Xəstələrin maarifləndirilməsi
Xəstələri quru göz sindromunun xroniki xüsusiyyəti və gedişi barədə məlumatlandırmalı
(A:III)
Müalicənin rejimi barədə xüsusi təlimatla təmin etməli (A:III)
Xəstələrə baş verə biləcək mümkün struktur dəyişikliyinin riskini anlatmalı və onları
effektiv müalicə nəticəsində mümkün yaxşılaşmanın olmasına inandırılmalı (A:III)
Sistem xəstəliklərin manifesti müşahidə olunan xəstələri uyğun mütəxəssisə göndərməli
(A:III)
Başlanğıc mərhələdə olan quru göz sindromundan əziyyət çəkən xəstələri LASİK və FRK
ə
məliyyatlarından sonra gözlərinin vəziyyətinin ağırlaşa biləcəyi barədə xəbərdar etməli
(A:III)
Dostları ilə paylaş: |