Èëéàñ Òàïäûã
178
Xanlıqlardadır
İstedadlı şair İlyas qağanın ünlü bir şeirinə nəzirə
“Soruşdun, hardanam Hüseyn Xaloğlu
,
Ömrümün binası - Gədəbəydədir.
Ananun boynuma dolanan qolu,
Yuxumun laylası
-
Gədəbəydədir.
İlyas Tapdıq
Şairlər yurdundan gəlir sorağım.
Varlığımın özü - Xanlıqlardadır!
Qəlbimin sözüdür qələm-varağım,
Qazağımın gözü - Xanlıqlardadır!
Bu eldə yaşayıb həmişə babam,
Bu eldə kök salmış həmişə babam.
Bu eldə gur yanır çırağım, qadam,
Ocağımın közü - Xanlıqlardadır!
Müqəddəs ehramdır o Baba dərviş,
Ocağa sitayiş etmişəm vərdiş,
Kənddə doğulmuşam neyləyim, dərdiş,
Çəhlimimin izi - Xanlıqlardadır!
Tacıbəy, Didəvan ən ulu qalam,
Uca zirvələrdə ömürlük qalan,
Dağlar diyarına yetirin salam,
Zirvələrin yüzü - Xanlıqlardadır!
Çoxdan ad çıxarıb Dilboz atları,
Kölgədə qoyubdur bir çox adları,
Heyrətə salıblar doğma-yadları,
Cıdırımın düzü - Xanlıqlardadır!
Áèáëèîãðàôèéà
179
Bu yaşda karvanım üzü sazağa,
Enək Gədəbəydən bizim Qazağa,
Bircə kəlmə deyim, ay İlyas qağa,
Ocağımın közü - Xanlıqlardadır!
Dostları ilə paylaş: