Operator (əməliyyatçı) şirkət
Öz adından və digər konsessiya sazişi
iştirakçılarının adından konsessiya
əsasında
əməliyyatlar aparmağa
cavabdeh olan şirkət.
Orhus Konvensiyası
Ekoloji informasiyadan istifadə imkanı,
ətraf mühit məsələləri barədə qərarların
verilməsində ictimaiyyətin iştirakını və
məhkəməyə müraciət etmək hüququnu
təmin edən beynəlxalq hüquqi saziş.
Özlülük
Molekulların bir-birinə qarşılıqlı surətdə
bağlanması nəticəsində mayenin axına
qarşı müqaviməti.
Paker/Bərkidici
Quyu lüləsini bərkitmək üçün qazılmış
quyunun içərisində quraşdırıla bilən
ləvazimat.
Parafin
Parafin neftin səthdə
sərbəstliklə
axmasına imkan yaratmaq üçün xüsusi
təmizlənmə
tələb edən xam neft
komponentidir.
pH
Qələvilik və turşuluq həddi, 0-dan 14-ə
qədərdir, 7 isə neytral göstəricini əks
etdirir, 0 maksimum turşuluğu və 14
maksimum qələviliyi bildirir.
Plankton
Dənizlərin və göllərin səth sularında dreyf
edən çox kiçik bitkilər (fitoplankton) və
orqanizmlər (zooplankton). Onların böyük
ekoloji əhəmiyyəti vardır, çünki balıqlar
kimi dənizdə yaşayan iri orqanizmlər üçün
qida təmin edirlər.
Dostları ilə paylaş: |