Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə42/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   307
333 felsefe muhazireler toplusu eyani

Birinci paradoks
: Hərəkət edən cisim, nə olduğu yerdə hərəkət edir, nə də ol-
madığı yerdə. Çünki yer dəyişən cisim məsafəni axıra kimi getməzdən əvvəl yarısı-
nı getməlidir.
İkinci paradoks: 
Axill tısbağaya çata bilməz, çünki təqib edən əvvəlcə təqib 
edilənin durduğu yerə çatmalıdır, o çatana qədər qaçan daim müəyyən məsafə qət 


45
edəcək.
Üçüncü paradoks: 
Uçan ox tərpənməzdir, çünki zaman ayrı– ayrı “indi”lər-
dən əmələ gəlir.
Dördüncü paradoks: 
Iki eyni kütlə yarış meydanında, ancaq biri meydanın 
axırından, o biri isə ortasından əks istiqamətlərdə eyni sürətlə hərəkət edərsə, nəti-
cədə zamanın yarısı onun iki dəfə çoxuna bərabər olacaq. 
Zenonun iki min il bundan əvvəl ifadə etdiyi arqumentlər antik riyaziyyatın, 
məntiqin və dialektikanın sonrakı inkişafına güclü təkan vermiş, qarşıya çıxan çə-
tinliklərin aradan qaldırılması yollarının axtarışı fikrini oyatmışdır. Bu aporiyaların 
məzmun zənginliyi sayəsində onlar hərəkət haqqında qərarlaşmış təsəvvürlərin də-
yişməsində məhək daşı rolu oynamışlar. Çünki onlarla bağlı məntiqi cətinliklərin 
aradan qaldırılması üçün xeyli səy göstərmək tələb olunurdu. 
Bütövlükdə Eley məktəbinin nümayəndələri dünyanın maddiliyi haqqında bir 
sıra fikirlər irəli sürsələr də, hadisələrə antidialektik münasibət bəsləmiş, Milet 
məktəbinin fəlsəfi təlimini inkişaf etdirə bilməmişlər. 
Cənubi İtaliyada fəaliyyət göstərən məktəblərdən biri də 
Pifaqor və pifaqor-
çular məktəbi 
idi. E.ə. VI-V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlı-
ğın əsasları müxtəlif mövqelərdən həll edilırdi. 
Pifaqorçular 
bütün mövcudatın 
əsasına sayları qoyurdular.
Pifaqor
(e.ə. 584-582-500) Anaksimandr və Anaksimenin müasiri olmuşdur. 
"Tərbiyə haqqında", "İcmanın işləri haqqında", "Təbiət haqqında" əsərləri ilə məş-
hurdur. Pifaqorçular birinci növbədə riyaziyyat və həndəsə ilə məşğul olmuşlar. Elə 
buradan da onların ədədlər haqqındakı fəlsəfi təlimi meydana gəlmişdir. Pifaqorçu-
lar deyirdilər ki, bütün mövcudatın mahiyyətini mücərrəd təfəkkürün məhsulu olan 
ədədlərdə axtarmaq lazımdır. Onlar ədədləri şeylərdən ayırır, fövqəltəbii, mistik 
mahiyyətə çevirir və ilahiləşdirirdilər. Pifaqorun dəqiq ifadə olunan idealizmi onun 
siyasi, etik və dini baxışlarında da aydın görünürdü. O, dini və əxlaqı cəmiyyəti 
qaydaya salmaq üçün əsas amillər hesab edirdi. Ruhun ölməzliyi haqqında onun tə-
limi insanların tamamilə allahlara tabe edilməsi prinsipi əsasında qurulmuşdur. 
Pifaqorçuluq antik fəlsəfədə birinci idealist məktəb olmuşdur. O, Milet məktə-
binin və Heraklitin dialektikasının əleyhinə idi. Pifaqor təlimində idealizm fəlsəfəsi 
metafizik təfəkkürlə birləşmişdi. 
Sokrata qədərki fəlsəfənin görkəmli nümayəndələrindən biri də Empedokl və 
Anaksaqor olmuşlar. Onların hər ikisi kortəbii 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin