Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Aristotelin fəlsəfi baxışları



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə48/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   307
333 felsefe muhazireler toplusu eyani

Aristotelin fəlsəfi baxışları. 
Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin ən 
görkəmli nümayəndəsi Aristoteldir. 
Aristotel
(e.ə.384-322) bəşəriyyətin fəlsəfi fik-
rinin inkişafı tarixində xüsusi rol oynamışdır. Aristotelin xidmətləri əvəzsizdir. O, 
dünya şöhrətli filosof, yunan müdrikləri içərisində universal zəkaya malik olan bir 
şəxsiyyət kimi tanınmışdı. 
Aristotel Makedoniyanın Stagir şəhərində həkim ailəsində anadan olmuşdur. 
O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedərək, Platonun akademiya-
sına daxil olmuş və ömrünün 20 ilini orada keçirmişdir. Platonun ideyalar haqqında 
təlimi Aristotelə böyük təsir göstərmişdir. Lakin Akademiyaya daxil olduqdan on il 
sonra, o, müstəqil fikirlər söyləməyə, öz müəlliminin təliminə qarşı çıxmağa başla-
dı. Son nəticədə o, Akademiyanı tərk etdi, II Filippin dəvəti ilə Makedoniyaya qa-
yıtdı və çar sarayında onun oğlu Aleksandrın tərbiyəsi ilə məşğul olmağa başladı. 
Aleksandr hakimiyyətə gəldikdən sonra, Aristotellə onun arasında münaqişələr, 
ziddiyyətlər başlandı. Aristotel Aleksandrın qəsbkarlıq siyasətini tənqid edir, onun-
la yola getmirdi, ona görə də çar sarayını tərk edib Afinaya qayıtdı. 337-ci ildə o 
burada özünün 
"Likey"
adlanan xüsusi fəlsəfi məktəbini yaratdı. 
Aristotel 150-yə qədər elmi əsərin və fəlsəfi traktatın müəllifidir. Ellinizm döv-
ründə bu əsərlər Aristotelin davamçıları tərəfindən toplanaraq nəşr etdirilmişdir. 
Aristotelin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, o, varlıq haq-
qında xüsusi bir təlim yaratmış, onu "birinci fəlsəfə"-"metafizika" adlandırmışdır. 
Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci qrupa daxil olan Aris-


52
totelin ontoloji xarakterli əsərləridir. (Ontologiya yunanca - ontos - varlıq və loqos-
təlim sözlərinin birləşməsindən əmələ gəlmişdir). Aristotel bu qəbildən olan əsərlə-
ri bir traktatda birləşdirərək onu "Metafizika" adlandırdı (fizikadan - təbiət elmlə-
rindən sonra). Bunlardan başqa, Aristotel təbiətin və təbiət elmlərinin fəlsəfi məsə-
lələrinə həsr olımmuş "Fizika", "Səma haqqında", "Meydana
gəlmə və məhv olma 
haqqında", "Meteorologiya", "Heyvanların meydana gəlməsi" haqqında və eləcə də 
ictimaiyyətşünaslıq problemlərinə dair "Siyasət", "Ritorika", "Etika", "Poetika" adlı 
əsərlər yazmışdır. Daha sonra o, məntiqə, metodologiyaya aid "Kateqoriyalar", 
"Anlayış haqqında", "Birinci analitiklər", "Ikinci analitiklər", "Ümumi dəlillər" adlı 
traktatlar işləyib hazırlamış və onları "Orqanon" adlanan ümumi bir başlıq altında 
birləşdirmişdir. 
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi 
diqqət yetirmiş və hər cür varlığın əsasını "birinci materiyada" görmüşdü. Lakin o 
bu materiyanı varlıqla qarışdırmır, onunla eyniləşdirmirdi, hətta onu konkret varlı-
ğın sadə, tərkib hissəsi belə hesab etmirdi. Onun fikrincə, bu "birinci materiyanın" 
ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: od, hava, su və torpaq. Bu dörd ün-
sür hiss ilə qavranıla bilməyən "birinci materiya" ilə, hiss üzvləri ilə qavranılan və 
real surətdə mövcud olan aləm arasında müəyyən keçid pilləsidir. Aristotel yazırdı 
ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki mahiyyəti fərqləndirmək la-
zımdır. Bunlar istidən və soyuqdan, yaşdan və qurudan ibarətdir. Aristotelə görə
bu mahiyyətlərin dörd əsas üzrə birləşməsi, dörd əsas elementin meydana gəlməsi-
ni təmin edir: 
1) Od istinin və qurunun 
2) Hava istinin və rütubətin 
3) Su soyuğun və rütubətin 
4) Torpaq isə soyuğun və qurunun birbşməsi nəticəsində yaranmışdır. 
Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin əsa-
sını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin kombinasiyaları-
nın, qarşılıqlı təsirinin nəticəsidir. 
Aristotelin nöqteyi-nəzərincə, "birinci materiyadan" fərqli olaraq, hiss ilə qav-
ranılan varlıq dərk ediləndir. Bu varlığı isə əsas kateqoriyalar vasitəsilə müəyyən 
etmək olar. Aristotel belə hesab edirdi ki, konkret şeylər - hiss ilə qavranılan varlıq 
materiya ilə formanın birləşməsi nəticəsində yaranmışdır. Forma bu əsas element-
dən gerçək real varlığı yaradır. Onun fikrincə, həqiqi varlıq materiya və formanın 
vəhdətindən ibarətdir. Formalar forması isə Allahdır. 
Aristotelin əsərlərində bir sıra dialektik fikirlərə rast gəlirik. O, "Metafizika" 
və "Fizika" əsərlərində hərəkət haqqında xüsusi təlim yaratmışdı. O, "Fizika" əsə-
rində yazırdı ki, "Hərəkət şeylərdən asılı olmayaraq mövcud deyildir". O, "Metafi-
zika"da sübut etməyə çalışırdı ki, hərəkətin mənbəyi ilk hərəkətverici qüvvədir. Bu 
qüvvə isə Allahdır. Aristotel "Kateqoriyalar" əsərində
 
hərəkətin meydana gəlmə, 
məhv olma, artma, azalma, dəyişmə və yerdəyişmə kimi növlərini göstərmişdir. 
O həm də, zaman və məkan kateqoriyalarının şərhini vermiş, konkret varlıq və 
zaman arasında sıx əlaqə görmüş, zaman və hərəkətin qarşılıqlı əlaqəsinin izahına 


53
xüsusi diqqət yetirmişdir. 
Aristotelin əsərlərində səbəbiyyət haqqında təlim də xüsusi əhəmiyyət kəsb 
edir. O, 4 əsas səbəbi bir-birindən fərqləndirir: maddi səbəb, formal səbəb, fəal sə-
bəb, sonlu səbəb. 
Aristotel idrak nəzəriyyəsində hissi idrakı idrakın əsas və tarixən birinci səviy-
yəsi hesab edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-ayrı 
şeyləri hiss üzvləri vasitəsi ilə, konkret gerçəkliyin ümumi qanunauyğunluqlarını 
isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı inkişafda olan bir proses kimi xarakteri-
zə edir, onun aşağı pillədən yüksək pilləyə doğru yüksəlməsini göstərirdi. Aristotel 
fəlsəfəsində idrakın bu inkişaf mərhələləri aşağıdakılardan ibarətdir: duyğu, təsəv-
vür, təcrübə, incəsənət və elm. Elm - bu inkişafın ən yüksək zirvəsidir. 
Aristotel hissi idrakla məntiqi idrak arasındakı dialektik vəhdəti görürdü. O de-
yirdi ki, ümumini yalnız müşahidə və ya "xatırlama" vasitəsilə dərk etmək olmaz. 
Bunun üçün təfəkkürü praktiki fəaliyyətlə tutuşdurmaq, müqayisə etmək lazımdır. 
Aristotel hiss ilə qavranılan gerçəkliyə və abstraksiyalar vasitəsi ilə əldə edilən an-
layışlara əsaslanan elmi idrakı mülahizədən fərqləndirirdi. 
Aristotelin xidmətlərindən biri də Platonun ideyalar konsepsiyalarını tənqid et-
məsindən ibarətdir. Aristotel belə hesab edirdi ki, ideyalar aləmi haqqında Platonun 
təlimi real varlığın anlaşılmasma nəinki kömək etmir, əksinə onu bir qədər də çə-
tinləşdirir. Platonun ideyalar haqqında nəzəriyyəsi, məntiq nöqteyi-nəzərindən də 
mübahisəlidir. "Metafizika" əsərində Platonun ziddiyyətlərini təhlil edərək belə qə-
rara gəlir ki, nəzəriyyəsi mahiyyət etibarilə qeyri-elmidir, o, həqiqətin edilməsinə 
mane olur. 
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi 
idrakın silahı hesab edirdi. Məhz buna görə də
özünün məntiqə dair ən böyük əsəri-
ni "Orqanon" (silah) adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri əsasla-
rını işləyib hazırlamışdır. 
Aristotelin kosmoloji baxışları da çox maraqlıdır. O deyirdi ki, kosmos da dün-
yanın mərkəzi olan Yer kürəsi kimi şara bənzərdir. Burada ayrı-ayrı ulduzlar hərə-
kət edirlər. Yerə daha çox yaxın olan Aydır, ondan sonra gələn Günəşdir və başqa 
planetlərdir. Yerdən ən çox uzaqda olan bərəkətsiz ulduzlardır. Aristotelin fikrincə, 
Aydan Yerə qədər məkanda nə varsa, hamısı materiya və efirlə doldurulmuşdur. 
Bütün Kainat 5 elementdən - od, su, hava, torpaq və efirdən ibarətdir. Aristotel belə 
hesab edirdi ki, göy cisimləri dəyişməzdir, lakin daimi dairəvi hərəkətdədir. Yer 
dəyişir, amma hərəkət etmir. Aristotelin ilk təkan ideyası, sonralar göy cisimlərinin 
hərəkəti haqqında teoloji konsepsiyaların meydana gəlməsinə səbəb oldu. 
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri onun
"Siyasət" adlı trakta-
tında şərh olunmuşdur. Filosofun sosial baxışlarında nəzər-diqqəti cəlb edən məsə-
lələrdən biri də insanın ictimai varlıq kimi xarakterizə edilməsidir. O, quldarlıq qu-
ruluşunun ardıcıl müdafiəçilərindən biri idi. Aristotel quldarlığı cəmiyyətin təbii 
vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə olması, digərinin isə hökm-
ranlıq etməsi əvvəlcədən müəyyən edilmişdir. Biri anadangəlmə qul olur, digəri isə 
quldar. Aristotel quldarlıq cəmiyyətini "əbədiləşdirsə"də başa düşürdü ki, getdikcə 


54
bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən artıq varlanmanın əley-
hinə çıxır və belə hesab edirdi ki, bu, cəmiyyətdə stabilliyi pozur. 
Aristotelin fikrincə, insan cəmiyyəti 3 sinifdən ibarət olmalıdır. 
1.
Ən çox varlılar. 
2.
Orta sinif. 
3. Son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər. 
Onun fikrincə, dövlətin əmin-amanlığı üçün ən sərfəli orta sinifdir. Aristotel 
dövlətin 3 münasib idarə formasından danışır, onları monarxiya, aristokratiya və 
politeya adlandınrdı. Aristotel dövlətin vəzifəsini aşağıdakılardan ibarət hesab edir-
di: 
1. Vətəndaşların həddindən artıq varlanmasının qarşısını almaq. 
2. Şəxsiyyətin siyasi hakimiyyətinin həddindən artıq güclənməsinə imkan ver-
məmək. 
3. Qulları itaətdə saxlamaq. 
Aristotel nə həddindən artıq dərəcədə varlı olmağın, nə də kasıblığın tərəfdarı 
deyildi. O, orta vəziyyətdə yaşamağa üstünlük verir, insanın maddi və mənəvi rifa-
hını yaxşılaşdıran hər bir fəaliyyətə rəğbətlə yanaşırdı. 
Aristotelin yaradıcılığı Antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün yük-
sək zirvəsi idi. O, Qədim dünyanın ən böyük alimi, görkəmli filosofu idi. Fəlsəfə 
tarixində etika, estetika və məntiq haqqındakı təlimlər Şərq filosoflarından sonra 
özünün ən geniş şərhini Aristotelin əsərlərində tapmışdı. Aristotel öz dövrünün el-
mi nailiyyətlərini sistemləşdirməklə yanaşı, həm də onları fəlsəfi cəhətdən ümumi-
ləşdirmişdir. Aristotel təlimi, sonrakı dövrlərdə meydana gələn bir sıra fəlsəfi sis-
temlərin başlanğıcı oldu. O, Şərqdən bəhrələnməklə, həm də Şərq xalqlarının, o 
cümlədən Azərbaycan xalqının fəlsəfi fikrinin inkişafına böyük təsir göstərmişdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin