Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


IV FƏSİL  ORTA ƏSRLƏR VƏ YENİ DÖVR AVROPA FƏLSƏFƏSİ



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə67/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   307
333 felsefe muhazireler toplusu eyani

IV FƏSİL 
ORTA ƏSRLƏR VƏ YENİ DÖVR AVROPA FƏLSƏFƏSİ
 
 
 
§ 1. Orta əsrlər Qərbi Avropa fəlsəfəsi 
§ 2. Avropada intibah dövrünün fəlsəfəsi 
§ 3. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri 
§ 4. XVII əsr Avropa fəlsəfəsində rasionalizm və sensualizm dünyagörüşü 
§ 5. XVIII əsr Fransız maarifçilik fəlsəfəsi 
 
 
§ 1. Orta əsrlər Qərbi Avropa fəlsəfəsi 
 
Orta əsrlər Avropa fəlsəfəsinin əsas cizgiləri belədir. O, Qərbi Avropada da 
(mərkəzi Roma olmuşdur), Şərqdə də – Bizansda (mərkəzi Konstantinopol olmuş-
dur) inkişaf etmişdir. Bütövlükdə orta əsrlərin fəlsəfəsini bir anlayışla teosentrik 
fəlsəfə kimi ifadə etmək olar. Bu fəlsəfədə dünyagörüşü dini etiqada əsaslanmışdır. 
Həmin fəlsəfədə mərkəzi yeri – Allah tutmuşdur.
Orta əsrlərdə Qərbi Avropa həyatında dini dünyagörüşü hökmranlıq edirdi. 
Feodal dövlətləri mistika və idealizmin, dini ideologiyanın geniş yayılması ilə sə-
ciyyələnirdi. Bu dövrdə fəlsəfə
ilahiyyatın xidmətçisinə çevrilmişdir. Qərb ölkələ-
rinin feodal dövlətlərində kilsə dövlətin maddi və mənəvi dayağı hesab edilirdi. Bu 
dövrdə kilsə ehkamları hər cür təfəkkürün çıxış nöqtəsini və əsasını təşkil edirdi. 
Hüquqşünaslıq, təbiətşünaslıq, fəlsəfə - bütün bu elmlərin məzmunu kilsə təlimləri 
ilə uyğunlaşdırılırdı. 
Orta əsrlərin əsas fəlsəfi təlimi 
sxolastika
idi. Sxolastik fəlsəfənin nümayəndə-
ləri dini dünyagörüşünün nəzəri əsasını yaradırdılar. Dini dünyagörüşü o qədər 
güclü idi ki, feodalizmə qarşı mübarizə istər-istəməz dini forma daşıyırdı. Bu da tə-
biidir, çünki bütün xalqların inkişafının məlum mərhələsində bu və ya digər obyek-
tiv səbəblərdən siyasi etirazlara dini don geydirilirdi. Lakin feodalizm cəmiyyətinin 
mənəvi həyatında dini dünyagörüşünün hakim kəsilməsi faktı heç də o demək de-
yildir ki, bu zaman filosoflar tərəfindən dünyanın maddiliyi və onun inkişafının qa-
nunauyğunluqları haqqında heç bir materialist fikir irəli sürülməmişdir. Məlum ol-
duğu kimi, feodal istehsal münasibətbrinin inkişafı ilə əlaqədar istər Qərbdə, istərsə 
də Şərqdə təbiətşünaslıq problemlərinə, təbiətin öyrənilməsinə xüsusi maraq göstə-
rilirdi. Bəzi mütəfəkkirlər, təbiətşünas alimlər hətta dinə və idealizmə qarşı çıxış et-
məyə başlamışdılar. Onlar dünyanın əbədiliyi və onun heç bir qüvvə tərəfindən ya-
radılmadığı fikrini sübut etməyə çalışmış, ruhun ölməzliyi haqqındakı dini-idealist 
baxışları rədd etmişlər. Lakin bu materialist fikirlər ardıcıl olmamışlar. 
Bir sözlə, idealist mahiyyətinə baxmayaraq, Orta əsrlər fəlsəfəsi bütünlükdə 
feodal cəmiyyəti mədəniyyətinin inkişafına kömək edir və qabaqcıl qüvvələrin irti-
caya qarşı apardığı mübarizənin tələblərinə müəyyən dərəcədə cavab verirdi. Feo-
dalizm quruluşu dövründə fəlsəfi fikrin təşəkkül və inkişafında Antik Dövr mütə-


79
fəkkirlərinin təlimləri müstəsna əhəmiyyət kəsb edirdi.
Qərbi Avropa fəlsəfəsinin bərqərar olması 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin