əbu- Həmid əl- Qəzali (1058-1111) və başqa mütəfəkkirlər sufiliyin islamın digər cərəyan və məzhəbləri
ilə əlaqələndirərək ondakı panteizmi dəf eyməyə çalışmışlar. Bunların fəaliyyəti sa-
yəsində “vəhdət əl-vücud”un iki müxtəlif şərhi – 1) monist və panteist izahı verilmiş-
dir. Lakin bu mütəfəkkirlərin özləri panteist ünsürlərdən xilas olmamışdılar. Bunu əl
– Qəzalinin mövqeyindən də görmək olar. Əl-Qəzali dünyanın əbədiliyini inkar edir-
di. Dünyadakı qanunauyğunluğun ilahi məqsədəuyğunluqla əvəz edir. Fatalizmi təl-
qin edirdi. Onun fikrincə Allahın birliyi və iradəsi ilahinin əbədi atributları kimi mü-
təmadi və aramsız olaraq bütün cisimlərdə və hadisələrdə təzahür edir, eyni zamanda
tanrının substansional vəhdətində hifz edir. Özünün hər yerdə və hər şeydə olmaq qa-
biliyyəti sahəsində Allah şeylərə “Onlara şah damarındanda” yaxındır.
Əl-Qəzaliyə görə, insan hiss üzvlərinə istinad edərək idrakın həqiqiliyinə inan
bilməz, həqiqətə yalnız mistik sufi fəlsəfəsi vasitəsilə yetişmək olar. Onun fikrincə
dünya, zaman etibarı ilə başlanğıca malikdir, məkan etibarı ilə isə məhduddur. Al-
lahın yaradıcı qüvvəsi hesabına mövcuddur. İradə və müdriklik Allahın əsas atri-
butlarıdır, iradə Allahın başlıca göstəricisidir. Əl-Qəzali belə hesab edirdi ki, dünya
öz quruluşuna görə 3 mərtəbəlidir. 1) ən aşağı mərtəbədə hissi qavrayışla dərk edi-
lən şeylər aləmi yerləşir, buna “aləm əl-Mülk” deyilir, o daim dəyişir, təzələnir və
inkişaf edir; 2) ikinci mərtəbənin şeylərin ideal surətlərindən ibarət olan ali dünya –
“aləm-əl Cəbbarüt təşkil edir; 3) Üçüncü mərtəbədə mələklər dünyası yerləşir bu
Allahın dərgahı – “aləm-əl-Məlakütdür” Həmin üç mərtəbədən yuxarıda Allahın
taxt-tacı, “Ərş - əl-illah yerləşir. Əgər dünya mikrokosmos hesab edilirsə, insan
mikrokosmos adlanmalıdır. Çünki insan yuxarıda göstərilənlər üç mərtəbənin ün-
sürlərini özündə cəmləşdirir; Onun bədəni, ruhu, mənəvi inamı buna misaldır. Al-
lah dünyanı idarə etdiyi kimi ruhda bədəni idarə edir.
İslam panteizmi “ vəhdət əl- vücud” kəlamının izah və şərhi görkəmli sufi nə-
zarətcisi