Èëéàñ Òàïäûã
174
* * *
Dağın, düzün doğmasısan,
Təbiətin loğmanısan,
Hələ eldən doymamısan -
Dostum İlyas.
Uşaqlara uşaq oldun,
Saz götürdün, aşıq oldun,
Gözəlliyə aşiq oldun -
Dostum İlyas.
Şairlərə əl yetirdin,
İlhamınla bar gətirdin,
İsgəndəri sən yetirdin -
Dostum İlyas.
Uşaqlardan ilham aldın,
Uşaqlarçün qələm çaldın.
“Böyümədin”, uşaq qaldın -
Dostum İlyas.
Şeirimizin öz dağısan,
Xainlərə göz dağısan,
Sənət dağı, söz dağısan,
Yüzü ötsün bu yetmişin -
Dostum İlyas.
İsgəndər Etibar
Áèáëèîãðàôèéà
175
Sərv ağacım
Gümüşdən don gey,
Köç bir nağıla,
Yaşıl sərvim!
Nurlu-nurlu yağışlarla
daran,
Ulduz-ulduz baxışlarla
bəzən,
Ay ucalığından şeir
söylə…
İlyas Tapdıq
Sanki fıkrə dalıb, çatılıb qaşı,
Bir həmdəm axtarır könül sirdaşı.
Yüksəlir göylərə ucalan başı,
Keçir buludları Sərv ağacının.
Paxıllar olubdur ona daş atan,
Sonra kölgəsində yıxılıb yatan.
Sevgidi, ülfətdi onu yaşadan,
Olsa da qubarı Sərv ağacının.
Ustadım veribdi mənə bu adı,
Bu adla tanıdım qohumu, yadı.
Uçar ona doğru arzu qanadım,
Sərvidir ürəyi Sərv ağacının.
Dostları ilə paylaş: