63
bəzən onunla ziddiyyət təşkil edən bir dini-fəlsəfi təlimdir.
Mötəzililik
ciddi monoteistdir, bu təlimə görə Allah transsedentdir, yaratdığı
şeylərə bənzəmir, lakin onların hər birində təzahür edir (panteizm), Allah dünyanı
heç nədən yaradıb, təbii dünya kəmiyyət və keyfiyyət kateqoriyaları ilə ifadə olu-
nur, dünyadakı şeylərin xırda hissələrə bölünməsi imkanı sonsuzdur. Mötəzililər id-
rakda rasionalist idilər. Siyasətdə mötəzililər xilafəti vətəndaş dövləti kimi görmək
istəyirdilər. Bu deyilənlər mötəzililərin fəlsəfi məsələlərə biganə olmadığını göstə-
rir.
Əl-Əşariyyə kəlam məktəbi mötəzilizmə alternativ bir dini - fəlsəfi məktəb ki-
mi meydana gələrək islamı mötəzililikdən qorumaq məqsədi güdüb. Bu məktəbin
təsisçisi Əl-Əşari Əbül-Həsən Əli ibn İsmayıl (873-935) görkəmli ilahiyyatçı və fi-
losof olmuşdur. İlkin təhsilini mötəzililərdən (atalığı Əbu Əli Əl-Cübbədən) alsa
da, kəlamın mötəzililik məktəbinə zidd mövqedə durmuşdur. Onun yüzdən artıq el-
mi əsəri olduğu güman edilir, amma cəmisi iki kitabı – “Məlaqət əl-islamiyyin” və
“Əl-Luma” əsərləri dövrümüzə qədər gəlib çıxıb.
Mötəzililərdən fərqli olaraq Əl-Əşari Allahın real və əbədi atributları olduğu-
nu, Qurani-Şərifin ilahi mənşəli olduğunu qəbul etmişdir. Əl-Əşariyə görə insanla-
rın bütün hərəkətləri Allah
tərəfindən müəyyənləşdirilir, insanlar isə ömürləri ərzin-
də öz iradələri və cəhdləri vasitəsilə bunları mənimsəyirlər. Onun fikrincə mömin-
lər axirətdə Allahın bəzi əlamətlərini duya bilirlər, lakin tam şəkildə duymaq deyil-
dir.
Əl-Əşarinin tərəfdarları mütəkəllimlər adlanırdı. Bunlar mötəzəlimlə ortodok-
sal dinin təlim arasında barışdırıcı bir xətt tuturdular. Əşarilər, dini təlimi təkcə qu-
rana isnad edərək müdafiə etməklə kifayətlənmir, bu işdə məntiqi-fəlsəfi əsaslan-
dırma üsulundan da istifadə edirdilər. Onlar mötəzəlilərlə yanaşı ifrat ilahiyyatçıları
da tənqid atəşinə, tuturdular, fatalizmi iradə azadlığı ilə əvəz edirdilər. Əşarilər (əl-
Bakilini-1013-cü ildə vəfat edib) bildirirdilər ki, Allah insanı xeyir və şər əməllərə
qadir olan vücud kimi yaratmışdır, xeyir işlərdə
Allah insana kömək edir, bəd
əməllərdə Allah insanı tərk etmiş olur. Əşarilərin görkəmli nümayəndələri: Əl-Ba-
kilini (XI əsr), İbn-Furak (X-XI əsr), İbn İshak (XI əsr), Əl-Cuvayni (XI əsr). Əş-
Şəhristanı (XII əsr), Ər-Razi (XII əsr) və başqalarının fikrincə elmin elmin, əxlaqın
və fəaliyyətin – “tovhid” (Allahın təkliyi) kəlamı əsasında şərh edilməsi əşarilərin
diqqət mərkəzində olmuşdur: dünyanı yaradanın vahid və əbədi olduğu. “ilk təkan
verən”, yaxud, təbiətin öz daxilində olub onu canlı edən və ya kənardan müşahidə
edən bir qüvvə olduğu haqqında fikir yürütmək ideyası onları cəlb etmişdir. Əşari-
lər (mütəkəllimlər) dünyanı sonlu, Allahı isə əbədi hesab edirdilər, əks təqdirdə Al-
lah dünyanın yaradıcısı hesab edilə bilməzdi.
Əşarilər aləmdə səbəb-nəticə əlaqələrini Allahın müəyyən etdiyi ardıcıllıq kimi
qiymətləndirirdilər. Əşarilərin bəzisi (Fəxrəddin ər-Razi) dünyaların coxluğunu qə-
bul edirdi. Əşarilər bilik, iradə, hiss, fikir, nitq kimi ilahi atributların olduğunu qə-
bul edirdilər. Əşarilər cisimlərin hissələrə bölünməsinin hüdudu olduğunu (Əl-Ba-
kilani) və ya sonsuzluğa qədər bölünməsi (ƏL-Cuvayni) ideyasını irəli sürürdülər.
Onlar mötəzilitlərə zahirilərə qarşı mübarizədə “təkiyyə”-dən istifadə edirdilər. On-
64
lar peripatetik fəlsəfəyə meyl edirdilər (Əş-Şəhristani, ər-Razi). Əl-Əşari təlimi is-
lamın Şafii məzhəbinin tərəfdarları arasında daha geniş yayılmışdır.
İslam fəlsəfəsində dini baxışlarla aşılanmış ehkamçı məktəblər ümumi bir adla
Əl
Dostları ilə paylaş: