71
ilahinin özündən öyrətdiyini söylənən Platon təliminə müraciət etdilər ki, gerçəkli-
yin tədricən səviyyələrlə yaradıldığını əsaslandıra bilsinlər. Çünki, tək olan Allahın
çoxluq təşkil edən gerçəkliyin səbəbi olduğunu sübut etmək məntiqi çətinlik törə-
dirdi, müsəlman ənənəsinə görə tək olan hər bir qüvvə tək olan şeyin səbəbi ola bi-
lər. Platon fəlsəfəsində təlqin etdiyi tək isə, bir sıra mərhələlər dünyadakı müxtəlif-
liyi emanasiya yolu ilə doğura bilir və eyni zamanda dünyadan kənarda transsedent
olaraq qalır. Dünya Allahın özünün izhar etməsi kimi izah edilir, Allah ilkin baş-
lanğıcdır, dünyanın kənarda yerləşən mahiyyətidir.
İslan neoplatoniznmində emanasiyaya xüsusi fikir verilir. Allah iradəsinin gü-
cü ilə öz daxilindən yaradıcı substansiya-dünya zəkası, bilik mücəssəməsi doğurur.
Dünya zəkası həyat atributu olan dünya ruhunu törədir, bu da öz növbəsində ilkin
və passiv materiyanı yaradır. Bu materiya zəkanın ona verdiyi müxtəlif formaları
qəbul edir. Nəhayət, ilkin materiyadan Yer, planetlər, canlılar və s. Yaranır. İnsan
gerçək dünyada Dünya zəkasının inikası kimi mövcud olur.
İslam neoplatonizmi
“İhvan əl- Səfa”
(“Paklıq qardaşları”) alimlər qrupunun
X əsrdə tərtib etdiyi fəlsəfi ensiklopediyada öz parlaq ifadəsini tapmışdır. “Paklıq
qardaşları”nın metafizikasında yeddimərtəbəli
emanasiya sistemi,
rəqəm simvoli-
kası əsas yer tuturdu. Bu metafizika neoplatonizmə və neopifoqorçuluğa qədər ge-
dib çıxırdı. “Paklıq qardaşları”nın idrak nəzəriyyəsi Platonun ruh, ideyalarının ger-
çək cisimlərin əsl sürəti olduğu və yadasalma təliminin təsiri altında olmuşdur.
İslam neoplatonistləri olan “Paklıq qardaşları” öz etik və psixoloji təlimlərini
yaradanda da Plotin
fəlsəfəsinə müraciət etmiş, onun 4
xeyirxah əməl təliminin
(müdriklik, mərdlik, xeyirxahlıq, xeyirxah düşüncə, ədalət) Dünya zəkasına doğru
irəliləməyin vasitələri olduğunu qəbul etmişlər.
Ontoloji problemləri neoplatonizm mövqeyindən
şərh edən, lakin bir sıra
fəlsə-
fi məsələlərin izahında Aristotelçilik nümayiş etdirən
Dostları ilə paylaş: