5.3 Yanğınları söndürərkən hansı təhlükəsizlik üsullarına əməl edilir?
Yanğını söndürməklə əlaqəsi olmayan şəxslərin, yanğın söndürülən sahələrdən
qalmasına icazə verilməmək, onların ərazidən uzaqlaşdırılmasını təmin etmək.
Yanğının qonşu binalara və ərazilərə keçməsinin qarşısını almaq üçün kompleks
tədbirlər görmək. İşin icrasına başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən
keçirmək.
5.4 Yanğın təhlükəsizliyinə hansı tələblər yönəldilir?
Tikinti zamanı çətin yanan və ya heç yanmayan materiallardan istifadə etmək.
Tikinti normativlərinə, obyektlər arasındakı məsafəyə əməl etmək. Təhlükəsiz
məişət texnikalarından istifadə etmək. Yanğına qarşı istifadə olunan su anbarlarını
tikmək. Vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarını öyrətmək, əməl etməyi
tələb etmək.
|