Yardımçı müayinələr
Tor qişanın periferik hissələrini müayinə etmək olmursa, B-scan ultrasəs müayinəsini
həyata keçirməli (A:II). Əgər bu müayinədən sonra heç bir dəyişiklik aşkar olunmazsa,
xəstənin mütəmadi müşahidəsi məsləhətdir. (A:III)
Cərrahi və cərrahi əməliyyatdan sonrakı müayinələr
Xəstələri mümkün risk, fayda və alternativ cərrahi əməliyyatlar barədə
məlumatlandırmalı (A:III)
Xəstələrə əməliyyatdan sonrakı müalicə planını qısa və dürüst şəkildə anlatmalı (A:III)
Xəstələri göz önündə uçan zərrəciklər və görmə sahəsinin qüsurları müşahidə edildikdə
təcili oftalmoloqa müraciət etmələri barədə məlumatlandırılmalı (A:II)
Dostları ilə paylaş: |