Tağ nöqtəsi/zirvə
Geoloji strukturun ən yüksək nöqtəsi.
Takson
Cəmdə-Taksonlar. Orqanizmləri
təsnifatlandırmaq üçün istifadə olunan
taksonomik (sistematik) kateqoriya, yaxud
qrup.
Tamamlama
Yenicə qazılmış quyunun hasilat üçün
hazırlanması işləri.
Tamamlama məhlulu/ flüidi
1
Nasos-kompressor borusunun
yerləşdirilməsi və quyunun qazılması
zamanı quyuda mövcud olan kimyəvi
qarışıq.
Təbii Fon Səviyyəsi
Ətraf mühitə xarakteristik olan maddənin
konsentrasiyası və ya enerjinin intensivlik
səviyyəsi (məsələn, səs-küy və ya işıq).
Təbii Yaşayış Mühitləri
Konkret heyvan və ya bitki növlərinin və
onların cəminin mövcud olduğu sahə
(ekoloji parametrlərlə müəyyənləşdirilmiş).
Təhlükə
Zərər vurmaq, o cümlədən xəstəliyə,
yaxud xəsarətə səbəb olmaq; əmlaka,
bitkilərə, məhsullara və ya ətraf mühitə
ziyan vurmaq; hasilat itkilərinə, yaxud
maddi öhdəliklərin artmasına səbəb olmaq
potensialı.
Dostları ilə paylaş: |