Microsoft Word Glossary sd2 esia final az



Yüklə 220,23 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix02.01.2022
ölçüsü220,23 Kb.
#2731
1   ...   41   42   43   44   45   46   47   48   49
Toqquşan plitə sərhədi 

İki (və ya daha çox) tektonik plitənin, 

yaxud litosferin bölünmüş hissələrinin bir-

birinə doğru hərəkət etdiyi və toqquşduğu 

fəal surətdə deformasiyaya uğrayan 

region. 

 

Transsərhəd təsir 

İki geosiyasi bölgü sərhədi (yəni dövlət 

sərhədi) arasındakı  hər hansı hüdudları 

keçən təsir. 

 

Tufanın yaratdığı iri dalğalar 

Aşağı  təzyiqli meteoroloji şərtlər ilə 

əlaqədar dənizdə qalxma. Buna, adətən, 

su kütləsinin səthinə  təsir göstərən güclü 

küləklər səbəb olur. 

 

Tullantı poliqonu 

Tullantı materiallarının basdırılmaqla 

kənarlaşdırıldığı yer. 

 

Üst tikililər/ üst modullar 

Qazma qurğusunun bir hissəsi – buraya 

üst göyərtə, aralıq göyərtə, aşağı göyərtə 

və alt göyərtə daxildir. 

 

Üzmə qovuğu 

Əksər sümüklü balıqların malik olduğu 

üzmə qabiliyyətini təmin edən orqan. 

  

Vadi 

Qısamüddətli (efemer) xarakterə malik ola 

bilən və yalnız güclü yağıntıdan sonra və 

yaxud ilin müəyyən dövrlərində axına 

malik olan çay vadisi. 

 

Ventilyasiya 

İşlənməmiş qazların atmosferə atılması. 

 

Vibroələklər 

Dövr etdirilən qazma məhlulundan süxur 

şlamlarının xaric edilməsi üçün istifadə 

olunan ələk/süzgəc. 

 

Vyana Konvensiyası 

Ozon təbəqəsinin qorunması ilə bağlı 

beynəlxalq hüquqi saziş. 

 

Yağıntı 

Atmosferdəki su buxarının kondensasiyası 

nəticəsində yaranır və Yerin cazibə 

qüvvəsinin təsiri ilə Yer səthinə düşür 

Yağıntının  əsas növləri bunlardır: Çiskin, 

yağış, sulu qar, qar və dolu. 



 

Yanüzənlər 

Zirehi olmayan yanları yastılanmış 

gövdəyə malik yanüzənlər dəstəsinə aid 

kiçik xərçəngkimilər. 

 

Yarımdalma qazma qurğusu 

Qazma platformasının altında qısa 

ayaqların üzərində yerləşdirilmiş 

pontonlara, yaxud ballast çənlərinə malik 

üzən dəniz qazma qurğusunun bir növü. 

 

Yekun nəticə 

Fəaliyyətin hüquqi, təbii və sosial-iqtisadi 

mühitlərlə qarşılıqlı  əlaqəsinin nəticə 

etibarilə meydana çıxan təsiri (müsbət, 

yaxud mənfi). 

 

Yeyilmə eroziyası 

Eroziyanın forması; avtomobil yolları  və 

dəmir yolu xətləri kimi konstruksiyaların 

yaxınlığında dənəvər altlıq materialın 

hidrodinamik qüvvələr tərəfindən 

kənarlaşdırılması. 

 

Yükün gəmidən kransız götürülməsi 

Dayaq bloklarının və ya digər 

konstruksiyaların dənizdə quraşdırılmaq 

üçün daşıma barjı  və ya digər gəmilər 

üzərindən sürüşdürülməsi və ya dayaq 

üzərinə oturdulması. 

 

Zərərli maddələr 

Dənizdə  Təhlükəli Yüklərin Daşınması 

Barədə  Məcəllədə (IMDG Code) dəniz 

çirkləndiriciləri kimi müəyyənləşdirilmiş 

maddələr. 

 

Zooplankton 

Mərcanlar, meduzalar kimi canlılardan 

ibarət plankton – adətən, kiçik ölçüdə, 

əksər hallarda isə mikroskopik ölçüdə 

olurlar. 



 

Yüklə 220,23 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin