81
nınmış teoloqu və təbiətşünası Böyük Albertin şagirdi olmuşdur. Ölümündən sonra
Foma Akvinski Roma katolik kilsəsinin qərarı ilə (1323) övliyalar cərgəsinə–mü-
qəddəslər sırasına salınmışdır. Əsas əsərləri «Bütpərəstlər əleyhinə külliyyat» və
«Teoloji külliyyat»dır. Bundan əlavə o, həm də Aristotelin və digər filosofların
əsərlərinin şərhçisi olmuşdur. Foma Akvinski sxolastikanın sistemləşdiricisi, to-
mizmin banisi hesab olunur. O, öz fəlsəfəsini Aristotel təliminin idealist ünsürlərini
(hərəkətsiz), dünyanın ilk təkanvericisi haqqında təlim və s. gücləndirmək yolu ilə
işlənmişdir. Foma Akvinski fəlsəfəsinə neoplatonizmin də təsiri olmuşdur. Onun
fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək:
Hər
şeydən əvvəl, Foma Aristotel məntiqinin köməyi ilə xristian teologiyasının
başlıca prinsiplərini əsaslandırılmışdır. Bu zaman Aristotel təlimi elə dəyişdirilmiş-
dir ki, bu təlim yaradılma ehkamları və İusus Xristosun allah–insan olması ehkam-
ları ilə ziddiyyətə girməsin, Ali başlanğıc allah olan– varlığın özüdür. «Bütpərəstlər
əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tə-
rəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus keyfiyyətlərə
malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti simvoludur.
Beləliklə, Foma Akvinskiyə görə, ali həqiqət – allahın özüdür, İlahi həqiqətdir.
Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan əqlin
dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir ki,
burada üstünlük etiqada verilməlidir.
Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk
edilməsi ilə məşğul olandır.
Daha dəqiq desək, teologiyadır.
Foma Akvinskinin tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və nəzəri
silahı olmuşdur.
Feodalizm cəmiyyətinin içərisində şəhərlərin, sənətin, ticarətin inkişafı ilə əla-
qədar olaraq, istər təbiət elmləri, istərsə də humanitar elmlər sahəsində tədqiqatlara
və təhsilə maraq getdikcə artırdı. Bunun nəticəsində müxtəlif Avropa şəhərlərində,
o cümlədən 1348-ci ildə Praqada, 1364-ci ildə Vyanada, 1381-ci ildə isə Heydel-
berqdə universitetlər yarandı.
XV əsrdə fəlsəfədə
yeni meyllər meydana gəldi, tənqidi təhlil genişlənməyə
başladı, bunların nəticəsində isə təbiət və cəmiyyət hadisələrinə olan ənənəvi mü-
nasibət dəyişdi.
Sxolastikanın daxilində də tənqidi meyllər getdikcə güclənirdi, Foma Akvinski
fəlsəfəsinə də münasibət dəyişmişdi. Sxolastika
fəlsəfəsində ciddi mübahisələr,
tənqidi meyllərin artması, birinci növbədə,
Dostları ilə paylaş: