Microsoft Word ilyas met doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə244/253
tarix30.12.2021
ölçüsü1,06 Mb.
#22153
1   ...   240   241   242   243   244   245   246   247   ...   253
İsrayıl Miskinli  
 
Ay qağa 
Mən doğma kədimdə ev tikmək  
xəyalına düşmüşdüm. İsrayıl Miskinlidən  
belə bir məktub aldım. 
 
İlyas Tapdıq, nə həvəsdi düşmüsən, 
Qocalanda ev tikməzlər, ay qağa. 
Cavanlığı orda-burda keçirib, 
Qocalanda ev tikməzlər, ay qağa. 
 
Mənalı günləri vermə küləyə, 
Daha ceyranların gəlmir sürəyə. 
Etibar eyləmə zalım fələyə, 
Qocalanda ev tikməzlər, ay qağa. 
 
İsrayıl söyləyər,vallah, hədərdi, 
De, gülər üzündə bu nə kədərdi?! 
Yaş ötüb, bilmirəm hər nə qədərdi, 
Qocalanda ev tikməzlər, ay qağa. 
Áèáëèîãðàôèéà 
 
189 
*** 
İlyas Tapdıq, nə zamandı 
Gözlərimiz yolda qalıb. 
Küməlgəni sel aparıb, 
Muncuq qarı çöldə qalıb. 
 
Şöhrətin var el-obada, 
Nə tapmısan boş yuvada.  
Uduzmazsan bu sevdada,  
Söz-söhbətin eldə qalıb. 
 
Sən qoymazsan bizi darda,  
Sınanmısan etibarda. 
Qartalların qayalarda, 
Sonaların göldə qalıb. 
 
Dar ayaqda məğrur, mətin, 
Dağ oğlusan - var qeyrətin. 
Ürək açan şeiriyyətin  
Dastan olub dildə qalıb. 
 
Miskin oğlu, bil hər zaman,  
Zirvələrə çökür duman.  
Hay-harayla coşan ümman, 
İlk baharda seldə qalıb. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin