70
ğunu qəbul etmişdir.
İbn-Xaldunun
ilk fəlsəfi əsərləri, məntiq və riyaziyyat haqqında traktatları,
İbn-Rüşdün əsərlərinin təfsiri bitirilmiş hesab edilir. Onun “
ərəblərin, farsların,
bərbərlərin və onların müasiri olan qüdrətli xalqların
tarixinə dair nümunələr və
məlumatlar” adlı çoxcildli əsəri qiymətli tarixi mənbə hesab edilir. Bu əsərinə yaz-
dığı “Əl-müqəddimə” adlə geniş girişdə İbn-Xaldun
özünün peripatetik yönümlü
fəlsəfə baxışlarını izhar etmişdir. Bu müqəddimədə İbn-Xaldun cəmiyyət haqqında
özünün müstəqil təlimini şərh etməyə cəhd göstərmişdir. O, cəmiyyətin inkişafında
coğrafi mühitin müəyyənedici rolunu qeyd etməklə yanaşı, bu inkişafın dövri xa-
rakter daşıdığını nəsillərin dəyişməsi ilə əlaqədar olaraq enişli-yoxuşlu olmasının
qanunauyğunluğunu əsaslandırmağa çalışmışdır.
Aristotel fəlsəfəsi maşşayilərin – peripatetiklərin yaradıcılığının mələk daşı
idi. Çətin ictimai-siyasi və dini mühitdə onlar Aristotelizmi təlqin etmişlər. Heç tə-
sadüfi deyil ki, müasirlərin məşhur islam peripatetiki İbn-Rüşd haqqında, - “Aristo-
tel təbiəti şərh etdiyi kimi İbn-Rüştdə Aristoteli şərh etmişdir” deyirdilər:
Məşşayi baxışlarına görə bütün mövzular (kainat, cəmiyyət, insan) iyerarxiya
quruluşuna malikdir. Təkcə ilk mövcudluqda mərtəbəli quruluş yoxdur, burada var-
lıq və intellekt ayrılmaz vəhdət təşkil edir. Məşşayilərə görə kainat qapalı və
ahəngdar quruluşu daima fəaliyyət göstərən bir aləmdir. O,
ilahi və gerçək dünyala-
ra bölünür.
İlahi
dünya dəyişməz və mükəmməldir, onun substansiyası Aristotel sayağı
kvintessensiyadır. Gerçək dünya isə qeyri mükəmməl və keçicidir, onun tərkibinin
dörd ünsür; - su, hava, od və torpa təşkil edir. Bunlara paralel olaraq on intellekt
mövcuddur. Bunlardan doqquzu göy qurşaqlarının ruhunu və cismi yaradaraq ora-
da səliqə-sahman yaradırlar, onuncu intellekt isə gerçək aləmi yaradaraq onu idarə
edir.
Maşşayilərə görə ideal cəmiyyət əhalinin 3 zümrəyə: hakimiyyət başçılarına,
hərbiçilərə və əməkçilərə bölündüyü cəmiyyətdir. Bu zümrələrin hər birinin özünə-
məxsus bacarığı və xeyirxahlığı vardır ki, bunlarda intellektin, ürəyin və ruhun üs-
tünlük təşkil etməsindən asılıdır. Məşşayilərin fəlsəfəsində varlıq
və metafizika,
məntiq və etik, habelə siyasi konsepsiyanın kökü Aristotel fəlsəfəsinə, bir qədərdə
Platon təliminə dağlı şəkildə təzahür etmişdir, burada neoplatonizm ünsürləri də az
deyildir. İslam peripatetizmi orta əsrlər islam fəlsəfəsinin böyük nailiyyətidir.
Dostları ilə paylaş: