Türkiyə
Türkiyə ilə münasibətlər çərçivəsində Xocalı soyqırımının hü
quqi cəhətdən tanıdılması məsələsi digər dövlətlərlə müqayisədə
daha ciddi nəticələr vəd edir. Belə ki, bu ölkənin Ermənistanla cid
di problemləri vardır. 1990-cı ilə qədər dünyadakı erməni diaspo
ra təşkilatları, bu tarixdən sonra isə Ermənistan Respublikası dünya
miqyasında qondarma erməni soyqırımının tanıdılması istiqamətin
də Türkiyəyə qarşı aktiv təbliğatını davam etdirir və özlərinə görə
uğurlu nəticələr əldə edirlər. Belə ki, Qərbi və Şərqi Avropanın, Latın
25
Amerikasının bir çox dövlətlərinin əyalət və mərkəzi parlamentləri,
ABŞ-m ayrı-ayrı ştatlarının məclisləri qondarma erməni soyqırımı
nı tanıyan qanunlar qəbul etmişdir. Son zamanlarda isə qondarma
erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında yeni
qanunlar müzakirə və qəbul edilir. Xüsusilə Fransa parlamentinin
bu barədə yeni qanun layihəsini qəbul etməsindən sonra gərginləşən
Türkiyə-Fransa münasibətləri nəzərə almarsa, Türkiyə Böyük Mil
lət Məclisi istiqamətində təbliğatın sürətləndirilməsi vacibdir. Hər
halda, Türkiyənin Ermənistan ilə münasibətlərini qaydaya salacağı
na ümid edildiyi üçün bu günə qədər TBMM Xocalı soyqırımını qə
bul etməmiş ola bilər. Ancaq İsveçrənin qondarma soyqırımını inkar
edənlərin cəzalandırılması haqqında qanun qəbul etməsi, xüsusilə
Fransadakı proseslər vəziyyəti dəyişə bilər. Azərbaycan bu məsələ
ilə bağlı sadəcə Türkiyə parlamentində deyil, eyni zamanda, KİV-
lərdə də geniş təbliğat kampaniyasına başlamalı və bu proses ardıcıl
xarakter daşımalıdır.
5 fevral 2012-ci ildə Türkiyənin baş naziri Xocalı soyqırımını
tanıdığını bildirərək, "Azərbaycan və Türkiyə deputatlarının bütün
dünyanın Xocalı qətliammı soyqırımı kimi tanıması üçün birlik
də çalışacağıq. Bizim hər zaman yetərli qədər düşmənlərimiz olub.
Azərbaycan bizim qardaşımızdır və qardaşımızın çiyni hər zaman
bizimlədir" demişdir.
Türkiyəyə yönəlmiş təbliğat mərhələsində TBMM-də Azərbay
can əsilli millət vəkillərinin Xocalı soyqırımını məclis gündəminə
gətirməsi əhəmiyyətli məqamlardan biridir. Türkiyədə belə fikirlər
səsləndirilir ki, Türkiyə dünyada qondarma "erməni soyqırımı" id
diası ilə üzləşib və müxtəlif ölkələr bu iddiaları tanıyıb, belə bir və
ziyyətdə Türkiyə Xocalı soyqırımını tanıya bilməz, çünki belə mə
sələlərlə tarixçilərin məşğul olmasına tərəfdar olduğunu dəfələrlə
bəyan edib.
TBMM-də bu məsələni dəstəkləyən siyasi qrup və şəxslərlə də
sıx təmaslar qurulmalı, onların da Azərbaycan həqiqətlərini və Xo
calı soyqırımını məclis gündəminə gətirmələri istiqamətində iş apa
rılmalıdır. Türkiyədə KİV-lərlə işləməyi bacaran qruplar təşkilatlan-
26
dırılmalı, Türkiyə mətbuatı və telekanallarında məqsədyönlü işlər
görülərək, Azərbaycanı təbliğ edən proqramların hazırlanmasına və
yazıların dərc olunmasına səy göstərilməlidir.
Sözsüz ki, ümumən lobbi fəaliyyətinin diqqətlə nəzərdən keçi
rilməsi, beynəlxalq aləmdə bu istiqamətdə cərəyan edən hadisələrin
dinamizminin tam şəkildə dəyərləndirilməsi konkret nəticənin əldə
olunması baxımından mühüm məqamdır. Belə ki, lobbiçilik bir ins
titutdur və fəaliyyəti mütəmadi olmadığı təqdirdə, ciddi nəticələr
əldə etmək çətindir. Mövsümlük fəaliyyət heç bir zaman qənaətbəxş
deyildir və ola da bilməz. Bu baxımdan Diasporla İş üzrə Dövlət Ko
mitəsinin üzərinə ciddi məsuliyyət düşür.
2011-ci ildə Xocalı soyqırımı Türkiyə Böyük Millət Məclisində
müzakirə edildiyi zaman bəzi millət vəkilləri Azərbaycanın Xocalı
soyqırımını hüquqi cəhətdən tanımadığını bəyan edərək məsələyə
neqativ münasibət bildirmişdilər. Ancaq nə Holokost haqqında İs
rail Knessetində, nə də qondarma erməni soyqırımı haqqında Ermə
nistan parlamentində qanun qəbul edilib. Məsələyə bu aspektdən
baxıldıqda, TBMM də PKK-nı rəsmən terror təşkilatı kimi tanımır,
ancaq onun terrorçu mahiyyətini mütləq şəkildə qəbul edir.
Onu da qeyd etmək lazımdır ki, ermənilərin Türkiyədə uzun
illər ərzində yaşaması səbəbindən erməni diasporu təbliğatının bu
ölkədəki sahəsi və gücü Azərbaycan diasporuna nisbətən daha üs
tündür. Türkiyənin bir sıra KİV-lərində mütəmadi olaraq, hər gün
Ermənistan haqqında müsbət imic formalaşdıran informasiyalar ya
yımlanır, xüsusilə qətlə yetirilmiş Hrant Dinkin ölüm günü və məh
kəməsinin eyni vaxta təsadüf etdiyi dövrdə televiziya və mətbuat
Türkiyə ictimai rəyinə yönəlmiş "psixoloji təb liğ atın ı müvəffəqiy
yətlə davam etdirir. Xocalı soyqırımı və ümumən Azərbaycan mə
sələləri isə ya gündəmə gətirilmir, ya da dezinformasiya xarakterli
informasiyalar verilir. Türkiyədə fəaliyyət göstərən Azərbaycan ic
maları bu məsələni gündəmə gətirməyə çalışsalar da, hələ ki, istəni
lən nəticəni əldə etməmişlər. Digər tərəfdən, Türkiyədəki Azərbay
can icmalarında konkret məsələlərə dair fikir ayrılıqlarının olması
da ümumi işə xələl gətirən əsas amillərdən biridir. Azərbaycan hö-
27
kuməti təbliğat prosesində belə bir fərqə qətiyyən fikir verməməli,
Azərbaycan icmalarını vahid ideya ətrafında birləşdirmək üçün on
larla geniş şəkildə əməkdaşlıq etməli və zəruri hallarda ümumi işə
xeyir gətirəcək bütün layihələri maliyyələşdirməlidir.
Bundan başqa, Türkiyənin müxtəlif şəhərlərində tələbə təşki
latları da fəaliyyət göstərir. Bu təşkilatlarla da məqsədyönlü fəaliy
yət göstərilərsə, ayrı-ayrı şəhər və universitetlərdə uğurlu nəticələr
əldə etmək mümkündür. Belə ki, tələbə təşkilatlarının yerli icra haki
miyyətləri və bələdiyyələrlə ortaq layihələr hazırlaması və müxtəlif
tədbirlər təşkil etməsi Xocalı soyqırımının tanıdılması baxımından
əhəmiyyətlidir. Yuxarıda qeyd olunanlar Azərbaycana ən yaxın olan
və onu ən yaxşı tanıyan Türkiyə dövləti və xalqının Xocalı faciəsi
ni soyqırımı kimi tanıması üçün zəruri amillər kimi qiymətləndirilə
bilər. Türkiyə bu soyqırımını rəsmi şəkildə qəbul etmədikcə Xocalı
soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində görülən
işlər natamam qalacaq və sözsüz ki, digər ölkələr də bu məqama xü
susi diqqət yetirəcəklər.
A v ro p a və A m erika
Avropada və Amerikada Xocalı soyqırımını tanıtmaq üçün
dövlət qurumları ilə bərabər bu ölkələrdə yaşayan Azərbaycan (cə
nubi azərbaycanlılar da daxil olmaqla) və Türkiyə icmalarının poten
sialından da geniş istifadə etmək zəruridir. Belə ki, digər regionlara
nisbətən Avropa və Amerikada yaşayan azərbaycanlıların sayı daha
çoxdur və bəziləri tanınmış şəxslərdir. Doğrudur, Avropa və Ameri
kada Azərbaycan həqiqətlərini təbliğ etmək bir qədər çətindir. Belə
ki, təxminən 100 ilə yaxındır erməni diaspor təşkilatları və 20 ildən
çoxdur ki, Ermənistan dövləti bu regionda təbliğat aparır və ictimai
rəydə müəyyən fikir formalaşdıra biliblər.
Amma bu o demək deyildir ki, Azərbaycanın məqsədyönlü təb
liğatı müəyyən zamandan sonra belə heç bir nəticə verməyəcək. Hər
şeydən əvvəl bilinməlidir ki, Avropa və Amerikada təbliğat fəaliy
yətində ermənilər xeyli irəlidədirlər. Ancaq bu gün Azərbaycan
28
dövlətinin maddi imkanlarından, xaricdə yaşayan azərbaycanlıların
maddi və əqli potensialından tam şəkildə istifadə etməklə, bu fərqi
əhəmiyyətli dərəcədə azaltmaq və hadisələrin məcrasını dəyişmək
olar ki, əslində son illər ərzində baş verən proseslər bu dəyişikliyin
başladığını deməyə əsas verir.
Avropada aparılan təbliğat nəticəsində bəzi uğurlar əldə edilsə
də, bununla kifayətlənmək olmaz. Hollandiyanın Haaqa şəhərində
hərbi məzarlıqda Xocalı qurbanlarının xatirəsinə heykəl qoyulub,
əlbəttə, bu heykəlin məzarlıqda yox, şəhərdə qoyulması daha yaxşı
effekt verərdi. Lakin bunun özü də ciddi bir hadisədir və məqsəd
yönlü təbliğatla istənilən nəticənin əldə oluna biləcəyini göstərən
nümunədir. Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi ilə bir ne
çə ildən sonra şəhər mərkəzində də xatirə abidəsinin qoyulması ta
mamilə mümkündür. Əsas bu yöndə təbliğatın ardıcıl olmasıdır.
ABŞ-a yönəlmiş təbliğat fəaliyyətində prioritet məsələ Senat,
Nümayəndələr Palatası, ştatların qanunvericilik orqanları və qey
ri-hökumət təşkilatları ilə aparılan iş olmalıdır. Xüsusilə erməni
lobbisinin təcrübəsi nəzərə almarsa, prosesə ilk öncə ştatların qa
nunvericilik orqanlarından başlayaraq, Xocalı soyqırımını ştatlarda
tanıtmaqla, sonradan Konqresin gündəminə gətirilməsi də alternativ
və nəticə verə biləcək yollardan biridir. Xocalı soyqırımı ildönümlə
rində ABŞ-dakı Azərbaycan icmaları bu ölkənin qeyri-hökumət təş
kilatları ilə birlikdə tədbirlər təşkil edərək, bu soyqırımı yaşadıqları
ştatların vətəndaşlarına, yerli icra hakimiyyətləri və bələdiyyələrin
nəzərinə çatdıra bilərlər. Bu barədə, eyni zamanda, ABŞ-da yaşayan
müsəlman icmaları ilə də əməkdaşlığın konturları müəyyən edilmə-
m •
li və həyata keçirilməlidir. Ümumiyyətlə, Xocalı soyqırımının ABŞ-
m mərkəzi və əyalət məclislərində tanıdılması istiqamətində erməni
diaspor təşkilatlarının taktika və strategiyası geniş şəkildə araşdırıl
malı və dəyərləndirilməlidir.
29
M eksika və Pakistan
Ermənistan Xocalı soyqırımının tanınmasının mümkün olmadı
ğını bildirərək, Azərbaycanın bu istiqamətdə apardığı təbliğata ma
ne olmaq istəsə də, Meksika Senatının Xocalı soyqırımını tanıması
olduqca təqdirəlayiqdir. Avropa dövlətlərində illərdir təbliğat apa
rılmasına baxmayaraq, bu istiqamətdə ciddi nəticə əldə edilməyib.
Meksika Senatının belə qərar qəbul etməsi isə Xocalı soyqırımının
beynəlxalq aləmdə tanınması yönündə atılan ilk addımdır.
S e n a te of Pakistan
Foreign Relations Committee
« M
O tf< * ш } у
C o m m itte e s O 'A ce. A lo tu t
a v q p p o
. 0 3 la o m o o p d . To». Q3l»?77J974. Гол OV 9??Д973
February i. 2012
RESOLUTION
ihe fo 'O 'g n Relations Committee of Senate met on February l. 201? ot
2.Э0 pm to discuss ‘'Pakistan’s relations with Azcrpoiion".
The Committoe
unanimously passed a resolution which is os follows:
i)
The Foreign Relations Committee condem ns the occupation of
Azerbaijani territories by Armenia and the a o n o o d n committed by
Armenian arm ed forces in the Azerbaijani' Town of Kholoiy on
February 26. 1992 against civilian population.
ii]
The Committee re-offirms the sovereignty a n d territorial Integrity of
the Republic ot Azerbaijan within intornationoty recognized
borders.
id]
The Committee dem ands Implementations of resolutions of the UN
Security Council o n d the UN Gencrol Assembly on immediate,
com plete a n d unconditional withdrawal of aB Armenion forces
from a i the occupied territories ot Azerbojan o n d calls upon the
international community and international organizations to urçe
Armenia for implementations of those decisions. The infernotionc!
community m ay aiso Fa responsibdty for this genocide.
iv)
The Committee supports the efforts of the Republic of Azerbaijan to
resolve Iho ArmenlarvAzerbaijan Nogorno-Karobokh conflict by
peacoful means.
30
f
V
C<4V ,
V
*ä
X
^ W s > ^ £ ? * z ~
/
*ч,
/
^•%
.
°*
Meksika Senatından sonra Pakistan Senatının Xarici əlaqələr
Komitəsinin də Xocalı soyqırımını tanıması məsələyə tamamilə yeni
bir canlılıq qazandırdı. Pakistanın hər zaman Azərbaycanın yanın
da olması və beynəlxalq aləmdə Azərbaycanı başqa heç bir dövlə
tin dəstəkləmədiyi qədər dəstəkləməsi yüksək qiymətləndirilir. Bir
nüansı qeyd etmək vacibdir. Pakistan Ermənistanı müstəqil dövlət
olaraq tanımır. Bu, Azərbaycana verilən ən böyük dəstəkdir və ana
loqu yoxdur.
Meksika və Pakistan nümunəsi göstərir ki, beynəlxalq təşkilat
lar çərçivəsində görülən işlərlə yanaşı, ictimai rəyi Azərbaycana mü
nasibətdə müsbət olan ölkələrdəki fəaliyyətin gücləndirilməsi Xocalı
soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsində olduqca
zəruri şərtlərdən biridir və bu prosesi xeyli asanlaşdıra bilər. Bu ba
xımdan, Meksika və Pakistanı mühüm bir başlanğıc kimi qiymətlən
dirmək lazımdır.
31
İslam Ə m əkd aşlıq Təşkilatı
islam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament ittifaqı-
9
Ш
•
nm (IƏT PI) 7-ci sessiyası Indoneziyanm Palembanq şəhərində keçiri
lib. Təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləş
dirir və müvafiq olaraq, Afrika, Asiya və Ərəb regionunda iki ildə bir
dəfə öz sessiyasmı keçirir.
•
____
•
Islam Konfransı Gənclər Forumunun (IKGF) 'Azərbaycan Res
publikasına qarşı Ermənistan Respublikasmm təcavüzü" adlı ənənə
vi olaraq qəbul edilən qətnaməyə İKGF-nin təşəbbüsü ilə xüsusi bir
bənd əlavə edilib: "Konfrans üzv ölkələrin parlamentlərini 2012-ci il
dən etibarən (faciənin 20 illiyi) 26 fevral 1992-ci ildə Ermənistan silahlı
qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən
və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanıma
ğa çağırır və Xocalı soyqırımını törədənləri məsuliyyətə cəlb etməyi
tələb edir".
İKGF-nin irəli sürdüyü əlavələrdən sonra konfrans yekun hesa
batda qurumun Katibliyinə üzv ölkələrin parlamentlərinin "Xocalıya
32
ədalət" kampaniyasına milli və beynəlxalq səviyyədə dəstək göstəril
məsinə çağıran bu qətnamənin həyata keçirilməsini diqqət mərkəzin
də saxlamağı tapşıran müvafiq qərar qəbul edib.
Beynəlxalq sənədlər arasında ilk dəfə olaraq bu qətnamə Xoca-
•
___ __
•
lı soyqırımına siyasi-hüquqi qiymət verir. IƏT PI öz sıralarmda dün
ya parlamentlərinin dörddə birini cəmləşdirir və dünyanın ən böyük
beynəlxalq parlamentlərarası qurumlarındandır. Sözügedən termin
Xocalı soyqırımının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına
qarşı aparılan siyasətin tərkib hissəsi kimi beynəlxalq səviyyədə ta
nınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi
baxımından keyfiyyətcə yeni mərhələ açacaq.
Əlbəttə, bütün bunlar təqdirəlayiqdir və Azərbaycan üçün irə
liyə doğru atılan bir addımdır. İƏT-ə üzv olan ölkələrə Xocalı soy
qırımını tanımaq təklifi, əlbəttə, nəticəsiz qalmayacaq. Bu məsələnin
uzun zaman diqqətdə saxlanılması, hər iclas və ya konfransda bənzər
qərarların alınması və bəyanatların verilməsi üzv dövlətlərin Xocalı
soyqırımını tanıması üçün mühüm zəmin hazırlayır.
Xocalı soyqırımının tanıdılmasında müəyyən zaman məhdudiy
yəti olmamalıdır. Bu, uzun, ağır, məşəqqətli bir yoldur. Bu istiqamətdə
təbliğat mövsümlük olmamalı və mütəmadi olaraq həyata keçirilmə
lidir. Yəhudi Holokostunu müharibədən sonra Nürnberq Məhkəməsi
təşkil edildiyi üçün tanıtmaq problem olmadı. Ancaq "erməni soyqırı
mı" iddialarını təsdiqləyən heç bir hüquqi sənəd olmadığı üçün ermə
nilərin demək olar ki, bütün dünyada apardıqları təbliğat təxminən
80 ildən sonra uğurlu nəticə verməyə başladı. Bu baxımdan: "Son 20
ildə hansı dövlət soyqırımını tanıdı? Nəticəsi nə oldu?" kimi suallarm
əvəzinə, "Son 20 ildə Xocalı soyqırımının tanınması üçün nələr edildi,
nələr əskik qaldı? Strategiyamız doğru, yoxsa yanlış idi?" suallarına
cavab axtararaq daha ciddi nəticələr əldə etmək olar.
Bu prosesdə Meksika və Pakistan Senatının Xocalı soyqırımını
tanımaları ilk uğurlu nəticədir. Bu nəticə əsla yetərli qəbul edilməli və
digər dövlətlərin də Xocalı soyqırımını tanımaları istiqamətində sti-
mulverici amil olaraq dəyərləndirməlidir.
33
"XOCALIYA ƏDALƏT-QARABAĞA AZADLIQ"
BEYNƏLXALQ KAMPANİYASI
Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən olan
Xocalı soyqırımının dünyada tanıdılması Azərbaycan dövləti qarşısın
da duran ən vacib məsələlərdəndir. Bunun üçün həm ölkədaxili, həm
də ölkədən kənarda planlı, sistemli və ardıcıl siyasət həyata keçirilmə
lidir. Müvafiq dövlət orqanları tərəfindən artıq bir sıra sənədlər qə
bul olunmuşdur. Xarici təbliğat məsələləri isə, əsasən, xaricdə yaşayan
azərbaycanlıların, diaspor təşkilatlarının üzərinə düşür. Azərbaycanın
müxtəlif ölkələrdə olan diaspor təşkilatları tərəfindən sistemli olmasa
belə, tanıdılma istiqamətində, əsasən, Xocalı soyqırımının ildönümü
ərəfəsində müxtəlif tədbirlər həyata keçirilirdi. Lakin bu tədbirlərin
vahid konsepsiyaya müvafiq - sistemli həyata keçirilməsi daha məqsə
dəuyğundur. Bu baxımdan, Azərbaycan torpaqlarının Ermənistanın
işğalçı siyasətinə məruz qalması faktının və Xocalı həqiqətlərinin dün
ya dövlətlərində tanıdılması, cinayətkarların beynəlxalq ifşasma nail
olunması məqsədilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasın
dakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatı Gənclər Fo
rumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru
Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış kampaniya xüsusi əhəmiy
yət kəsb edir.
"Xocalıya ədalət-Qarabağa azadlıq" adlanan beynəlxalq kam
paniyanın rəsmi elan olunması 2008-ci il mayın 8-nə - Şuşa şəhəri
nin işğalmm ildönümünə təsadüf edir. Kampaniyanın yalnız İslam
Konfransı Təşkilatı (2011-ci ilin iyun ayından etibarən təşkilatın adı
İslam Əməkdaşlıq Təşkilatma dəyişdirilib) dövlətlərini deyil, Avropa
və Amerika dövlətlərini də əhatə edəcəyi planlaşdırılmışdır. Hazırda
kampaniyanın fəaliyyəti 35-dən artıq IKT və həmçinin, Avropa və La
tın Amerikası ölkələrini əhatə edir.
34
60-а yaxın dövləti özündə cəmləşdirən ЕҜТ və ya islam Əmək
daşlıq Təşkilatı (İƏT) müsəlman ölkələrin dövlət və hökumət başçı
larının konfransmda yaranmış, hazırda Birləşmiş Millətlər Təşkilatı
(BMT) ilə sıx əməkdaşlıq edən təşkilatlardandır. Azərbaycan Respub
likasının İƏT ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici
siyasət kursunun prioritet məsələlərindən olmaqla, strateji əhəmiyyət
kəsb edir. Dünyada baş verən proseslərdə gənclərin aktiv iştirakı və
fikir mübadiləsi üçün zəmin yaratmaq məqsədilə Azərbaycan dövləti
nin irəli sürdüyü qətnamə əsasında İKT Gənclər Forumu yaradılmışdır.
Məhz bu qurumun vasitəsilə "Xocalıya ədalət-Qarabağa azadlıq" bey
nəlxalq kampaniyası yarandığı gündən etibarən, bir sıra dövlətlərdə ef
fektiv xarici təbliğat tədbirlərini həyata keçirir.
İKT ilə Azərbaycan arasında mövcud uğurlu əməkdaşlığın nümu
nəsi kimi qeyd etmək olar ki, hələ "Xocalıya ədalət-Qarabağa azadlıq"
beynəlxalq kampaniyasının rəsmi elan olunmasından öncə İKT xarici iş
lər nazirlərinin 2007-ci ilin may ayında keçirilmiş sessiyasında İKT Gənc
lər Forumunun təşəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət verilmişdi.
"Xocalıya ədalət-Qarabağa azadlıq" beynəlxalq kampaniyasının
rəsmi elan olunmasından sonra isə qurum bir sıra tədbirlərin həyata
keçirilməsi istiqamətində aktiv fəaliyyətə başlamışdır.
2008-ci il maym 17-də İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq
uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş
İKT ekspertlərinin ikigünlük iclasmda "Xocalıya ədalət-Qarabağa azad
lıq" kampaniyası ekspertlər tərəfindən dəstəklənmiş, 26 fevral Xocalı
soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının
xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuş
dur. Bu qərar Azərbaycan üçün çox mühüm əhəmiyyət daşıyırdı. Belə
ki, Qərb ölkələrinin çox zaman tətbiq etdikləri ikili standartlar, dünyada
son zamanlar müşahidə olunan islamofobiya meyilləri müsəlmanlara
qarşı törədilmiş soyqırımı cinayətlərinin lazımi qiymətini almamasma
səbəb olduğu bir vaxtda BMT ilə sıx bağlılığı olan, dünyada özünəməx-
sus yeri olan IKT-nin mütəxəssisləri tərəfindən Xocalı hadisələrinə belə
bir qiymətin verilməsi "Xocalıya ədalət-Qarabağa azadlıq" kampaniya
sının gərgin və uğurlu fəaliyyətindən xəbər verirdi.
35
Bunun ardınca, Dialoq və Əməkdaşlıq Uğrunda islam Konfransı
Gənclər Forumu tərəfindən islam ölkələrində vahid soyqırımı qurban
ları gününün təsis edilməsi təklifi də İKT rəhbərliyinə təqdim olunmuş,
2008-ci il 22 iyulda İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessi
yasında qəbul edilmiş qətnaməyə əsasən, İKT üzvü olan ölkələrdə hu
manitar faciələrin qurbanlarının xatirə günü təsis edilmişdir. Faciənin
soyqırımı kimi tanıdılması, bəşəriyyətə qarşı bu ağır cinayətə siyasi qiy
mət verilməsi, soyqırımı həqiqətlərinin İKT ölkələrində yayüması haq
qında siyasi qərar, Gənclər Forumunun təşəbbüsü və Azərbaycan Res-
•
•
publikası Xarici işlər Nazirliyinin dəstəyi ilə IKT-yə üzv ölkələrin xarici
işlər nazirlərinin 35-ci sessiyasında və beynəlxalq təşkilata üzv ölkələrin
11-ci zirvə görüşündə qəbul edilən qətnamələrdə əksini tapdı.
Kampaniyanın digər nailiyyəti Xocalı soyqırımına siyasi qiymət
verməyə səsləyən qətnamənin qəbulu ilə əlaqədardır. İKT-nin 2009-
cu ilin may aymda keçirüən 36-cı iclasmda qəbul edilmiş qətnamədə
"Xocalıya ədalət-Qarabağa azadlıq" beynəlxalq kampaniyasına 57 ölkə
yüksək səviyyədə siyasi dəstək verdi. Qətnamə həm İKT dövlətlərini
kampaniyada fəal iştirak etməyə, həm də dünya birliyini siyasi və mə
4v> Dostları ilə paylaş: |