Kartoqrafiya
Ə
hlimanov R.M.
Coğrafiya xəritəsi və onun əsas xüsusiyyətləri
Qədim zamanlardan, yer səthini kiçilmiş təsvirini müstəvi üzərində də
göstərilməsinə coğrafiya xəritəsi deyilir. Lakin bu sadə tərif dəqiq və tam deyil. Əvvala,
həmin təriflər səthinin hər hansı fotoşəkli və bədii surətdə təsviri olan mənzərə şəkli
üçün də doğrudur. Ikincisi, həmin tərifə görə xəritə yalnız yer səthini təsvir edir. Əslində
isə müasir xəritələrin məzmununa müxtəlif təbii və ictimai-iqtisadi obyekt və hadisələr
(məsələn, havanın temperaturu və təzyiqi, əhalini sıxlığı və milli tərkibi və s) də aiddir.
Buradan aydın olur ki, yer səthini təsvir edən digər şəkillərdən fərqli olaraq coğrafiya
xəritələtinin özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər aşağıdakılardır:
1) xəritələrin riyazi qanun üzrə tərtib edilməsi: 2)_xəritə tərtibində kartoqrafik şərti
işarələrdən istifadə edilməsi;3) xəritədə təsvir edilən obyekt və hadisələrin kartoqrafik
generalizasiyası.
1. Xəritələrin riyazi qanun üzrə tərtib edilməsi. Yerin fiziki səthindən onun müstəvi
üzərindəki təsvirinə keçmək üçün 2 əməliyyat tərtib olunur;
a) Əvvəlcə, Yerin fiziki səthini səviyyə səthi üzərində proyeksiyası alınır. Həmin
proyeksiya səviyyə səthinə perpendikulyar olan şaquli xətlərlə alındığından, coğrafi
obyektlərin vəziyyəti plan üzrə düzgün təyin edilir. Səviyyə səthinin əmələ gətirdiyi
fiqur- Yerin nəzəri forması olan geoid mürəkkəb olduğundan o, kartoqrafiya işlərində
fırlanma ellipsoidi, yaxud da kürə ilə ( az dəqiqlik tələb olunan işlərdə) əvəz edilir.
b) Sonrakı əməliyyat ellipsoid (yaxud kürə) səthindən müstəvi səthə keçməkdən
ibarətdir.
Demək Yer, kürə çəkilli olduğundan, onun düzgün forması əyani surətdə və heç bir
təhrif olmadan yalnız qlobusda təsvir edilə bilər. Qlobus səthini isə dartılma və sıxılma
olmadan müstəviyə çevirmək mümkün deyil. Ona görə də qlobus səthinin arası
Melikov Behruz
|