Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə230/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   226   227   228   229   230   231   232   233   ...   253
Gəray Göyyurd 
 
 
Gədəbəydədi 
 
 
 
Şair İlyas Tapdığa 
 
İlhamın ailəsi sən demə, Tapdıq, 
Həvəsin yaxşısı Gədəbəydədi. 
Bu dağlar sənindi qəm yemə, Tapdıq, 
İlyasın yaxşısı Gədəbəydədi. 
 
Çən oldun dağlarda yaza söykənən
Bulaqsan bir yanı buza söykənən. 
Təbə dirsəklənən, saza söykənən, 
Cinasın yaxşısı Gədəbəydədi. 
 
Şair görkəmindi göyə baş vuran
Nəğməni ürəyə qoşan, qoşduran. 
İliyə işləyən, qanı coşduran, 
Nəfəsin yaxşısı Gədəbəydədi. 
 
Seçilmir qayalar, işıldayır Ay, 
Çiskin bir alaydı, duman bir alay. 
Hər sinə üstündə saz çəkir haray
Mirasın yaxşısı Gədəbəydədi. 
 
Torpağı, daşı var uludan ulu, 
Bəlkə də burdandı nicatın yolu. 
Gör nə möcüzədir, ay Cəlaloğlu, 
Hər xasın yaxşısı Gədəbəydədi. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin