“Hə
yat fə
aliyyə
tinin tə
hlükə
sizliyi” fə
nnində
n imtahan suallarının
cavabları
I kollokvium
1.1 HFT və
texniki tə
hlükə
sizlik haqqında ümumi mə
lumatlar?
Həyat fəaliyyətinin təhlükəsizliyi, elmi biliklərə əsaslanan sahə olaraq, insanların
bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri
və əməli qaydalarını əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və
sağlamlığını qorumaq məqsədi güdür.
Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:
- məişətdə təhlükəsizlik;
- istehsalatda təhlükəsizlik;
- sülh dövründə fövqəladə hadisələri zamanı təhlükəsizlik;
Təhlükəsizlik texnikası - təhlükəli şəraitdə və ZM işləyənlərin təsirinin qarşısını
alan təşkilatı tədbirlərdən və texniki vasitələrdən ibarət bir sistemdir.