14. Fon Neyman prinsiplə
ri. Elektron-hesablayıcı maş
ın (EHM) və
onun
qurğ
uları.
Ç.Bebbicin əmr və verilənlərə ayrıca baxması ideyası qeyri adi əhəmiyyət
kəsb etmişdir və bu ideya XX əsrdə Con fon Neyman tərəfindən inkişaf
etdirilmişdir.Belə ki,1945-ci ildə ABŞ-da lampalı elektron hesablama maşınının
yaradılması ilə məşğul olan alimlər qrupuna məşhur riyaziyyatçı Con fon Neyman
dəvət olunmuşdur.O, kompyuterin tərkibinə əmrlər ardıcıllığının və verilənlərin
saxlanılması üçün xüsusi qurğunun-yaddaş qurğusunun-daxil edilməsini təklif
etmişdir. Con fon Neymana görə kompyuter giriş-çıxış qurğusundan, yaddaşdan
və prosessordan ibarət olmalıdır.Prosessorun özü isə hesabi-məntiqi qurğudan və
idarəetmə qurğusundan ibarətdir.1945-ci ildə Con fon Neyman hazırladığı
hesabatda kompyuterin iş prinsipini və arxitekturasının elementlərini müəyyən
etmişdir.Bunlar aşağıdakılardır:
1.Kompyuter prosessordan, yaddaşdan və giriş-çıxış qurğusundan ibarətdir.
2.İnformasiyanın saxlanılması üçün xüsusi yaddaş qurğusundan istifadə
olunur.
3.Verilənlər yaddaş qurğusunda ikilk ədədlər şəklində təsvir olunur.
4.Hesabi və məntiqi əməllər hesabi-məntiqi qurğuda yerinə yetirilir.
5.Kompyuterdə proqramın yerinə yetirilməsinə idarəetmə qurğusu nəzarət
edir.
6.Proqramlar verilənlərin saxlanıldığı eyni bir yaddaş qurğusunda saxlanılır.
7.İnformasiyanın daxil ediməsi və alınması üçün giriş və çıxış qurğularından
istifadə olunur.
Müasir kompyuterlərin əksəriyyəti Con fon Neyman prinsipləri əsasında
qurulmyşdur.Bu prinsip əsasında ilk kompyuter 1949-cu ildə ingilis alimi Moris
Uilksom tərəfindən yaradılmış UNİVAK (universal avtomatik maşın) olmuşdur.
Dostları ilə paylaş: