72
birləşdirməyə cəhd etmişdilər. Lakin, islam peripatetiklərdən fərqli olaraq, neopla-
toniklərin fəlsəfi sisteminin əsasında emanasiya konsepsiyası dururdu ki, bu da mo-
noteist ideyaların hissi – qavrayışla dərk olunan şeylərin çoxluğu ilə uzlaşmasını
təlqin edirdi. İslam neoplatoniklərinin Aristotel fəlsəfəsində əsaslanan
natural fəlsə-
fəsi dünya hadisələrini rasionalistcəsinə izah etməyə imkan verirdi. Neoplatonizm
islam teosentrizmdən yan keçməyə imkan versə də, mistik ünsürləri saxlayırdı və
işraqiləri sufizmə yaxınlaşdırırdı.
Orta əsrlərin islam fəlsəfəsinin neoplatonizim cərəyanının ən adekvat forması
“Nurlanma”, yaxud “İşıqsaçma- işraqiyyaya (ərəbcə- işraq- şüalanma, nurlanma)
təlimidir. Nurlanma təliminin mənbəyi Qurani-Kərimin “Nur” surəsinin 35-ci ayə-
sidir. Deyənlərdə vardır. Həmin ləyaqətli ayədə deyilir: “Göylərin, yerin nurudur
Allah”. İstədiyi kimsəni öz nuruna qovuşdurar. İnsanlara necə-necə misallar çəkər
Allah. Hər şeyi bilir Allah” (24,35). İslamın şiyə cərəyanının imamı təriqətinin ila-
hiyyatçıları Quranın həmin ayəsinə əsasən şiə imamlarının emanasiya yolu ilə pey-
ğəmbərlərimizin ilahidən nurlandığından bəhrələndiyini, yəni İlahi nurdan pay aldı-
ğını təbliğ edirlər. Hələ VIII əsrdə şiəliyin dini konsepsiyasını hazırlayan
imam Cə-
fər- əs0 Sadiq Allahın nurunun aləmdən başlayaraq bütün peyğəmbərlərə nüfuz et-
diyini əsaslandırmağa çalışmışdır. Bu doktrinaya əsasən imami – şiələr Məhəmməd
peyğəmbərin nəslindən olan imamların ilahidən nurlandığını sübut etməyə çalışır-
lar. Bu neoplotonizmlə səsləşən təlimdir.
İşraqilərdə neoplatonizm perepatetizmə birlikdə təzahür edir. İşraqilərdən Əbu
Səid (IX-XII əsrlər Eynəlqüzzat Miyanəçi (1039-1131), Şihabəddin Sührəvərdi
(1154-1191) və başqaları Aristotel fəlsəfəsinin islam dini baxımından təhlilini və
şərhini vermişdir. İşraqi neoplatonikləri arasında peripatetikliyə ən çox aludə olan
filosof və mütəfəkkir Azərbaycanlı Şihabəddin Sührəvəddidir. Filosofun “İşıq hey-
kəlləri traktatı işraqi ədəbiyyatın şah əsəri – “İşraq hikməti kitabından
sonra ən
məşhür fəlsəfi yazı sayılmışdır. Onun “imadəddin lövhələri, “Qarışıqaların dili”, “
Filosoflarıb görüçləri” traktatları da olmuşdur.
“İşıq heykəlləri” traktatı bir müqəddimə və yeddi heykəldən ibarətdir. Heykəl
sözünü müəllif maddi aləmin cisimləri mənasında işlədilir. Sührəvərdi yeddi sayını
cisimlərin növləri ilə əlaqələndirir: Efir, hava, su, torpaq, mineral, bitki və heyvan-
lar bütün bunlar işığın obyektlərini qəbul edicisidir. Sührəvərdi işıqlar işığını Allah
sayır, səbəb və nəticəni zaman etibarı ilə eyniləşdirir. Dünyanın da onun yaradıcısı
kimi əbədi sayır. Allah ilə onun yaratdığı dünya arasındakı münasibətləri, günəş ilə
onun şüaları arasındakı münasibətlərə bənzəyir. Səbəb vacib, nəticə isə mümkün
varlıqdır.
Onun fikrincə eyniyyət toxdur, bu oxşarlıqdır.
Sührəvərdiyə görə bütün varlıq vacib varlıqdan emanasiya yolu ilə meydana
gəlmişdir. İnsanın ruhu ilahi ruhdan qidalanır, bədəndə formalaşır və fərdi xarakter
daşıyır. Amma sonra bədəni tərk edir, ümumbəşəri ruha qovuşur. “İşıq heykəllərin-
də” hərəkət təzələnmə, dəyişmə kimi qiymətləndirilir. Göylərin hərəkəti dairəvi və
sonsuzdur, yerdəki hərəkət isə düzxətli və sonsuzdur.
Sührəvərdiyə görə hərəkətin səbəbi işıqdır. İşraq ilə hərəkət bir-birini hasilə
gətirir. Hərəkət şüalanmanı
əmələ gətirdiyi kimi, işraq da hərəkəti əmələ gətirir,
73
bunların “Eşqi və şövqü” əbədidir. İdrak nəfsin sayəsində baş verir. Cismi anlamaq
və idarə etmək nəfsin işidir. Nəfs gerçəkliyin subyektiv obrazıdır. Deməli, nəfs şüur-
dur. Obyekt haqqında bilik doğru bilikdir. Filosof məntiq, metafizika və təbiətşünas-
lığa dair – “qeydlər”, müqavimətlər”, “baxışlar” və başqa əsərlərində fəlsəfi kateqori-
yaların yeni təsnifatını vermiş, neoplatonizmi və peripatetik təlimini inkişaf etdirmiş
və islam ilahiyyatçılarının hücumlarından qorumuşdur. Ş.Sührəvəndi “Cəbrayıl qa-
nadlarının səsi”, ”Qızğın ağıl”, “Bir gün sufi camaatla birlikdə”, “Uşaqların hələti
haqqında”, “Eşqin həqiqəti” yaxud “Aşiqin munisi”, “Simurqun civiltisi”, “Ürəklərin
bağı” və başqa vaxtlarda panteizmə yaxın bir mövqe tutmuşdur.
İctimai-siyasi mövqeyinə görə Sührəvərdi şeirlərində ictimai haqsızlığa və əda-
lətsizliyə nifrət edir, bədhaxları əjdaha və ilanlara bənzədirdi. Onun fikrincə haki-
miyyətə ləyaqətli maarifpərvər adamlar gələrsə. əhalinin həyatı yaxşılaşar. Sührə-
vərdinin işğraqi, neoplatonik, qismən də peripatetik fəlsəfəsini inkişaf etdirən aşa-
ğıdakı orta əsr islam mütəfəkkirlərini göstərmək olar. Şəmsəddin Şəhrəzüri (...-
1250), İbn Kəmunə İsrailli (...-1277), Qütbəddin Şirazi (1236-1311),
Vədüd Təbrizi
(...-1524), Sədrəddin Şirazi (...-1640) və başqaları.
İslam neoplatonizmi əlamətləri görkəmli fars həkimi və filosofu ər- Razinin
(864-924) yartadıcılığında özünü aşıq ifadə etmişdir. O, islam peripatetikləri və
mütəkkəlimlərinin fəlsəfəsinin Demokrit atomist təlimi ilə birləşdirməyə çalışırdı.
Ər- Razi dünyanın emanasiya yolu ilə ilahidən törətdiyini pozitiv formada 5 ilkin
başlanğıcın gerçəklənməsi şəklində izah edir: Dünyanın yaradıcısı 1 ) Allah, 2)müt-
ləq ruh. 3)
ilkin materiya, 4) mütləq məkan, 5) mütləq zaman.
İlahi yaradanın bətnindən gələn mütləq ruh ilkin materiyanı doğurur, materiya
isə öz növbəsində məkan və zaman şəklində təzahür edir. Belə mövqe ər-Razini ne-
oplatonizmidir.
Dostları ilə paylaş: