Èëéàñ Òàïäûã
162
İlyas Tapdıq
At minib düzlərdən dağlara çapdıq,
Cəhd edib, zəng çalıb İlyası tapdıq.
“Dəyirman” unundan bir çörək yapdıq.
Gəl qonağımız ol, sən İlyas Tapdıq.
Şairlər içində adın bəllidi,
Şeir kitabların yüzdü, əllidi,
Türk dünyası sənlə ayaq, əllidi,
Deyirəm bu sözü mən İlyas Tapdıq.
Kəndinin “çobanı” neyini çalar,
“Arxalı dağlar’ın xəyala dalar.
“Bulaq başında” da “Çimnaz oynayar”
Sənsən bu dünyaya tən İlyas Tapdıq.
“Bir eşqin şimşəyi” çaxır ömründə,
“Bir gülün qönçəsı” xumar telində,
“Meşənin mahnısı” ötər dilində -
Örtməsin üstünü çən İlyas Tapdıq.
“Bir evin var” təpələrin dalında,
“Nağıllı ağaclar” bitib yolunda,
“Qızlar, qağayılar” sənin yolunda,
“Gözlər” “Şıltaq günəş” şən İlyas Tapdıq.
Dostları ilə paylaş: