündür ki, Xocalı qətliamma
soyqırımı ifadəsini qeyd-şərtsiz aid etmək olar. Belə ki, həmin qətliam,
birincisi, Ermənistan dövlətinin əvvəlcədən düşünülmüş siyasəti nəti
cəsində baş vermişdir. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cina
yətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq
tələb olunur. Xilas olmağa can atan azərbaycanlı mülki əhalinin əvvəl
cədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pu
lemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırımı niy
yətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı
yönəlmiş olduğu göz önündədir. İkincisi, oradakı insanlar azərbaycanlı
olduqları üçün öldürülmüşdür. Bu sonuncu amil həmin qətliamm baş
verməsində ayrı-seçkiliyin olmasmı üzə çıxarır və beynəlxalq hüquqda
qadağan olunmuş aparteid, irqçilik, ksenofobiya və s. kimi cinayətlə
rə uyğun gəlir. Həmin cinayətləri qadağan edən beynəlxalq sənədlər
Ermənistan Respublikasının məsuliyyətə cəlb olunmasına əsas verir.
Bundan əlavə, işğal olunmuş ərazilərdə tarixi maddi-mədəniyyət abi
dələrinin də məhv edilməsini və terrora məruz qalmasını nəzərə alaraq
Azərbaycan Ermənistana qarşı həm maddi, həm də mənəvi soyqırımı
iddiaları irəli sürməlidir.
M.S. V
M'ıi i] 11 • ‘İİ 1 i <
N-axçlvan Д\ .xt.ir I v.:>,■
!ı
KİTABXANASI
19
1. BMT Baş Assambleyası tərəfindən 260 A (Ш) saylı qətnamə ilə
qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısı
nın almması və ona görə cəzalar" Konvensiyası.
2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizam
namədə soyqırımı cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təş
kil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayət
lər kimi tövsif olunur).
3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamna
məsi (maddə 4).
4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi
(maddə 1).
5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).
6. Azərbaycan Respublikasmm Cinayət Məcəlləsi (maddə 103).
7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların
soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.
Xocalı hadisələrinin soyqırımı cinayəti kimi
tanınmasının hüquqi əsasları:
20
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə bağlı bunları müəyyən
etmişdir:
1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalan
dırılması qaçılmazdır.
i
!
2. Cinayət tərkibi təkcə soyqırımı aktının törədilməsi deyil, həm
,
də soyqırımı törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımının törədil
məsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırımı törədilməsinə
qəsd və soyqırımda iştirakdır.
3. Soyqırımı törətmiş şəxslərə universal yurisdiksiyanm prinsip
ləri tətbiq edilməlidir.
4. Soyqırımı cinayəti törədilərkən əmrin icrasına istinad etmək
məsuliyyətdən azad etmir.
5. Rəhbərlər soyqırımı cinayətinin qarşısının alınması üzrə hərə
kətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
6. Cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti soyqırımı
cinayətlərinə tətbiq edilmir.
7. Soyqırımı cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqi
nə yol verilir.
8. Soyqırımı cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb
edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.
*
1
Xocalı soyqırımı nəticəsində 1948-ci il 10 dekabrda elan olunan
•
• •
j
BMT Baş Məclisinin insan Hüquqları Umumi Bəyannaməsinin aşağı
dakı maddələri pozulmuşdur:
Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milliyyətindən və di
gər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bü
tün hüquq və azadlıqlara malik olmalıdır.
Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq
hüququ var.
Xocalı hadisələrinin soyqırımı kimi
tanınmasının hüquqi nəticələri:
21
Maddə 5. insan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və
qəddar hərəkətlər qadağandır.
• •
Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qa
dağandır.
Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və
insanın əmlakdan özbaşma məhrum edilməsi qadağandır.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfin
dən beynəlxalq hüquq normalarma uyğun soyqırımı, deportasiya, iş
gəncə və digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri aparılmış,
nəticədə 1 yanvar 2011-ci il tarixədək sülh və insanlıq əleyhinə müha
ribə cinayətləri törətmiş 239 nəfər, habelə ümumi cinayətlər kateqori
yasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törət
miş 48 nəfər, cəmi 287 nəfər barəsində təqsirləndirilən şəxs qismində
cəlbetmə qərarları çıxarılmışdır. Məhkəmə qərarlarma əsasən, onlarm
barələrində həbs qətimkan tədbiri seçilmiş, axtarışları elan edilmiş,
bununla bağlı müvafiq sənədlər aidiyyəti orqanlara göndərilmişdir.
22
Soyqırımı törətmiş şəxslərin
beynəlxalq məsuliyyəti
Soyqırımı cinayəti baş vermişsə, onun məsuliyyəti, eyni zamanda,
həm dövlətə, həm də həmin cinayətin baş verməsində bilavasitə iştirak
etmiş şəxslərə aid edilir. Bunun üçün beynəlxalq hüquq tələb edir ki, hər
bir dövlət öz daxili qanunvericiliyinə soyqırımı cinayətində təqsirli bili
nən şəxslərin məsuliyyətini təyin edən müddəalar daxil etsin. Bu vasitə
ilə soyqırımı cinayətini törədən şəxslərin məsuliyyətdən yayınmasının
qarşısı alınmalıdır, çünki Nümberq tribunalının məşhur cümləsində
də deyildiyi kimi: "Bir cinayəti qeyri-müəyyən orqanlar yox, müəyyən
şəxslər törədirlər". Bu cür yanaşma Beynəlxalq Ədalət Məhkəməsi tərə
findən də qəbul edilmişdir və o, beynəlxalq hüquqda ikili məsuliyyətin,
yəni eyni zamanda dövlətin və şəxsin məsuliyyətinin mümkünlüyünü
qəbul edir. Beləliklə, Xocalıdakı soyqırımı cinayəti üçün yalnız Ermə
nistan Respublikası deyil, həm də onun baş verməsində iştirak etmiş
erməni məmurları da məsuliyyət daşıyırlar. Amma təəssüf ki, həmin
şəxslər nəinki cəzasız qalıblar, hətta onların bir qismi bu gün Ermənis
tan Respublikasının hakimiyyət orqanlarında məsul vəzifələr daşıyır
lar. Bunun üçün Azərbaycanın diaspor və ictimai təşkilatları Xocalı soy
qırımında iştirak etmiş şəxslərin xaricə səyahətləri zamanı məsuliyyətə
cəlb edilməsini həmin dövlətlərdən tələb etməlidirlər. Bu praktika artıq
bir neçə Avropa ölkəsində baş tutmuşdur. Misal üçün, Belçikada, İsveç
rədə və Kanadada Ruanda soyqırımında təqsirli bilinən şəxslərə qarşı
cinayət işi açılmış, onlar məhkəmə qarşısmda cavab verməli olmuşlar.
Soyqırımının tanınması qısa müddət ərzində mümkün deyildir.
Hər şeydən əvvəl, soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən qə
bul edilməsi üçün ölkə daxilində və beynəlxalq hüquqda mövcud olan
sənədləri toplamaq, sistemləşdirmək, ilk mərhələdə məsələyə müttəfiq
dövlətlərin parlamentlərində hüquqi-siyasi qiymətin verilməsinə nail
olmaq, mütəmadi olaraq beynəlxalq təşkilatlarda soyqırımı cinayəti ilə
bağlı məsələləri gündəmə gətirmək, təbliğat prosesində ardıcıllığa və
qərarlılığa riayət etmək zəruridir.
23
XOCALI SOYQIRIMININ BEYNƏLXALQ
ALƏ M D Ə TANIDILMASI PROBLEMİ
Daha öncə də qeyd olunduğu kimi, Xocalı soyqırımının mahiy
yətinə dair Azərbaycan dövlətinin mövqeyi ilə bağlı ölkə daxilində
aparılan müzakirələrin yekunlaşdırılması Xocalı soyqırımının bey
nəlxalq səviyyədə tanınması istiqamətində görülən və həyata keçiri
ləcək işlərin effektivliyi baxımından zəruri şərtdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam
etdikcə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması xüsu
si önəm kəsb edir. Bu, Dağlıq Qarabağın həqiqətən də Azərbaycan
torpaqları olduğu faktının, azərbaycanlıların bu münaqişədə zərər
çəkən tərəf qismində olmasının beynəlxalq ictimaiyyət tərəfindən
mütləq şəkildə qəbul olunması baxımından praktiki əhəmiyyətə ma
likdir. Başqa sözlə, Dağlıq Qarabağ münaqişəsi reallıqlarının dünya
ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımının tanıdılması prose
si paralel aparılmalıdır.
Regionda və beynəlxalq aləmdə Xocalı soyqırımının beynəlxalq
hüquq və Cenevrə Konvensiyası çərçivəsində tanıdılması strategiya
sının doğru hazırlanması və hədəf qruplarla davamlı təbliğatm apa
rılması vacib amillərdən biri kimi qəbul edilməlidir. Bu mənada, gö
rüləcək işlərin dövlətlərin və regionların xüsusiyyətlərinə görə təsnif
edilməsi vacibdir. Bu baxımdan, dövlət, hökumət və qeyri-hökumət
təşkilatlarının bu istiqamətdə razılaşdırılmış fəaliyyət planının ha
zırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
M D B ölkələri
Keçmiş Sovet Respublikaları təxminən 100 il Azərbaycanla bən
zər tarixi paylaşdıqları üçün bu coğrafi məkanda Xocalı soyqırımının
24
tanıdılması fəaliyyəti uğurlu nəticə verə bilər. Rusiya istisna olmaqla,
• •
Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıs
tan, Gürcüstan və Baltikyanı dövlətlər Azərbaycanın məqsədyönlü
təbliğatına etinasız qalmazlar. Burada Baltikyanı dövlətlərdən Litva
da, Cənubi Qafqaz dövlətlərindən Gürcüstanda sovet qoşunlarının
bənzər qırğınlar törətməsi bu ölkələri sözügedən məsələdə Azərbay
cana yaxınlaşdıran əsas məqamlardan biridir. Qeyd olunan dövlətlə
rin daxilində mütəmadi şəkildə aparılan təbliğat kampaniyası yaxm
gələcəkdə olmasa da, orta və uzun müddətdə istənilən nəticənin əl
də edilməsinə gətirib çıxara bilər. Bu məsələ xüsusilə Azərbaycanın
həmin ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarının qarşısında
prioritet kimi qoyulmalıdır.
Belarus və Ukrayna ilə siyasi, iqtisadi və hərbi sahələrdə sıx
əməkdaşlıq, Azərbaycanın bu ölkələrin bəzi iqtisadi, xüsusilə enerji
problemlərinin həll edilməsində göstərdiyi yardım bu ölkələrdə də
müsbət nəticə əldə etməyə imkan verə bilər.
Gürcüstan daxilində aparılan təbliğat prosesində Azərbaycanın
bu ölkəyə hər zaman siyasi və iqtisadi dəstək verməsi, xüsusilə Rusi
yanın 2008-ci ildə Gürcüstana silahlı müdaxiləsindən sonra yaranmış
ciddi iqtisadi və siyasi problemlərin fonunda Azərbaycanın Gürcüs
tana dəstəyi və bundan sonra göstəriləcək dəstək müqabilində belə
bir tələbin irəli sürülməsi və təbliğatın aparılması müsbət nəücə verə
bilər.
Dostları ilə paylaş: |