36
nəvi qiymət verməyə, Azərbaycan xalqına qarşı törədilmiş cinayəti ara
dan qaldırmağa çağırırdı.
Xocalı hadisələri ilə bağlı müxtəlif sənədlərin qəbulu ilə yanaşı,
təbii ki, bu cinayətin təfərrüatının gənc nəslə çatdırılması və bununla
da yaddaşlara həkk edilməsi üçün tədbir görmək də vacib amillərdən
dir. Bu məqsədlə, 2009-cu ilin iyulunda İKT Gənclər Forumu ilə İSES-
KO arasında imzalanmış anlaşmaya əsasən, Xocalı faciəsi haqqında
məlumatın İKT ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq
əldə edilib.
Dünya dövlətlərinin təcrübəsində rast gəlinən soyqırımıları ilə
müqayisədə yaxın keçmişdə baş vermiş Xocalı soyqırımının tanıdıl
ması üçün, təbii ki, analoji cinayətlə üzləşmiş digər dövlətlərin təcrü
bəsinə nəzər salmaq, vacib məqamlardan bəhrələnmək lazımdır. Bu
istiqamətdə təbliğat gücləndirilməli, dünya dövlətləri tərəfindən artıq
tanınmış soyqırımıları ilə Xocalı soyqırımının yanaşı səslənməsi üçün
tədbirlər həyata keçirilməlidir.
Müasir dövrdə elektron təbliğaün effektli olması nəzərə almarsa,
"Xocalıya ədalət" kampaniyasının səyi ilə Xocalı qətliamınm admm Is-
37
veçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl "Bey
nəlxalq Müharibə Qurbanları Memorialı" arxiv layihəsinə daxil edilmə
si bu istiqamətdə görülmüş ən vacib tədbir kimi dəyərləndirilməlidir.
"Beynəlxalq Müharibə Qurbanları Memorialı" layihəsində П Dünya
müharibəsindən sonra dünyada baş vermiş müharibələr, soyqırımıları
və qətliamlarm qurbanları olmuş adamların siyahısı verilir, şəkillər və
faktlarla birlikdə hadisələrin xülasəsi əks olunur. XX əsrin ikinci yarı
sından bu günədək soyqırımı və qətliamlarda həlak olmuş insanların
siyahıyaalma prosesində insan hüquqları ilə məşğul olan institutlar,
alimlər, beynəlxalq və qeyri-hökumət təşkilatları, tədqiqatçılar iştirak
edirlər. Geniş auditoriyaya malik bu elektron məkanda kampaniyanın
rəsmi saytına istinad edilərək, Dağlıq Qarabağ müharibəsi zamanı er
məni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində xüsusi amansızlıqla
öldürülənlərin siyahısının yerləşdirilməsi, faciənin saytın istifadəçiləri
nə XX əsrin ən dəhşətli qətliamı kimi təqdim edilməsi çox böyük əhə
miyyət kəsb edir.
2010-cu il yanvarın 31-də İKT-yə üzv dövlətlərin Parlament İtti
faqının Uqandanm paytaxtı Kampala şəhərində keçirilən 6-cı sessiya
sında Azərbaycan üçün çox mühüm hadisə baş vermişdir. 51 ölkənin
parlament heyətləri başçılarının iştirak etdiyi tədbirdə İslam Konfran
sı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə "İKGF ilə İKT Pİ arasında
əməkdaşlıq" haqqmda qətnamə qəbul edilmiş, Xocalı faciəsi "Erməni
və
qarşı cinayət" kimi qiymətləndirilmişdir. Həmçinin, bu sənəddə "Xoca
lıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq
səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu
qətnamənin əsas xüsusiyyəti onun beynəlxalq təşkilatlar tərəfindən Xo
calı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan ilk sənəd olmasıdır.
Dünya parlamentlərinin dörddə birinə yaxm hissəsini əhatə edən, dün
yanın ən böyük parlamentlərarası qurumlarından olan İKT Parlament
ittifaqının belə qətnamə qəbul etməsi Xocalı soyqırımının tanıdılması
istiqamətində ən uğurlu nailiyyətlərdəndir.
İKT Xarici İşlər Nazirləri Şurasmm (İKT XİNŞ) 2010-cu il maym
20-də Tacikistanın paytaxtı Düşənbədə keçirilmiş 37-ci sessiyasının ye-
"İnsanlığa
silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı"
38
kun iclasında Dialoq və Əməkdaşlıq uğrunda DCT Gənclər Forumunun
fəaliyyəti haqqında qətnamə qəbul edilmişdir. Bu qətnamə ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilmiş məqsədli cinayətin beynəl
xalq arenada təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir. Qətnamədə
xüsusi bəndlə İKT üzv dövlətləri, həmçinin İKT-yə bağlı beynəlxalq
institutlar "Xocalıya ədalət" kampaniyasının fəaliyyətində aktiv iştira
ka və faciənin həm beynəlxalq, həm də milli səviyyədə insanlığa qarşı
törədilmiş cinayət kimi tanınmasına çağırılmışdır. Bu ərəfədə siyasi ta
mtam, kütləvi aksiyaların keçirilməsi və ictimaiyyətlə əlaqə qurmaqdan
ibarət 3 hissəli "online" aksiyaya da start verilmişdir.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətin
də görülmüş işlərin bəhrəsi kimi "Əbu-Dabi Bəyannaməsinin" adı da
vurğulanmalıdır. Bu sənəd İKT Parlament İttifaqı (İKT Pİ) Şurasının
2011-ci ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Da-
bidə keçirilən 13-cü sessiyasmda qəbul edilmiş, İKT Pİ Şurası üzv döv
lətləri Xocalı faciəsini "insanlığa qarşı törədilmiş kütləvi cinayət" kimi
tanımağa çağıran mühüm sənəddir. Qətnamənin 3-cü bəndində İKT Pİ-
yə üzv parlamentlərin erməni silahlı qüvvələri tərəfindən Azərbaycan
Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törə
dilmiş kütləvi qırğmı insanlığa qarşı törədilmiş cinayət kimi tammaları-
39
na dair ifadə işlənmişdir. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə
milli səviyyədə lazımi qiymətin verilməsinə çağırırlar.
2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv döv-
* :
•
lətlərin Parlament ittifaqının İndoneziyanın Palembanq şəhərində ke
çirilmiş 7-ci sessiyasmda Xocalı soyqırımı, ilk dəfə olaraq, beynəlxalq
səviyyədə tanındı, "Azərbaycan Respublikasına qarşı Ermənistan Res
publikasının təcavüzü" adlı ənənəvi olaraq qəbul edilən qətnaməyə
İKGF-nin təşəbbüsü ilə bununla bağlı xüsusi bir bənd əlavə edildi. Be
ləliklə, beynəlxalq sənədlər arasmda bu qətnamə ilk dəfə olaraq Xocalı
faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verir.
"Xocalıya ədalət-Qarabağa azadlıq" beynəlxalq kampaniyası yara
dıldığı gündən başlayaraq, yalnız Xocalı soyqırımının ildönümü ərəfə
sində deyil, ilboyu təbliğat xarakterli mühüm tədbirlərə imza atmışdır.
Belə ki, xarici ölkələrdə Xocalı hadisələrini əhatə edən internet saytları
istifadəyə verilmiş, müxtəlif səviyyələrdə rəsm müsabiqələri keçiril
miş, filmlər çəkilmiş, rəsm sərgiləri təşkil olunmuş, müxtəlif dillərdə
kitablar dərc olunmuş, müxtəlif ölkələrin telekanallarında azərbaycanlı
ziyalıların Xocalı ilə bağlı müsahibələri təşkil edilmiş, Xocalı ilə bağ
lı materiallar xarici ölkələrin xarici işlər nazirliklərinə, parlamentləri
nə, hökumət və qeyri-hökumət təşkilatlarına, ictimai-mədəni və təhsil
müəssisələrinə, kitabxanalara, diplomatik nümayəndəliklərə, beynəl
xalq və regional təşkilatların ofislərinə göndərilmiş,& Dostları ilə paylaş: |