Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə62/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   307
333 felsefe muhazireler toplusu eyani

İslam panteizmi
. Yaradıcının (Allahın) öz yaratdıqlarında təzahür edə bilməsi 
ideyası ilkin islam monizminin dəyişərək panteist – “vəhdət əl-vücud” (ərəbcə-möv-
cudatın vəhdəti) mistik konsepsiyası şəklində sufizm fəlsəfəsinin əsası olmuşdur.
Allahın hər yerdə, hər şeydə təzahür etməsi ideyası islamın öz dini bünövrəsin-
də yaranana panteizmi qidalandıran bir mənbə idi. Sufi tərkidünyalarının – “Allaha 
məhəbbət qəlbimi elə doldurmuşdur ki, burada, İlahidən kənar məhəbbət üçün yer 
qalmamışdır” kəlamı VIII əsr müsəlman mistiklərinin gündəlik şüarına çevrilmiş-
dir. Allaha məhəbbət xarici təzahürə yox təmənnasız daxili tələbat ilə ifadə olun-
malıdır. Onun xeyirxahlığı üçün yox onun varlığı – mövcudluğu üçün minnətdar-
lıqdan irəli gəlməlidir. İlahiyə məhəbbəti sufi tərkidünyaları idrakla eyniləşdirirdi-
lər: Allaha məhəbbət, Onu dərk etməkdir. İslam panteiznminin ilk çağlarından baş-
layaraq Allah təkcə insanlara deyil bütün təbiətlə eyniləşdirilirdi. Deməli, Allahı in-
sanla eyniləşdirib Onu subyektivləşdirmək və təbiətlə eyniləşdirib onu obyektivləş-
dirmək islam panteizminə xas olan cəhətdir. Əl-Bistaninin (IX əsr “Mən öz mahiy-
yətimə baxıb özümə çevrildim”, yaxud əl-Həllacın, “Ən əl- Haqq nidaları Allahın 
subyektivləşdirilməsi nümunəsidir. Başqa bir sufinin, ibn Abdul Xeyrin, - “hər şey 
odur” şüarı isə Allahın obyektivləşdirməsinin göstəricisidir.
Hər iki halda Allah bütün mövcudatın vahid substansional əsası sayılır.


74
IX əsrin əvvəllərində meydana gələn islam-sufi panteizmi misirli mistik Zun 
Nun əl-Misrinin (859-cu ildə vəfat edib) neoplatonist təsiri altında formalaşmağa 
başlamışıdr. Əl-Misrinin ilk dəfə ekstaz halına gələrək Allah ilə qovuşmaq üsulunu 
irəli sürmüşdür. İslam panteizminin müxtəlif tərəfləri sufi şeyxləri: əl-Mühasibi 
(857-ci ildə vəfat etmiş), əs-Səkati (867-ci ildə vəfat edib), əl-Bistami (875-ci ildə 
vəfat edib), əbu-Saiq əl- Xərras (890-cı ildə vəfat edib) əl-Cüneyt (910-cu ildə və-
fat edib), və başqaları tərəfindən işlənib hazırlanmışdır.
Lakin, Allaha qovuşmağın məhəbbət əsasında icrasının üsulları iranlı sufi əl-
Həllac (992-ci ildə edam edilib) tərəfindən formalaşmışdır. Onun fikrincə məhəb-
bət ekstazında ilahi ruh insana daxil olur və insanın bütün hərəkətləri ilahinin hərə-
kətlərinə çevrilir. Belə ali ekstaz halına əl- Həllac “Ən əl –Haqq (“Mənəm haqq”!), 
yəni “mənəm Allah” deyərək sufizmin şüarına çevrilmiş bu nidaya görə edam edil-
mişdir. Əl- Həllacın aparıcı sufi şeyxi ibn – Abdul Xeyr (968-1049) də Allahın bü-
tün cisimlərdə təzahür etdiyini bildirmişdir. İslam panteistləri insanı Allahın varlı-
ğında əritməyi üstün tutur, Allahı bütün şeylərin mahiyyəti sayır, ilahi qüvvənin 
bütün dünyaya yayıldığını bildirirdilər. Belə bir şəraitdə 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin