8.5 Elektrik zərbənin və yanıqların hansı fəsadları ola bilər?
Elektrik zərbənin güclü təsiri nəticəsində bədən əzələləri qıcıqlanaraq kəskin qıc
olmaya, tənəffüsün və ürəyin dayanmasına gətirib çıxarır. Elektrik yanıqları isə,
bədəndən cərəyan keçdikdə, əmələ gələn yüksək temperatur nəticəsində müxtəlif
dəri nahiyələrində qızartılar, yanıqlar və suluqlar, yaxud dərinin şişginliyi
müşahidə olunur.
9.Elektrik cərəyanının xarakterizəsi.
9.1 Elektrik cərəyanı nədir?
Elektrik cərəyanı – elektrik yüklərin naqillər vasitəsilə nizamlı hərəkətidir.
Elektrik cərəyanının gücü naqillərin uclarındakı potensiallar fərqi ilə düz,
materialların müqaviməti ilə tərs mütanasibdir.
9.2 Elektrik cərəyanı necə təsir göstərir?
İ
nsan elektrik naqillərinə toxunarkan, özü şəbəkə naqillərinə çevrilir. O, yer ilə
düzgün təmasda olmadıqda, yəni təcrid (izole) olunmadıqda, onun bədənindən
elektrik cərəyanı keçərək, bədən müqavimətindən asılı olaraq təsir göstərir.
Dostları ilə paylaş: |