Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


materializm mövqelərindən çıxış



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə43/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   307
333 felsefe muhazireler toplusu eyani

materializm mövqelərindən çıxış 
edirdilər.
Empedokl Akraqantlı 
(e.ə. 490-430) Siciliyada yaşamış, "Təmizlənmə" və 
"Təbiət haqqında" mənzum əsərlər yazmışdır. Yunan fəlsəfi fikir tarixində Empo-
dokldan başqa filosof, şair, təbiətşünas alim, həkim, siyasi xadim və din təbliğatçısı 
kimi tanınmış ikinci bir şəxsiyyət tapmaq çətindir. Onun fəlsəfi təliminin əsasında 
4 ünsür konsepsiyası dururdu. Bu ünsürlər od, hava, su və torpaqdan ibarət idi. Em-
podokl bu elementləri həyatda mövcud olan "bütün şeylərin kökləri" adlandırırdı. 
Empedokl sadəlövh materialist idi, o, dünyanın heç bir qüvvə tərəfindən yara-
dılmadığını və onun məhv edilməzliyini sübut etməyə çalışırdı, dünyanın dərk edil-


46
məsini qəbul edirdi. 
Empedoklun fəlsəfəsinin metafizik və mexaniki xarakterə malik olmasına bax-
mayaraq, burada dialektika ünsürlərinə də rast gəlirik. Dialektik fikirlər filosof tərə-
findən məhəbbət və nifrətin hərəkətverici qüvvə kimi başa düşülməsində özünü da-
ha qabarıq büruzə verirdi. 
Anaksoqorun 
(e.ə. 500-428) fəlsəfi görüşləri Milet və Eley məktəbləri nüma-
yəndələrinin, o cümlədən, Anaksimen və Parmenidin təsiri altrada formalaşmışdır. 
Kainat hadisələrini təbii-elmi yolla izah etdiyi, dini baxışlara qarşı çıxdığı üçün 
Anaksaqor allahsızlıqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmişdi. O, 
Afina quldarlıq demokratiyasının başçısı Periklin dostu və silahdaşı idi. Dostunun 
xahişi ilə Anaksaqoru ölüm cəzasından azad etdilər. Anaksaqor fəlsəfi fikirlərini 
"Təbiət haqqında" adlı kitabında vermişdir. Sadəlövh materialist olan Anaksaqoru 
düşündürən əsas problem materiyanın quruluşu məsələsi idi. O belə hesab edirdi ki
dünyadakı bütün şeylərin əsasını sonsuz miqdarda mövcud olan maddi hissəciklər 
təşkil edir. Anaksaqor keyfiyyətcə bir-birindən fərqlənən bu hissəcikləri "şeylərin 
toxumu" - "qomeomeriya" adlandırırdı. Onun fikrincə, yeni ona görə meydana gəlir 
ki, bütün predmetlərdə şeylərin toxumu vardır. Bu toxumun təsiri ilə predmətlərin 
biri digərindən ayrılır. Bütün bunlar özünü ya bir şeyin meydana gəlməsində və ya-
xud da onun məhv olmasında göstərir. Dünyanın maddi əsası olan şeylərin toxumu-
nu, Anaksaqor hərəkətsiz, ətalət qüvvəsinə malik bir şey hesab edirdi. Anaksaqorun 
fikrincə, onları hərəkətə gətirən "nus"dur. O, "nus"u maddi şeyləri nizamlayan 
"mənəvi"-ruhi varlıq kimi başa düşürdü. 
Anaksaqorun idrak nəzəriyyəsi də filosofların diqqətini cəlb etmişdi. O, hissi 
idrakı qəbul edir, eyni zamanda, deyirdi ki, əql, təfəkkür olmasa bizi əhatə edən 
mühit haqqında müdrik fikirlər söyləmək mümkün olmaz. 
Empedokl və Anaksaqorun sadəlövh materializmi İoniya filosoflarının, eleat-
ların metafizik materializminə nisbətən irəliyə mühüm bir addım idi. Onların mate-
rialist baxışları Levkipp və Demokritin atomizmi üçün əsas yaratdı. Bu fəlsəfəsini 
Levkipp və Demokrit fəlsəfəsinə keçid mərhələsi kimi qiymətləndirmək olar. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin