Mələk Sayım
Áèáëèîãðàôèéà
177
Xalq şairi İlyas Tapdığa
Ülvi salamlarla, ay İlyas Tapdıq,
Görüşə səsləyir bu dağlar səni.
Vədə çatdı, el qayıtdı qışlağa,
Arayır kimsəsiz yaylaqlar səni.
Baldırğanlar, quzqulaqlar quruyub,
Zirvələri çiskin, duman bürüyüb,
Comaların bel kərəni çürüyüb,
Xatırlar gəzdiyin oylaqlar səni.
Qalmayıb qarağat, moruq, çiyələk
Arxaclarda ağarışır göbələk,
Nağıltək xatırlar o küskün mələk,
Bir də o cığırlar, çaylaqlar səni.
Bıçaqla ağaca yazdığın o ad,
Çoxdan sənsizləşib, qoparır fəryad,
Səsləyir o sevgi, o ləzzət, o dad,
Yelləncək qurduğun budaqlar səni.
Yurd yeriniz çoxdan uçub-tökülüb,
Pərdiləri zaman kimi sökülüb,
O qız da qocalıb, beli bükülüb,
Öpüşə səsləyir bulaqlar səni.
Kərəməm, yetişdi ömrün payızı,
Başa qırov salıb qışın ayazı,
Pozulub üstünə yazdığın yazı,
Axtarır həmən o yarpaqlar səni.
Dostları ilə paylaş: |