73
bunların “Eşqi və şövqü” əbədidir. İdrak nəfsin sayəsində baş verir. Cismi anlamaq
və idarə etmək nəfsin işidir. Nəfs gerçəkliyin subyektiv obrazıdır. Deməli, nəfs şüur-
dur. Obyekt haqqında bilik doğru bilikdir. Filosof məntiq, metafizika və təbiətşünas-
lığa dair – “qeydlər”, müqavimətlər”, “baxışlar” və başqa əsərlərində fəlsəfi kateqori-
yaların yeni təsnifatını vermiş, neoplatonizmi və peripatetik təlimini inkişaf etdirmiş
və islam ilahiyyatçılarının hücumlarından qorumuşdur. Ş.Sührəvəndi “Cəbrayıl qa-
nadlarının səsi”, ”Qızğın ağıl”, “Bir gün sufi camaatla birlikdə”, “Uşaqların hələti
haqqında”, “Eşqin həqiqəti” yaxud “Aşiqin munisi”, “Simurqun civiltisi”, “Ürəklərin
bağı” və başqa vaxtlarda panteizmə yaxın bir mövqe tutmuşdur.
İctimai-siyasi mövqeyinə görə Sührəvərdi şeirlərində ictimai haqsızlığa və əda-
lətsizliyə nifrət edir, bədhaxları əjdaha və ilanlara bənzədirdi. Onun fikrincə haki-
miyyətə ləyaqətli maarifpərvər adamlar gələrsə. əhalinin həyatı yaxşılaşar. Sührə-
vərdinin işğraqi, neoplatonik, qismən də peripatetik fəlsəfəsini inkişaf etdirən aşa-
ğıdakı orta əsr islam mütəfəkkirlərini göstərmək olar. Şəmsəddin Şəhrəzüri (...-
1250), İbn Kəmunə İsrailli (...-1277), Qütbəddin Şirazi (1236-1311), Vədüd Təbrizi
(...-1524), Sədrəddin Şirazi (...-1640) və başqaları.
İslam neoplatonizmi əlamətləri görkəmli fars həkimi və filosofu ər- Razinin
(864-924) yartadıcılığında özünü aşıq ifadə etmişdir. O, islam peripatetikləri və
mütəkkəlimlərinin fəlsəfəsinin Demokrit atomist təlimi ilə birləşdirməyə çalışırdı.
Ər- Razi dünyanın emanasiya yolu ilə ilahidən törətdiyini pozitiv formada 5 ilkin
başlanğıcın gerçəklənməsi şəklində izah edir: Dünyanın yaradıcısı 1 ) Allah, 2)müt-
ləq ruh. 3) ilkin materiya, 4) mütləq məkan, 5) mütləq zaman.
İlahi yaradanın bətnindən gələn mütləq ruh ilkin materiyanı doğurur, materiya
isə öz növbəsində məkan və zaman şəklində təzahür edir. Belə mövqe ər-Razini ne-
oplatonizmidir.
Dostları ilə paylaş: