Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə59/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   307
333 felsefe muhazireler toplusu eyani

ikili həqi-
qət
nəzəriyyəsi adlanır) həqiqi bilikləri aşkar etməyə xidmət edir. Həqiqi baxışları 
aşkar etmək qabiliyyəti filosoflara, alimlərə aid edilirdi. Bu üsul fəlsəfə avtonomi-
yasını təmin etmək üsulu, onu teologiyanın tənqidindən qorumaq üsulu, dinin dik-
tatına tabe olmaqdan qurtarmaq üsulu olmuşdur. İbn Rüşd böyük ərəb peripatetik-
lərinin nəslindən onların sonuncusudur.
İbn Xaldun Əbd ər-Rəhman Əbu Zeyd (1332-1406).
Öz dövrünün görkəmli 
ictimai xadimi tarixçisi, həkimi dövlət müşaviri, səfiri, qazısı və dəftərxana müdiri 
olmuşdur. İbn Xaldun, İbn Rüşdün davamçısı və əsərlərinin təfsirçisi, perepatitizm 
mövqeyindən duran bir filosif olmuşdur. O, əsasən sosial fəlsəfəyə aludə idi. İbn 
Xaldun “Ədaltli dövlət” ideyasını irəli sürərək “filosofların başçılıq etdiyi” belə 
dövlət yaratmaq üçün dəfələrlə cəhd etsə də buna nail olmamışdır. İbn- Xaldun bir 
perepatetik kimi həqiqətin obyektivliyi və rasional xarakterli olduğunu bildirmiş
empirik idrak yolu ilə elə edilmiş praktiki və siyasi biliyi dini-tərkidünya müdrikli-
yinə qarşı qoymuş, lakin belə müdrikliyin cəmiyyətdə müəyyən nüfuza malik oldu-


70
ğunu qəbul etmişdir.
İbn-Xaldunun ilk fəlsəfi əsərləri, məntiq və riyaziyyat haqqında traktatları, 
İbn-Rüşdün əsərlərinin təfsiri bitirilmiş hesab edilir. Onun “ ərəblərin, farsların, 
bərbərlərin və onların müasiri olan qüdrətli xalqların tarixinə dair nümunələr və 
məlumatlar” adlı çoxcildli əsəri qiymətli tarixi mənbə hesab edilir. Bu əsərinə yaz-
dığı “Əl-müqəddimə” adlə geniş girişdə İbn-Xaldun özünün peripatetik yönümlü 
fəlsəfə baxışlarını izhar etmişdir. Bu müqəddimədə İbn-Xaldun cəmiyyət haqqında 
özünün müstəqil təlimini şərh etməyə cəhd göstərmişdir. O, cəmiyyətin inkişafında 
coğrafi mühitin müəyyənedici rolunu qeyd etməklə yanaşı, bu inkişafın dövri xa-
rakter daşıdığını nəsillərin dəyişməsi ilə əlaqədar olaraq enişli-yoxuşlu olmasının 
qanunauyğunluğunu əsaslandırmağa çalışmışdır. 
Aristotel fəlsəfəsi maşşayilərin – peripatetiklərin yaradıcılığının mələk daşı 
idi. Çətin ictimai-siyasi və dini mühitdə onlar Aristotelizmi təlqin etmişlər. Heç tə-
sadüfi deyil ki, müasirlərin məşhur islam peripatetiki İbn-Rüşd haqqında, - “Aristo-
tel təbiəti şərh etdiyi kimi İbn-Rüştdə Aristoteli şərh etmişdir” deyirdilər:
Məşşayi baxışlarına görə bütün mövzular (kainat, cəmiyyət, insan) iyerarxiya 
quruluşuna malikdir. Təkcə ilk mövcudluqda mərtəbəli quruluş yoxdur, burada var-
lıq və intellekt ayrılmaz vəhdət təşkil edir. Məşşayilərə görə kainat qapalı və 
ahəngdar quruluşu daima fəaliyyət göstərən bir aləmdir. O, ilahi və gerçək dünyala-
ra bölünür.
İlahi dünya dəyişməz və mükəmməldir, onun substansiyası Aristotel sayağı 
kvintessensiyadır. Gerçək dünya isə qeyri mükəmməl və keçicidir, onun tərkibinin 
dörd ünsür; - su, hava, od və torpa təşkil edir. Bunlara paralel olaraq on intellekt 
mövcuddur. Bunlardan doqquzu göy qurşaqlarının ruhunu və cismi yaradaraq ora-
da səliqə-sahman yaradırlar, onuncu intellekt isə gerçək aləmi yaradaraq onu idarə 
edir.
Maşşayilərə görə ideal cəmiyyət əhalinin 3 zümrəyə: hakimiyyət başçılarına, 
hərbiçilərə və əməkçilərə bölündüyü cəmiyyətdir. Bu zümrələrin hər birinin özünə-
məxsus bacarığı və xeyirxahlığı vardır ki, bunlarda intellektin, ürəyin və ruhun üs-
tünlük təşkil etməsindən asılıdır. Məşşayilərin fəlsəfəsində varlıq və metafizika
məntiq və etik, habelə siyasi konsepsiyanın kökü Aristotel fəlsəfəsinə, bir qədərdə 
Platon təliminə dağlı şəkildə təzahür etmişdir, burada neoplatonizm ünsürləri də az 
deyildir. İslam peripatetizmi orta əsrlər islam fəlsəfəsinin böyük nailiyyətidir.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin