65
Mötəzililərdən fərqli olaraq ilkin sufi təlimində insan qələbənin dini ehkamları
dərk etməsinə yönəldilən əməllər xüsusi rol oynayır. Allaha yaxınlaşmaq
və ona
qovuşmaq həsrəti sufizmin əsas doktrinasını təşkil etmişdir. Sufi ideoloqları, əl-
Xərraz (?-899) və əl-Huri (?-907) güman edirdilər ki, Allaha doğru gedən yolun
son məntəqəsində təkcə ilahini görmək (müşahidə etmək) deyil, abidin fərdi mənli-
yini “məhv edilməsi”, “əriməsi” (“fəna”), və nəhayət, bədənin şəxsiyyətinin Allaha
“qovuşması” (“bəqa”) baş verir. İnsanın Allahla birləşməsi haqqında sufi təlimi or-
todoks islam ilahiyyatçılarının müqavimətinə rast gəlmiş
və sufilər ciddi təqibə mə-
ruz qalmışlar. Məşhur sufi nəzəriyyəçiləri, Əl-Həllac, İbn-Ata, Eynəlquzat əl-Hə-
mədani və başqaları qətlə yetirilmişdilər. Lakin, sufilər ehtiyatlı hərəkət edərək is-
lam dini tələblərindən kənara çıxmamağa calışırdılar. IX əsrin ən nüfuzlu mistiki,
özünün fikrən Allahın dərgahına yüksəldiyini (“əl-mirac) nəzmə çəkən əl-Bistami
Quran və Sünnə ehkamları çərçivəsində hərəkət edərək vətəni Təbəristanda böyük
hörmət qazanmışdı. Orta əsrlərdə mötədil sufilik şəraitə uyğunlaşıb öz təşkilatı
strukturunu yaradaraq bütün islam aləminə yayılmışdır. On iki əsas sufi qardaşlı-
ğından XII-XIX əsrlərdə ərzində 70-ə qədər törəmə qardaşlıqlar meydana gəlmiş-
dir. Hal-hazırda sufilik tənəzzülə uğramış, bəzi ölkələrdə (Albaniya, Əlcəzair, Tu-
nis, Türkiyə) ayrı-ayrı passiv qardaşlıqlar şəklində mövcuddurlar.
Sufilikdə “Vəhdət əl-Vücud” və “Bəhdət əl- Şühud” təlimləri xüsusi yer tutur.
İbn əl- Ərəbi (1165-1240) tərəfindən hazırlanmış “Vəhdət-əl-Vücud” təliminə görə
aləmin yaradılmasının səbəbi Allahın yaratdığı cismlərdə özünü özünü dərk etməyə
yönəldilmiş istək və onlarla vəhdət təşkil etmək cəhdidir.
Həmin cəhd, Allahın
dünyadakı mahiyyətlərdə (cismlərdə) konkretləşərək təzahür etməsinə bais olur.
Allah öz yaratdığı ilə Vəhdət təşkil edir. Varlıq daimi dəyişmə prosesindədir, Alla-
hın yeni-yeni atributlarını təzahür etdirir. Müdriklik “Vəhdət əl-Vücudu” Allahın
yaradıcı fəaliyyətinin məhsulu sayır, iradə azadlığının nisbiliyini qəbul edirdilər.
“Vəhdət əl-Vücud” sufi fəlsəfəsinin ontoloji və qnoseoloji problemlərini islam dini
çərçivəsində həll etməyə çalışan bir təlimdir. Onun əl-Kəşan, əl-Cili, Cami, Mir
Daməd, Molla Sədrə kimi Orta əsrlər dövrünün görkəmli mütəfəkkirləri olmuşdur.
“Vəhdət əl-Şühud” sufi təlimi tərkidünyalığa alternativ bir mövqe tutan dini-
fəlsəfi təlim olımuşdur. Əl-Həllaçın (858-922) ardıcılları
onun təlimində ilahi və
insani başlanğıcın vəhdətini əsas götürərək Allahın abidin qəlbində məskunlaşaraq
özü-özünü seyr etməsini irəli sürür, abidin də öz növbəsində İlahini qəlbən seyr et-
diyinə şəhadət (Şühüd) verir. Əl-Cili (1365-1428) “mükəmməl insan” təlimini irəli
sürərək Əl-Ərəbinin təlimini dəstəkləyir və ilahinin atributlarını insana müyəssər
edərək guya Allahın özünü mükəmməl insanın qəlbində seyr etdiyini və insanın
qəlbində seyr etdiyini və insanın buna şahid olduğu bildirir. İnsanın təbiətində özü-
nü dərk edən Allah bu hal sayəsində özü-özünə bərabər olur, yəni, “kamil insanda”
Allah və insan vəhdət təşkil edir. Əs-Simani (XIV əsr), hindistanlı Fərruh Sirhindi
(XVI) və başqaları “Vəhdət əl-Şühud” sufi dini-fəlsəfi təliminin ontoloji və qno-
seoloji tərəflərini dualistcəsinə formalaşdırmışlar.
Dostları ilə paylaş: