Müalicəyə göstərişlər
Zəruri hallarda (katarakta, laqoftalmiya, ön uveitlər) cüzamlı xəstələrin müalicəsi digər
xəstələrin müalicəsindən fərqlənməməli və onlara normal oftalmoloji xidməti təmin etməli,
xüsusi ilə:
Katarakta xəstənin görmə funksiyasına nəzərə çarpacaq dərəcədə mane olduqda əməliyyat
olunmalı (A:III)
Cərrahi əməliyyat keyfiyyətli keçərsə və göz sakit olarsa İOL implantasiyası əks göstəriş
deyil (A:III)
Ə
gər buynuz qişa xronik laqoftalmın nəticəsində zədələnərsə, və ya zahiri problem olarsa,
laqoftalmın ağırlıq dərəcəsindən asılı olaraq o cərrahi üsulla aradan qaldırılmalı (A:III)
Cüzama yoluxmuş xəstələrdə xüsusi ilə aşağıdakılar nəzərə alınmalıdır:
o
Yeni başlamış laqoftalm ( müddəti 6 aydan az) 6 ay müddətinə tədricən
azaltlmaqla gündəlik oral 25-30 mg prednizolonla müalicə olunmalı (A:III)
o
Kəskin uveitlər intensiv olaraq damcı şəkilli steroidlərlə müalicə olunmalı; yanaşı
sistem cüzam reaksiyası sistem steroidlərlə müalicə olunmalı (A:III)
Dostları ilə paylaş: