o
Buynuz qişanın dərin qatlarına doğru sirayət edən geniş korneal infiltratlar
(A:III)
o
Xroniki prosseslər (A:III)
o
Geniş spektrli antibiotiklərlə müalicəyə davamlı keratitlər (A:III)
o
Klinik əlamətlərinə əsasən göbələk, amöb və ya mikobakteriya mənşəli olması
təxmin edilən keratitlər (A:III)
Bakterial keratitlər zamanı meydana gələn hipopion adətən steril olur və mikrob mənşəli
endoftalmitlərə şübhə olmadıqda ön kamera mayesi və ya şüşəvari cisim müayinə üçün
götürülməməlidir (A:III)
Bakterial kulturanın məhsuldarlığını artırmaq məqsədi ilə buynuz qişadan götürülən
qaşıntı və ya yaxma birbaşa münasib qidalı mühitə əkilməlidir. (A:III) Əgər bu mümkün
deyilsə, nümunələri transport qidalı mühitlərə əkməli. (A:III) Əks təqdirdə yubanmadan
onları inkubatora yerləşdirməli, və ya laboratoriyaya göndərməli. (A:III)
Dostları ilə paylaş: