Səyyad Məmmədli
Borçalıdadı
Elimdə bayramdı, - Odlar yurdunun,
Bir qələm ustası Borçalıdadı.
Birinci gəlişi olsa da onun,
Çoxdankı sədası Borçalıdadı.
Hər anı gözəldir belə bir çağın;
Könlümdə çağlayır söz yığın-yığın,
Ellər sevimlisi İlyas T apdığın
Şeiriyyət dünyası Borçalıdadı.
Ellər sevimlisi İlyasTapdığın
Şair, unudulmaz qədri bır anın,
Bizləri həmişə axtarıb, anın.
Ömrümün mənası Azərbaycanın,
Qəlbinin parçası Borçalıdadı.
Şirin xəyalında xoş gələcəyin,
Qayəsi saf olan arzu, diləyin.
Yarıya bölünmüş bütöv ürəyin,
Təbrizin nəvası Borçalıdadı.
Sazla gülümsəyən, sazla ağlayan,
Ömrünü tellərə düzüb bağlayan,
Hüseynin, Əmrahın ürək dağlayan,
Yadigar havası Borçalıdadı.
Áèáëèîãðàôèéà
187
Sizi kövrəltməsin mənim sözlərim,
Qələmim cavandı, deyildir dərin.
Sayı çox olaydı belə günlərin,
Bir ümid şüası Borçalıdadı.
Müqəddəs yol qoyub bizə babalar,
Namus, qeyrət candan əziz tutular.
Dostluğa sədaqət, dosta etibar.
Saflığın mayası Borçalıdadı.
Siz, ey gözəl insan, bəxtiyar ata,
Çox xoş gəlmisiniz bizim elata.
Nənə-babaların bu toy-büsata,
Min xeyir-duası Borçalıdadı.
Belə qohumluğa afərin, əhsən,
Səadət diləyir ellər ürəkdən.
Sümüyü Gədəbəy, südü Balakən,
Bakılı balası Borçalıdadı.
Dostları ilə paylaş: |