Kartoqrafiya
Ə
hlimanov R.M.
kəsilmədən müstəvi üzərində təsvir etmək üçün kağızda müəyyən qanunlarla katroqrafik
şə
bəkə qurulur.
Meridian və paralellərin şərti olaraq kağız üzərində göstərilmiş təsvirinə kartoqrafik
şə
bəkə deyilir.
Qlobus üzərində qurulmuş meridian və paralellər şəbəkəsi coğrafi şəbəkə adlanır.
Coğrafi şəbəkənin müstəvi üzərində müəyyən riyazi qanunlarla təsvir edimə üsullarına
kartoqrafik proyeksiya deyilir.
Kartoqrafik şəbəkənin əmələ gətirdiyi trapeslərin birindən digərinə keçdikdə
miqyas dəyişir. Lakin meridian və paralellər elə qurulmalıdır ki, miqyasın dəyişməsi
arası kəsilmədən və sıçrayışsız olsun, yəni yer üzərindəki hər hansı bir Asıfır nöqtəsinə
xəritədə yalnız bir A nöqtəsi uyğun gəlsin və ya əksinə. Başqa sözlə desək, müstəvi
üzərindəki təsvir fasiləsiz, aralıqsız və qarışıqsız olmalıdır. Belə halda yer üzərindəki hər
bir trapes kartoqrafik şəbəkədə yalnız öz damasına uyğun gələcəkdir. Deməli Yer
səthinin təsvirini verən bir sıra digər üsullardan (məs, fotoqrafiya, mənzərə şəkli v. s)
fərqli olaraq, xəritədə yer səthinin təsviri müəyyən riyazi qanunlar vasitəsilə
göstərilir.Ona görə də xəritə üzrə hər hansı bir obyektin vəziyyəti, forması və ölçüləri
haqqında məlumat almaq olar.
2) Xəritə tərtibində kartoqrafik şərti işarələrdən istifadə edilməsi. Xəritə
məzmununun elementləti (müxtəlif konturlar, relyef və. s obyekt və hadisələr)
xəritələrdə xüsusi şərti işarələrlə təsvir edilir. Məsələn, eyni bir ərazinin müxtəlif
miqyaslı aerofotoşəklinə diqqət etsək, görərik ki, miqyasın kiçilməsi ilə əlaqədar olaraq
orada bəzi xırda obyektlər seçilmir. Xəritənin miqyasında göstərilə bilməyən, lakin
xəritədə təsvir ediməsi lazım gələn obyektlər isə kartoqrafik şətri işarələr vasitəsilə
təsvir olunur. Bundan başqa, xəritədə şərti işarələr vasitəsilə yalnız fotoqrafiyada əks
oluna bilən obyektlər deyil, həm də bir çox başqa hadisə və proseslər (məs, havanın
tempraturu, küləyin istiqaməti, maqnit əqrəbinin inhirafı v. s.) də təsvir olunur.
Melikov Behruz
|