Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#46142
1   2   3   4   5   6   7   8   9   ...   32
NIGAR

in  həcmi  və  strukturu.  İş  girişdən,  üç  fəsildən,  nəticədən  və  istifadə 

olunan ədəbiyyat siyahısından ibarətdir. 




 

 



FƏSİL 1. İSTEHSAL MƏSRƏFLƏRİN UÇOTUNUN MÜASİ

VƏZİYYƏTİ,  ONUN MƏQSƏDİ VƏ PRİNSİPLƏRİ

 

1.1. İstehsal məsrəflərin uçotunun mahiyyəti, məqsədi və vəzifələri

 

 

Bazar  iqtisadiyyatı  şəraitində  bütün  sahələrin  idarə  etmə  sistemi, 



təsərüffatçılıq  mexanizmi  yenidən  qurulur  və  təkmilləşdirilir.  Təsərrüfat 

mexanizminin  təkmilləşdirilməsi  onun  mühüm  elementdəri  olan  uçotun 

vəhesabatın  yenidən  qurulması  sıx  sürətdə  əlaqədardır.  Tərəddütsüz  demək  olar 

ki,  təsərüffat  mexanizminin  digər  ünsürlərinin  (planlaşdırma,  tənzimləmə, 

qiymətqoyma, kreditləşmə, maliyyələşmə, iqtisadi həvəsləndirmə və s.) qarşılıqlı 

əlaqəsi  uçot  və  hesabat  göstəriciləri  vasitəsilə  həyata  keçirilir.  Odur  ki,  uçot  və 

hesabatın  yenidən  qurulması  obyektiv  zərurətdir  və  iqtisadiyyatın  real  bazar 

münasibətlərinə keçirilməsinin mühüm şərtidir. 

İstehsal  məsrəflərinin  uçotu  mühasibat  uçotunun  mühüm  sahələrindən 

biridir.  Məsələ  burasındadır  ki,  müəssisələrin  təsərüffat  fəaliyyətinin  məqsədi 

müəyyən  məhsul  istehsal  etmək,  işlər  və  xidmətlər  yerinə  yetirmək  və  bunların 

müqabilində  mənfəət  əldə  etməkdir.  Bunlar  isəmüəyyən  xərclərlə  əlaqədardır. 

Həmin  məsrəflərin  tərkibi  və  dinamikası  istehsal  olunan  məhsulların,  yerinə 

yetirilən  işlərin  və  göstərilən  xidmətlərin  maya  dəyərinin  kəmiyyətini,  onun 

səviyyəsini  formalaşdırır.maya  dəyərinin  kəmiyyəti  və  səviyyəsi  isə  öz 

növbəsində  müəssisənin  mənfəəinin  şəcminəbir  başatəsin  göstərir.  Hazırki 

şəraitdə isəmənfəət hər bir müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas 

göstəricidir. 

Beləliklə,  istehsal  məsrəfləri  mənfəətin  səviyyəsinə  həlledici  təsirgöstərir. 

Odur ki, məsrəflərin azaldılması hazırki şəraitdə müəssisələr qarşısında duran ən 

vacib məsələlərdən biridir. İstehsal məsrəflərinin aşağı salınmasının zəruriliyi və 

əhəmiyyəti  təkcə  bununlabitmir  və  bu  məsələ  daha  qlobal  əhəmiyyətə  malikdir. 

Belə  ki,  məsrəflərinaşağı  salınmasımaterial,  əmək  və  maliyyə  ehtiyyatlarına 

qənaət etmək deməkdir. İndikiböhran şəraitində isə bunun çox böyük əhəmiyyəti 

vardır.  Məsrəflərin  azalması  qiymətlərin  və  inflyasiya  prosesinin  sürətlə 



 

 



yüksəldilməsinin  qarşısını  almağın  mühüm  şərtlərindən  biridir.  İstehsal 

məsrəflərinin  aşağı  olması,  daxili  və  beynəlxalq  bazarda  məhsulların  satışı  üzrə 

yaranan real rəqabət prosesində qalib çıxmağa öz müsbət nəticəsinə göstərə bilər. 

İstehsal  məsrəflərinin  uçotu  müəssisənin  maliyyə-təsərrüfat  yəaliyyətinin 

mühasibat  uçotunun  mərkəzi  həlqəsini  təşkil  edir.  Odur  ki,  bazar  iqtisadiyyatına 

keçidlə  əlaqədar  olaraq  bütövlükdə  uçotun  digər  sahələri  kimi,  istehsal 

məsrəflərinin  uçotunun  yenidən  qurulması  üzrə  də  bir  sıra  işlər  həyata 

keçirilmişdir.  Belə  ki,  məhsulların,  iş  və  xidmətlərin  maya  dəyərinə  daxil  olan 

məsrəflərin tərkibi, xərc maddələri və ünsürlərinin tərkibi, bəzi məsrəflərin sinteik 

uçotun  aparılması  qaydası  dəyidirilmişdir.  Lakin  tədqiqat  göstərir  ki,  hazırki 

həraitdə  istehsal  xəzclərinin  uçotu  və  bölüşdürülməsi  qaydaları  mühasibat 

uçotunun  digər  sahələrinə  nisbətən  daha  az  cəyişikliklərə  məruz  qalmışdır  və 

müasir tələblərə tam cavab vermir. 

İstehsal  məsrəflərinin  uçotu  və  bəzi  məsrəflərin  bölüşdürülməsi  sahəsində 

olan  nöqsanlar  və  çatışmamazlıqlar  nəticəsində  material  ehtiyyatlarının  itkiləri, 

qeyri-məhsuldar  məsrəflərin  səviyyəsi  hələ  də  yüksək  olaraq  qalır  ki,  bunlarda 

istehsal  olunan  məhsulların,  yerinə  yetirilən  iş  və  xidmətlərin  maya  dəyərinin 

artmasına,  mənfəət  məbləğinin  azalmasına  və  bütövlükdə  müəssisələrin  maliyyə 

vəziyyətinin pisləşməsinə gətirib çıxarır. 

İstehsal olunan məhsulların (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən 

məsrəflərin  tərkibi  iqtisadiyyatın  ayrı-ayrı  inkişaf  mərhələlərində  dəyişilmiş  və 

hal-hazırda  mülkiyyətin  təşəkkül  tapmış  formalarına,  vergi  siyasətinə  və  bazar 

iqtisadiyyatının  atribütlarına  uyğun  olaraq  müəyyənləşdirilir.  Hazırda  məhsulun 

(işlərin,  xidmətlərin)  maya  dəyərinə  daxil  edilən  məsrəflərin  tərkibi  «Mühasibat 

uçotu  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu,  onun  əsasında  Maliyyə 

Nazirliyi  tərəfindən  hazırlanmış  Milli  Mühasibat  Uçotu  Standartlarında  

müəyyənləşdirilir.  Bu  Standartlara  görə  məhsulun  (işlərin,  xidmətlərin)  maya 

dəyəri, məhsul (işlər, xidmətlər) istehsalı prosesində təbii ehtiyyatların, xammalın, 

materialların, yanacağın, enercinin, əsas fondların, əmək ehtiyyatlarının, eləcə də 

onun istehsalı və satışına sərf edilən vəsaitlərin cəmindən ibarətdir. Standartlarda 




 

 



məhsulun  (işlərin,  xidmətlərin)  maya  dəyərinə  daxil  edilən  məsrəflərin  tərkibi 

göstərilmişdir. 

Bütövlükdə Standartların məzmunu, burada göstərilən məsrəflərin tərkibi və 

onların bölmələr üzrə qruplaşdırılması dövlətin vergi siyasətinin tələblərinə cavab 

verir.  Burada  dəqiq  göstərilir  ki,  müəssisələr  hansı  məsrəflərin  məhsulun  maya 

dəyərinə,  hansı  məsrəfləri  isə  mənfəət  və  zərərlərə  aid  etməlidirlər.  Fikrimizi 

sübut etməküçün konkret misal gösətərək. Əgər əmək haqqının məbləği, minimal 

əmək  haqqının  məbləğinin  dörd  mislindən  yüksəkdirsə,  onda  əmək  haqqının 

həmin  artıq  məbləği  vergi  tutulan  mənfəətin  məbləği  iləbirləşdirilir  vəhəmin 

üç\mumi məbləğ müəssisə üçün müəyyən edilmiş stavka üzrə vergiyə cəlb olunur. 

Deməli,  əmək  haqqının  minimal  əmək  haqqının  dörd  mislindənartıq  məbləğinin 

mənfəətin  məbləği  ilə  dirləşdirilməsi  dövlət  büdcəsinəayırmaların  həcminin 

artırılması  məqsədini  güdür.bundan  başqa  bir  sıra  xərclər,  (məsələn,  material 

resurslarına  qənaət  edilməsi  ilə  əlaqədar  xərclər,  qısa  müddətli  bank  kreditləri 

üzrə  gecikdirilmiş  faizlərin  ödənilməsi  və  s.)  də  müəssisənin  mənfəəti  hesabına 

ötürülür.  Əslində  bu  və  buna  oxşar  digər  xərclər  məhsulun  (işlərin,  xidmətlərin) 

maya  dəyərinə  daxil  edilən  məsrəflərin  tərkibinə  aid  edilməlidir.  Bu,  ələlxüsus 

əmək  haqqında  çəkilən  (mənfəət  hesabına)  xərclərə  və  bunurla  əlaqədar  olan 

ayırmalara aiddir. 

Məsələ bundadır ki, əmək haqqı işçi qüvvəsinin sadə təkrar istehsalı ilə bağlı 

olan  xərclərdir.  Əməyin  təkrar  istehsalı  isə  əmək  haqqının  ödənilməsi  ilə  təmin 

olunur.  Buradan  da  elə  nəticə  çıxır  ki,  əmək  haqqı  zəruri  istehsal  məsrəflərinin 

əsas  tərkib  hissələrindən  biridir  və  o  istər-istəməz  məhsul  istehsalı  ilə  əlaqədar 

məsrəflərin  tərkibinə  daxil  edilməli  və  heç  bir  vergi  obyektinə  (söhbət  gəlir 

vergisindən yox, mənfəət vergisindən gedir) çevrilməməlidir. 

Bundan  başqa  Standartlarda  əmək  haqqında  daxil  olan  bir  sıra  məsrəflərin 

siyahısı  gösətərilir  ki,  bunlar  də  müəssisənin  sərəncamında  qalan  (mənfəədən 

vergi tutmadan sonra) mənfəət şesabına ötürülür. Məsələn, belə xərclərlə xüsusilə 

mühüm  istehsal  tapşırıqlarını  yerinə  yetirmiş  ayrı-ayrı  işçilərin  birdəfəlik 

mükafatlandırılmasına  çəkilən  xərclər,  işçilərə  əlavə  məzuniyyət  kimi 




 

 



hesablanmış  əmək  haqqı  məsrəfləri,  istehsalın  səmərəliliyinin  yüksəldilməsi, 

ehtiyyatların  aşkara  çıxarılması  ilə  əlaqədar  mükafatlandırmaya  çəkilən  xərclər, 

hansılar  ki,  əmək  həqqının  tərkibinə  daxildir,  məhsulun  (işlərin,  xidmətlərin) 

maya dəyərinə daxil olan xərclərə aid edilməlidir. 

Standartlara görə bəzi xərclər  məhsulun (ilərin, xidmətlərin) maya dəyərinə 

daxil  edilmir  və  müəssisənin  əldə  etdiyi  mənfəət  hesabına  ötürülür.  Konkret 

olaraq  belə xərclərə ətraf  mühitin çirklənməsinə  gətirib  çıxaran  tulluantılar  üçün 

ödənişləri  aid  etmək  olar.  Bu  məsrəflərin  məhsulun  (işlərin,  xidmətlərin)  maya 

dəyərinə  daxil  edilməsi  daha  düzgün  olardı.  Çünki  ətraf  müşitin  çirklənməsinə 

səbəb  olan  tullantılar  əsasən  məhsul  istehsalı,  yerinə  yetirilən  iş  və  xidmətlərlə 

əlaqədardır.  Digər  tərəfdən  müəssisə  mənfəət  əldə  edə  bilmədikdə  həmin 

tulluntılar üçün ödənişlərin həyata keçirilməsi mümkün deyildir. 

Bunula  belə  Standartlarda  elə  xərclər  də  nəzərdə  tutulur  ki,  onlar  birbaşa 

məhsul  (iş,  xidmətlər)  istehsalı  ilə  əlaqədar  olmasa  həmin  məhsulun  (işlərin, 

xidmətlərin)  maya  dəyərinə  daxil  edilən  məsrəflərin  tərkibinə  aid  edilir.həmin 

xərclərə bütövlükdə istehsalın idarə edilməsi məsrəflərini aid etmək olar. Bunlar 

aşağdakılardan  ibarətdir:  müəssisənin  və  onun  struktur  bölmələrinn  inzibati-

texniki  heyətinin  saxlanmasına,  onun  maddi-texniki  və  nəqliyyat  təminatına 

çəkilən  xərclər;  istehsal  fəaliyyəti  ilə  bağlı  ezamiyyət  məsrəfləri  (müəyyən 

edilmiş normalara uyğun olaraq); məsləhət, informasiya, və auditor xidmətlərinin 

ödənilməsi  ilə  əlaqədar  xərclər;  məhsulun  sertifikasiyası  işləri  üzrə  xərclər; 

tərcüməçilik xidmətləri, xarici nümayəndələrin rəsmi qarşılanması üzrə tədbirlərin 

həyata  keçirilməsi,  onların  mədəniyyət  ocaqlarında  iştirakı,  bufet  xidməti  və  s. 

üzrə xərclər. 

Bu  cür  məsrəflərin  bütövlükdə  məhsulun  (işlərin,  xidmətlərin)  maya 

dəyərinə daxil edilməsi zənnimizcə düzgün deyildir. Buradan bir qism məsrəflərin 

ayrılıqda mənfəət hesabına ötürülməsi daha məqsədəuyğun olardı. 

Standartların  bütövlükdə  təhlili  göstərir  ki,  burada  müxtəlif  məzmunlu, 

təyinatlı məsrəflərin məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi, 

yaxud  mənfəət  və  zərərlərə  daxil  edilməsi  və  yaxud  də  müəssisənin 




 

10 


 

mərəncamında  qalan  mənfəət  hesabına  ötürülməsi,  həddən  artıq  reqlament-

ləşdirilmiş  və  mərkəzləşdirilmişdir.  Məsrəflərin  uçotu  obyektlərinin  bu  şəkildə 

tərkibi və reqlamentləşdirilməsi bazar iqtisadiyyatı şəraitində müəssisələrə verilən 

iqtisadi  və  təsərrüfat  hüquqlarına  heç  də  tam  şəkildə  uyğun  gəlmir.  İdarəetmə 

uçotuna  aid  olan  bu  məsələ  əslində  müəssisələrin  özləri  tərəfindən 

tənzimlənməlidir.  Çünki  idərəetmə  uçotunun bütün  məlumatları  hər şeydənəvvəl 

daxili  idarəetmədə  istifadə  olunur  və  buna  görə  də  həmin  məlumatlar  vəyaxud 

informasiya operativ və çevik olmalıdır. Təsərrüfat prosesləri, istehsal məsrəfləri 

haqqında  informasiyanın  çevikliyi  bazar  iqtisadiyyatının  xüsusiyyətləri  ilə 

bağlıdır. Belə ki, bazar münasibətləri şəraitində konyukturanın tez-tez dəyişməsi, 

hadisələrin  dinamikliyi  idarəetmə  ilə  əlaqədar  qərarların  vaxtındavə  obyektiv 

şəkildə qəbul edilməsini daha zəruri etmişdir. Deməli məsrəflərin tərkibi, onların 

məhsulun  maya  dəyərinə  daxil  edilməsi,  yaxud  mənfəət  hesabına  onun  hansı 

hissəsinin  örtülməsi  məsələləri  əsasən  qeyri  mərkəzdəşdirilmiş  şəkildə  həll 

edilməlidir. Daha dəqiq desək məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil 

olunacaq,  eləcə  də  mənfəət  və  zərərlərə  aid  ediləcək  və  yaxud  müəssisənin 

sərəncamında  qalan  mənfəət  hesabına  ötürüləcək  məsrəflərin  tərkibi 

detallaşdırılmış  halda  deyil,  ümumiləşdirilmiş  və  yaxud  iriləşdirilmiş 

pozisiyalarda göstərilməlidir. 

İstehsal məsrəflərinin təsnifatı də məsrəflərin planlaşdırılması, uçotun təşkili 

və məhsulun maya dəyərinin kalkulasiyalaşdırılmasında mühüm rol oynayır. 

İqtisadi  ədəbiyyatlarda,  həmiçinin  rəsmi  sənədlərdə  məsrəflərin  təsnifatı 

aparılarkən bir sıra əlamətlərdən, əsasən onların baş vermə yerlərinə, məhsulların 

növlərinə,  məsrəflərin  növlərinə,  texnoloji  proseslərə  münasibətinə,  tərkibinə, 

ayrı-ayrı  məhsulların  maya  dəyərinə  daxil  olunması  üçuluna,  istehsal  prosesində 

iştirakına,  istehsalın  həcminə  münasibətinə,  baş  vermə  dövrünə  və  s.  görə 

qruplaşdırılmasından istifadə edilir. 

İqtisadi  məsrəflərin  həmin  əlamətlərə  görə  qruplaşdırılması  müxtəlif  məq-

sədlər  üçün  istifadə  edilir.  Belə  ki,  məsrəflərin  baş  verməyerlərinə  görəqruplaş-

dırılması  –  istehsaldaxili  təsərrüfat  hesabının  tətbiqi  üçün;  məhsul  növləri  üzrə 



 

11 


 

qruplaşdırılması  -  maya  dəyərinin  kalkulyasilaşdırılması  üçün;  texnoloji  proses 

münasibətinə  görə  qruplaşdırılması  –  əsas  və  üstəlik  xərclərə  bölüşdürülməsi 

üçün;  tərkibinin  vahidliynə  görə  qruplaşdırılması  –  bir  ünsürlü  və  kompleks 

xərclərə  ayrılması  üçün;  maya  dəyərinə  daxil  edilməsi  üsuluna  görə 

qruplaşdırılması  –  onların  müstəqil  və  qeyri-müstəqil  xərclərə  ayrılması  üçün; 

istehsal prosesində iştirakına görə bölüşdürülməsi – məsrəflərin istehsal və qeyri-

istehsal  təyinatlı  xərclərə  bölüşdürülməsi  üçün;  istehsalın  həcminə  münasibətinə 

görə qruplaşdırılması – dəyişən və daimi məsrəfləri müəyyən etmək üçün istifadə 

olunur.  Qeyd  etmək  lazımdır  ki,  məsrəflərin  göstərilən  təsnifat  üzrə 

qrunlaşdırılmasının  hamısı  heç  də  təcrübədə  istifadə  edilmir.  Başqa  sözlə,  onlar 

məhsulun maya dəyərinin uçotunun təşkili və aparılması zamanı tətbiq edilmir. 

Təcrübədə  məsrəflərin  uçotu  iki  əsas  qruplaşdırma  əsasında  təşkil  edilir  və 

aparılır ki, bunlara da məsrəflərin iqtisadi ünsürlər və kalkulyasiya maddələri üzrə 

qruplaşdırılması daxildir. Məsrəflərin qruplaşdırılmasının digər növləri göstərilən 

iki  qruplaşdırmadan  irəli  gəlir  və  onların  əsasında  müəyyən  olunur.  Məsələn, 

məsrəflərin  bir  ünsürlü  və  yaxud  kompleks  xərclərdən  ibarət  olması  yalnız 

məsrəflərin  ünsürlər  üzrə  qruplaşdırılmasından,  məsrəflərin  müstəqil  və  qeyri-

müstəqil  xərclərə  ayrılmasına  isə  məsrəflərin  kalkulyasiya  maddələri  üzrə 

qruplaşdırılmasından irəli gəlir. 

İstehsal  məsrəflərinin  kalkulyasiya  maddələri  üzrə  qruplaşdırılması 

məsrəflərin  analitik  uçotunun  aparılmasıvə  məhsulun  maya  dəyərinin 

kalkulyasiyalaşdırılması  üçün  istifadə  edilir.  Bu  zaman  birinci  mərhələdə 

məsrəflərin istehsal uçotu obyektləri və həmin məsrəflərin baş vermə yerləri üzrə 

qruplaşdırılır.  İkinci  mərhələdə  isə  xərclər  kalkulyasiya  obyektləri  üzrə 

bölüşdürülür  və  bunun  əsasında  bütünməhsulun,  onun  ayrı-ayrı  növlərinin 

həmçinin məhsulvahidinin mayadəyəri müəyyənləşdirilir. 

İstehsal  məsrəflərinin  göstərilən  qruplaşmalar  üzrə  uçota  alınmasının 

çatışmayan  cəhətləri  vardır.  Belə  ki,  istehsal  məsrəflərinin  uçotunun  yalnızbaş 

vermə  yerləri  və  hasil  edilmiş  məhsullar  üzrə  aparılan  xərclər  üzərində  nəzarəti 

am  həyata  keçirməyə  imkan  vermir,  nəticədə  material,  əmək  və  digər 



 

12 


 

ehtiyyatlardan  səmərəli  istifadə  olunmur,  israfçılığa  yol  verilir  və  əslində  bütün 

bünlar  üçün  heç  kim  məsuliyyət  daşımır.  Odur  ki,  məsrəflərin  uçotu  obyektləri, 

təkcə  onların  baş  vermə  yerləri  deyil,  həm  də  məsuliyyət  mərkəzləri  olmalıdır. 

Məsuliyyət  mərkəzləri  üzrə  uçot  terminologiyası  artıq  ədəbiyyatlarda  geniş 

istifadə  edilir.  Məsuliyyət  mərkəzləri  dedikdə  müəyyən  xərclər  üçün 

məsuliyyətlərdi  qaydada  təhkim  edilməsi  başa  düşülür.  Uçot  obyektlərinin 

məsuliyyət  mərkəzləri  üzrə  ayrılmasının  başlıca  məqsədi,  məhsulun  istehsalına 

sərf edilən xərclər üzərində nəzarəti həyata keçirməkdən ibarətdir. 

Məsrəflərin  baş  vermə  yerdəri  ilə  məsuliyyət  mərkəzləri  arasında  müəyyən 

qarşılıqlı  bağlılıq  vardır.  Bedə  ki,  məsrəflərin  baş  yermə  yerləri  ilə  məsuliyyət 

mərkəzləri üst-üstə düşə bilər və yaxud əksinə. Əgər sexlərin rəisləri məsrəflərin 

səviyyəsi və işin son nəticələri üçün məsuliyyət daşıyırlarsa onda məsrəflərin baş 

vermə yerdəri ilə məsuliyyət mərkəzləri ust-ustə düşür. Məlum olduğu kimi sexlər 

ayrı-ayrı briqadalardan ibarətdir və həmin briqadaların özlərihəm məsrəflərin baş 

vermə  yerləri  və  həm  də  məsuliyyət  mərkəzləri  ola  bilərlər.  Lakin  qeyd  etmək 

lazımdr ki, hal-hazırda sənayedə məsuliyyət mərkəzləri uçotu obyektləri deyildir 

və  buna  görə  də  istehsal  məsrəfləri  üçün  məsuliyyət  müəssisənin  struktur 

bölmələrinin  rəhbərləri  arasında  bölüşdürülmür.  Nəticədə  aşağdan  tutmuş 

yuxarıyadək baş verən xərclər üçün heç Kim tam məsuliyyət daşımır. Göstərilən 

nöqsanları  aradan  qaldırmaq  üçün  xərclər  üçün  məsuliyyət  mərkəzləri 

müəyyənləşdirilməli  və  bu  məsuliyyət  struktur  bölmələrinin  rəhbərləri  arasında 

dəqiq bölüşdürülməlidir. Bunun üçün müəssisənin struktur bölmələri rəhbərlərinin 

vəzifə təlimatları yenidən işlənib hazırlanmalı və burada istehsal məsrəfləri üçün 

briqadirdən  tutmuş  sex  rəisinə  qədər  bütün  rəhbərlərin  məsuliyyətləri  dəqiq 

göstərilməlidir. 

Məsuliyyət  mərkəzləri kimi  uçot öbyektləriin tətbiqində  real  sürətdə həyata 

keçiriməyin  mühüm  şərtlərindən  biri  –  istehsal  məsrəflərinin  azaldılması  üçün 

maddi həvəsləndirmə mexanizminin işlənib hazırlanmasıdır. Çünki, əgər struktur 

bölmələrinin  istehsal  məsrəfləri  üçün  məsuliyyəti  müvafiq  təlimatlarda 




 

13 


 

göstərilərsə,  onda  həmin  məsrəflərin  azaldılmasıüzrəmaddi  həvəsləndirmə 

mexanizmi də müvafiq sənədlərlə rəsmiləşdirilməlidir. 

Məsuliyyət  mərkəzlərinin  uçotu  obyektləri  kimi  müəyyən  edilməsi  qərb 

ölkələrinin  uçot  praktikasında  artıq  çoxdan  tətbiq  edilir  ki,  bu  da  uçotun 

beynəlxalq  standartlarının  mühüm  tərkib  hissəsidir.  Qeyd  edək  ki,  məsuliyyət 

mərkəzlərinin  uçot  obyektləri  kimi  müəyyənləşdirilməsi  daxili  transfert 

qiymətlərinin  yarınması  və  tətbiqi  də  zəruri  şərtləndən  biridir.  Transfert 

qiymətlərindən geniş bəhs etməyərək yalnız onu qeyd edək ki, həmin qiymətlərin 

tətbiqi  müasir  biznesin  təşkili  formalarının  mürəkkəbliyindən  məsrəflərin  bir 

bölmədən  digər  bölmələrə  hərəkətindən,  daxili  heçabatın  düzgün  əks 

etdirilməsindən, 

idarəetmənin 

müxtəlif 

səviyyələrinin 

fəaliyyətinin 

qiymətləndirilməsindən,  idarəetmənin  qeyri-mərkəzləşdirilməsindən  və  s. 

səbəbələrdən irəli gəlir. 

Transyert  qiymətlərinin  tətbiqi  nəticəsində  məsrəflərin  məsuliyyət  mərkəz-

lərinin, təşkilatı,  texnoloji sahələrin gəlirləri  üzrə  məsuliyyət  mərkəzləri ilə əvəz 

edilməsinə  gətirib  çıxarmışdır.  Qərb  ölkələrinin  bir  çoxu  arıq  məsuliyyət 

mərkəzləri üzrə  uçot  obyektlərinin  təcrübəsinə  malikdir.  Məsələ  burasındadır ki, 

transfert  qiymətləri  əsasında  formalaşan  gəlirlərə  görə  yaranan  məsuliyyət 

mərkəzləri  üzrə  məsrəflərin  uçotunun  təşkili  dəyişən  xərclərə  nəzarət  etməyə, 

gəlirlərin  artırılmasında  məsuliyyət  mərkəzlərinin  maddi  maraqlarının 

yüksəldilməsinə  imkan  vermir.  Düzdür,  respublikamızın  müəssisələrində 

istehsalın  uçotunun,  daha  doğrusu  daxili  bölmələrdə  məsrəflərin  uçotunun 

göstərilən  prinsipləri  üzərində  qurulması  müəyyən  vaxt  tələb  edir,  lakin  bu  yolu 

biz  keçməliyik.  Ona  görə  də  müvafiq  təlimətların,  normativ  sənədlərin  işlənib 

hazırlanması,  həmçinin  həmin  məsələlər  ətrafında  diskusiyyəların  aparılması 

zəruridir. 

Məlum  olduğu  kimi  hazırda  istehsala  çəkilən  məsrəflərin  uçotu  və 

bölüşdürülməsi  ənənəvi  variant  əsasəında  həyata  keçirilir.  Bu  varianta  görə 

məhsul  istehsalı,  iş  və  xidmətlərin  yerinə  yetirilməsi  ilə  bilavasitə  əlaqədar  olan 

xərclər,  həmçinin  kgöməkçi  istehsalatların  məsrəfləri,  istehsalın  təşkili  və  ona 



 

14 


 

xidmət göstərilməsi ilə əlaqədar olan qeyri-müstəqimxərclər və zaydan olan itkilər 

20  «Əsas  istehsalat»  hesabında  əks  etdirilir.  Müstəqim  məsrəflər  201-1,  201-2, 

202-3  nömrəli  və  sair  hesablardan  birbaşa  202  nömrəli  hesaba  silinir. 

Ümumtəsərrüfat xarakterli məsrəflərdən bir qismi 711 və 721 nömrəli hesablarda 

silinir.  Göründüyü  kimi  məhsul  istehsalı,  iş  və  xidmətlərin  yerinə  yetirilməsi  ilə 

bilavasitə əlaqədar olan və eləcədə bilavasitə əlaqədar olmayan məsrəflərin hamısı 

son  nəticədə  202  nömrəli  hesabda  əks  etdirilir  və  məhsulun,  yerinə  yetirilmiş 

işlərin  və  xidmətlərin  faktiki  istehmal  maya  dəyərini  yaradırlar.  Məsrəflərin 

uçotunun  vəonların  bölüşdürülməsinin  göstərilən  variantın  nöqsanları  və 

çatışmayan  cəhətləri  vardır.  Əvvəla  onu  qeyd  edək  ki,  maşın  və  avadandıqların 

saxlanması  və  istismarı  üxərclər  isehsaldakı  roluna  görə  əsas  xərclər  sırasına 

daxildir,  çünki  onlar  məhsul  istehsalında,  iş  və  xidmətlərin  görülməsində 

bilavasitə  iştirak  edirlər.  Lakin  məhsullun  maya  dəyərinə  onlar  qeyri-müstəqim 

xərclərə  kimi  daxil  edilir  ki,  bu  da  yalnız  onların  bölüşdürülməsi  problemi  ilə 

bağlıdır.  Bu  cür  vəziyyət,  yəni  onların  qeyri-müstəqim  xərclərə  aid  edilməsi 

həmin  məsrəflərin  iqtisadi  məzmununa  uyğun  deyildir.  Digər  tərəfdən,  hazırki 

hesablar  Planına  əsasən  göstərilən  xərclər  721  №-li  “İnzibati  xərclər”  hesabının 

birinci sudhesabında uçota alınır ki, bu da məsrəflərin məzmununa, xarakterinə və 

təyinatına uüğun gəlmir.  

Məlumdur ki, 711 və 721 nömrəli hesablarda uçota alınan xərclər öz təbiə-

tinə və təyinatına görə bir-birinə yaxındırlar. Başqa sözlə desək, hər iki hesabda 

istehsalın  müxtəlif  mərhələdərcə  idarə  edilməsi  və  ona  xidmət  göstərilməsi  ilə 

əlaqədar  xərclər  uçota  alınır.  Məsrəflərin  uçotunun  aparıldığı  indiki  variantında 

kommersiya  və  inzibati  məsrəflərinin  bir  sintetik  hesabda  uçota  alınması 

məqsədəuyğundur.  Bunun  üçün  hər  hansı  bir  hesab  üzrə  iki  subhesabı  açılması 

kifayətdir.  Hesabın  adı  «İdarəetmə  məsrəfləri»,  birinci  subhesabı  «İnzibati 

xərclər» ikinci subhesabı isə «Kommersiya xərcləri» adlandırıla bilər. 

İrəli  sürülən  təkliflər  məsrəflərin  uçotunun  nəzərdən  kesirilən  variantında 

olan  nöqsanları  heçdə  tam  aradan  qaldırmağa  imkan  vermir.  Belə  nöqsanlardan 

biri  –  qeyri-müstəqim  məsrəflərin  bölüşdürülməsi  ilə  əlaqədardır.  Məsələ 



 

15 


 

burasındadır  ki,  mübahisə  doğurur  və  bu  barədə  indiyə  qədər  də  yekdil  fikir 

yoxdur.  Qeyri-müstəqim  məsrəflərin  bölühdürülməsi  zamanı  müxtəlif  baza 

göstəricilərindən  istifadə  edilir.  Bunlar  bir  tərəfdən  uçot  işlərinin  daha  da 

artmasına,  digər  tərəfdən,  istehsal  olunan  məhsulların,  yerinə  yetirilən  işlərin 

vəxidmətlərin  maya  dəyərinin  müəyyən  qədər  təhrif  olunqmasına  gətirib  çıxarır. 

Bütövlükdə  bu  variant  bazar  iqtisadiyyatı  şəraitində  mühasibat  uçotunun 

qarşısında  qoyulan  tələblərəcavab  vermir  və  uçotun  beynəlxalq  standartlarına 

uyğun  gəlmir.  Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  son  dövrlərdə  qəbul 

olunmuş  normativ  sənədlər  və  təlimatlar  da  həmin  nöqsanın  aradan  qaldırılması 

haqqında konkret müddəalara malik deyildir. 

Araşdırmalar  göstərir  ki,  istehsal  məsrəflərinin  uçotu  və  onların  bölüş-

dürülməsi  qaydasının  mütərəqqi  variantı,  məsrəflərin  müstəqim  şərti-dəyişən  və 

şərti-daimi xəclərə bölunməsinə əsaslanın variantıdır. Bu variantda istehsal olunan 

məhsulun,  yerinə  yetirilən  işlərin  və  xidmətlərin  məhdud  maya  dəyəri  (yalnız 

dəyişən  məsrəflərin  məbləği)  hesablanır.  Belə  maya  dəyəri  istehsalın  təşkili  və 

texnologiyasına  uyğun  olaraq  bilavasitə  məhsulun  (işlərin,  xidmətlərin)  istehsalı 

ilə  bağlı  olaq  xammal,  material,  yanacaq,  enerci  məsrəflərindən,  kənar 

təşkilatların  göstərdiklərin  işlərin  və  xidmətlərin  dəyərindən,  əmək  haqqı 

məsrəflərindən,  sosial  sığortaya  ayırmaların  məbləğindən  ibarət  ki,  onlar  da 

istehsalın həcmindən asılı olaraq dəyişir. 

Şərti-daimi  xərclər  bu  halda  məhsulun  (işlərin,  xidmətləin)  maya  dəyərinə 

daxil  edilmir.  Bu  xərclərə  ümümistehsalat  və  ümümtəsərrüfat  məsrəfləri  aiddir. 

Həmin  xərclər  istehsalat  həcminin  dəyişilməsindən  asılı  olmayaraq  şərti  olaraq 

sabitdirlər. 

Şərti-dəyişən  xərclər  bilavasitə  202  nömrəli  hesabda  yığılmaslı  və  bunun 

əsasında  də  məhsulun  (işlərin,  xidmətdərin)  məhdud  maya  dəyəri  mü-

əyyənləşdirməlidir. Kommersiya və inzibati xərclər isə birbaşa mənfəət hesabına 

silinməlidir.  Şərti-daimi  məsrəflərin  mənfəət  hesabına  silinməsi  müəssisələrin 

maliyyə  vəziyyətinə  heç  bir  təsir  göstərməməoidir.  Bu  şərtlə  ki,  mənfəət  dövlət 

büdcəsinə  köçürülməsi  vergi  məbləği  şərti-daimi  məsrəflərin  mənfəət  hesabına 



 

16 


 

silinməsindən  sonra  həyata  keçirilsin.  Şərti-daimi  məsrəflərin  uçotu 

vəsilinməsinin təklif edilən qaydası onların bölüşdürülməsi ilə bağlı əlavə işlərin 

ixtisara  salınmasına,  məhsulun  (işlərin,  xidmətlərin)  maya  dəyərinin  təhrif 

edilməsi hallarının aradan qaldırılmasına şərait yaradır. 

İqtisadi ədəbiyyatlarda  istehsal məsrəfləri anlayışı  ilə maya dəyəri anlayı-

şını  fərqləndirirlər.  Məsələn,  «İqtisadi  nəzəriyyə»  kitabında    ictimai  istehsal 

məsrəfləri,  müəssisənin  istehsal  məsrəfləri  və  maya  dəyəri  kimi  anlayışlar  ara-

sında  fərqli  cəhətlər  göstərilir

1

.  Həmin  kitabda  ictimai  istehsal  məsrəflərinə 



istehlak  edilmiş  istehsal  vasitələrinə  keçirilmiş  dəyəri  və  bütün  yeni  yaradılmış  

dəyər  daxil  edilir.  Müəssisənin  istehsal  məsrəfləri  məhsulun  hazırlanmasına  

çəkilən canlı və maddiləşmiş əmək məsrəflərinin məcmusu kimi qəbul edilir. Elə 

həmin  mənbəədə  maya  dəyərinə  istehlak  edilmiş    istehsal  vasitələrinə  əməyin 

ödənilməsinə çəkilən məsrəflərin məcmusu kimi baxılır. 

Məhsulun maya dəyəri  müəssisənin məhsul istehsalına və satışına sərf etdiyi 

məsrəflərin  pulla  ifadəsinə deyilir və həmin    xərclər  məhsulun dəyərinin    yalnız  

bir hissəsini təşkil edir

1

   


Göründüyü  kimi,  gətirilən  hər  iki  mənbəədə  istehsal  məsrəflərinə    iki 

nöqteyi-nəzərdən  yanaşılır:  bir  tərəfdən  o,  bilavasitə  cəmiyyətin  məsrəfləri  kimi 

müəyyən  edilir  və  istehsal    olunan    məhsulun  dəyərini  yaradır,  digər  tərəfdən, 

istehsal məsrəfləri müəssisənin məsrəfləri kimi başa düşülür və həmin xərclər də 

məhsul  istehsalı  və  satışına  çəkilən  məsrəflərin  məcmusu  olmaqla  onun  maya 

dəyərini təşkil edir.

2

 

Doğrudan  da,  ictimai  istehsal  məsrəfləri  anlayışına  daxil  olan  məsrəflərin 



ümumi məbləği, müəssisənin isitehsal məsrəfləri anlayışına daxil olan məsrəflərin 

ümumi   məbləğindən artıqdır. Bu iki anlayışlara daxil olan məbləğlər arasındakı 

fərq  yeni  yaradılmış  dəyər  məbləğini  təşkil  edir.  Başqa  sözlə  ictimai  istehsal 

                                           

1

 

Prof.  T.S.Vəliyevin  ümumi  redaktorluğu  ilə    «İqtisadi  nəzəriyyə»,  Bakı  universiteti  nəşriyyatı  1993  səh 



124   

1.  Bezrukix  və  başqaları  «Uçet  zatrat  i  kalğkulirovanie  v  promışlennosti»    M.  «  Finansı  i  statistika» 

nəşriyyatı 1989 səh8

 

2. Yenə orada səh 8 



 

 



 

17 


 

məsrəflərinin  məbləği  yeni  yaradılmış  dəyər  (cəmiyyət  miqyasında  xalis  gəlir) 

məbləğində müəssisənin istehsal məsrəflərindən çoxdur. 

Zənimizcə,  istehsal  məsrəflərinin  müxtəlif  pillələrdə  (ölkə  və  müəssisə 

səviyyəsində)  fərqləndirilməsi,yaxud  ayrılması  təkcə  nəzəri  yox,  habelə  böyük 

praktiki əhəmiyyətə malikdir. Belə ki, özündə keçmiş və canlı əmək məsrəflərinin 

məcmüsünü birləşdirən dəyərdən fərqli olaraq, maya dəyərində yalnız məsrəfləri 

aşağı  salmaqda  maraqlıdırsa,  hər  bir  müəssisə  yalnız  məhsulun  maya  dəyərinin 

aşağı  salınmasında  maraqlıdır.  Müəssisələrin  əsas  məqsədi  mənfəətin  həcmini 

artırmaqdır.  Çünki,  bazar  iqtisadiyyatı  şəraitində  mənfəət  hər  bir  müəssisənin, 

firmanın  iqtisadi  və  sosial  inkişafının  başlıca  məqsədidir.  Deməli,  müəssisə 

bütövlükdə  əmtəənin  dəyərinin  artırılmasında  yox,  yalnız  onun  bir 

hissəsinin,mənfəətin  artırılmasında  maraqlıdır.  Bu  mənada  dövlətin,  yaxud 

cəmiyyətin və müəssisələrin mənafeləri üst-üstə düşməyə də bilər. Bu özünü onda 

biruzə  verir  ki,  dövlət  bütün  məsrəflərin  maya  dəyərinə  daxil  edilməsinə  icazə 

vermir,  müəssisələr  isə  bütün  məsrəfləri  məhsulun  (iş  və  xidmətlərin)  maya 

dəyərinə salmaqla dövlətə mənfəətdən vergini  az ödəməyə çalışırlar. 

Beləliklə, maya dəyəri məhsulun dəyərinin yalnız bir hissəsini təşkil edir. Bu 

ondan  irəli  gəlir  ki,  məhsulun  dəyəri  istehlak  olunmuş  istehsal  vasitələrinin 

dəyərindən,  zəruri  və  izafi  məhsulun  dəyərindən  yaranır.  İstər  dəyər,istərsə  də 

istehsal məsrəfləri mücərrəd anlayışlardır. 

Məhsulun  istehsalının  iqtisadi  mahiyyətini  əks  etdirirlər  və  özlərində 

keçirilmiş və yeni yaradılmış dəyəri birləşdirirlər. Deyilən təmamilə maya dəyəri 

anlayışına da  aiddir. Pul  formasında dəyər  adətən qiymətdə,  keçirilmiş və  zəruri 

əməklə  yaradılmış  yeni  dəyər-istehsal  məsrəflərində,  izafi  əməklə  yaradılmış 

dəyər isə xalis gəlirdə öz təcəssümünü tapır.  

Bəzən praktikada  istehsal məsrəfləri termini əvəzinə istehsala çəkilən xərc-

lər termini işlədilir. İstehsala çəkilən xərclərlə istehsal məsrəfləri arasında, bir sıra 

iqtisadçıların  fikrincə  həm  nəzəri,həm  də  praktiki  fərqlər  mövcuddur.  Lakin 

məsələnin  dərindən  araşdırılması  nəticəsində  bizdə  belə  fikir  yaranır  ki,  istehsal 

məsrəfləri ilə istehsala çəkilən xərclər arasında heç bir nəzəri və praktiki fərqlər 



 

18 


 

yoxdur  və  ola  da  bilməz.  İstehsal  məsrəfləri  yalnız  ayrı-ayrı  pillələrdə  və 

səviyyələrdə fərqlənə bilər. Belə ki, məhsul istehsalına cəmiyyətin çəkdiyi bütün 

məsrəflərin  məcmusu  həmin  məhsulun  dəyəri  ilə  müəyyən  edildiyi  halda, 

müəssisələr  səviyyəsində  istehsal  məsrəfləri  ictimai  istehsal  məsrəflərinin  bir 

hissəsi kimi,yaxud həmin məhsulun maya dəyəri ilə müəyyən olunur. 

Buraxılmış  məhsula,  yerinə-yetirilmiş  iş  və  xidmətlərə  aid  edilən  xərclər 

həmin məhsulun (iş və xidmətlərin) maya dəyərində öz əksini tapmış olur. 

İqtisadi ədəbiyyatlarda məhsulun (işin, xidmətin) maya dəyərinin mahiyyəti 

müxtəlif  cür  işıqlandırılır.  Bir  sıra  iqtisadçılar  maya  dəyərinə  istehlak  olunmuş 

istehsal  vasitələrinin  dəyəri  ilə  zəruri  məhsulun  çox  hissəsinin,  əmək  haqqına 

çəkilən  məsrəflərin  məcmusu  kimi  baxırlar.  Digərləri  maya  dəyəri  dedikdə, 

dəyərin  o  hissəsini  başa  düşürlər  ki,  həmin  hissə  pul  formasında  müəssisənin 

məhsul istehsalı və satışına çəkdiyi  xərclərdən ibarətdir.  

Üçüncü  qrup  iqtisadçılar  maya  dəyərinə  dəyərin  o  hissəsi  kimi  baxırlar 

ki,həmin  hissə  tədavül  prosesində  müəssisəyə  qayıtmalı  və  onun  məsrəflərini 

ödəməlidir. 

Məhsulun  (işin,xidmətin)  maya  dəyərinə  daxil  edilən  məsrəflərin  tərkibi 

haqqında əsasnamədə göstərilir ki, məhsulun (işin,xidmətin) maya dəyəri  istehsal 

(xidmət)  prosesində    istifadə  olunan  təbii  ehtiyatların,  xammalın,  materialın, 

yanacağın,  enercinin,  əsas  fondların,  əmək  ehtiyyatlarının  qiymətləndirilməsi 

dəyərini,həmçinin  onların  istehsalına  və  satışına  sərf  edilən  digər  məsrəfləri 

özündə  əks  etdirir.

1

  Başqa  sözlə,  maya  dəyəri  məhsulun  (işin,xidmətin)  istehsalı 



və satışının hər bir müəssisəyə neçəyə başa gəldiyini göstərir. 

Maya  dəyəri  sintetik  iqtisadi  göstəricilərdən  biridir.  Bu  göstəricidə  mü-

əssisənin  çoxşahəli  fəaliyyətinin  yekunları  öz  əksini  tapır.  Maya  dəyərinin 

səviyyəsi və ölçüsü məhsul satışından olan mənfəətin  həcminə birbaşa təsir gös-

tərir. Çünki, məlum olduğu kimi,mənfəət məhsul satışından daxil olan pul gəlirləri 

ilə həmin məhsulun tam maya dəyəri arasındakı fərq şəklində müəyyən olunur və 

bir  çox  bərabər  şərtlər  daxilində  maya  dəyəri  nə  qədər  aşağıdırsa,  satışdan 

mənfəətin  həcmi  də  bir  o  qədər  çoxdur.  Odur  ki,  xidmətin  maya  dəyərinin 




 

19 


 

sistematik  olaraq  aşağı  salınması  mənfəətin  həcminin  artırılması,müəssisənin 

maliyyə vəziyyətinin yaxşılaşdırılmasının mühüm şərtidir. 

Maya  dəyəri  əsasında  pul  ifadəsində  məsrəflər  və  istehsalın  nəticələri 

ölçülür, müqayisə edilir. Məsrəfləri nəticələrlə müqayisə etməklə hər bir müəssisə 

bütövlükdə istehsalın, habelə ayrı-ayrı məhsul növlərinin səmərəliliyini müəyyən 

edir,məhsulun  maya  dəyərinin  aşağı  salınması  üzrə  tədbirlər  sistemi  işləyib 

hazırlayır və həyata keçirir. 

Bazar  iqtisadiyyatı  şəraitində  məhsulun  maya  dəyəri  göstəricisinin  rolu  və 

əhəmiyyəti  daha  da  yüksəlmişdir.  Məsələ  burasındadır  ki,  indiki  şəraitdə 

müəssisənin  maliyyə  vəziyyəti    onun  məhsullarının  rəqabət  qabiliyyətindən 

asılıdır. Bazarda qiymətlərin hər hansı məhsul növü eyni səviyyədə saxlanılması 

şəraitində  o  müəssisə  rəqabətə  davam  gətirə  bilər  ki,  onun  məhsulunun  maya 

dəyəri  digər  müəssisələrin  eyni  adlı  məhsulunun  maya  dəyərindən    aşağı  olsun. 

Başqa  sözlə,  bir  çox  bərabər  şərtlər  daxilində  məhsulun  maya  dəyəri    nə  qədər 

aşağıdırsa,  həmin  məhsulun  istər  daxili,istərsə  də  xarici  bazarda  rəqabət 

qabiliyyəti və deməli maliyyə vəziyyəti də yaxşı olacaqdır.  

Maya  dəyəri  topdansatış,  sərbəst  (bazar),  pərakəndə  və  digər  qiymətlərin 

yaranmasına  da  çox  böyük  təsir  göstərir.  Belə  ki,  maya  dəyəri  aşağı  olduqda 

həmin  qiymətlərin  də  aşağı  səviyyədə  formalaşmasına  imkan  verir.  Bu  da  öz 

növbəsində əhalinin maddi rifah halının yaxşılaşdırılmasına şərait yaradır. 

Maya dəyəri mühüm təsərrüfat hesablı göstəricidir. Yəni, o təsərrüfat hesabı 

şəraitində  müəssisənin  məsrəflərini  onun  gəlirlərindən  birbaşa  asılı  edir,nəticədə 

məhsulun  maya  dəyərinin  aşağı  salınması  və  istehsalın  və  istehsalın 

səmərəliliyinin  yüksəldilməsində  əmək  kollektivlərinin  maddi  maraqları  təmin 

olunur. 


Maya  dəyəri,  həmçinin  transfert  qiymətlərinin  qoyulması,  müəssisələrin 

daxili  bölmələrinin  nəticələrinin  qiymətləndirilməsi  və  müyəyyən  edilməsi  üçün 

də mühüm təsərrüfat hesablı göstəricidir. 

Maya dəyəri nəinki  yalnız istehsal proseslərinin, eləcə də tədavül və bölgü 

proseslərini  əks  etdirir.  Ona  görə  də  maya  dəyərinin  səviyyəsi  metodiki-texniki 



 

20 


 

təchizatın və satışın şərtlərindən, müəssisələr arasında,habelə müəssisələrlə dövlət 

arasında olan qarşılıqlı münasibətlərdən asılıdır. 

İstehsalın  idarə  edilməsində  maya  dəyərinin  rolunun  artmasından  nəinki 

təkcə  mənfəət,  rentabellik,  istehsalın  səmərəliliyi,  qiymətlərin  yaranması, 

təsərrüfat  hesablıdır, maya  dəyəri  nəinki  yalnız  məsrəf  göstəricisi  və səmərəlilik 

göstəricisidir, o həmçinin, digər iqtisadi hadisələrlə, proseslər və göstəricilərlə sıx 

əlaqədardır.  Maya  dəyəri  əmək  məhsuldarlığının  artmasına,  müəssisənin  bütün 

potensialından  istifadənin  yaxşılaşmasına,  istehsalıın  təşkili  və  idarəetmənin 

səmərəliliyinin yüksəldilməsinə və s. ciddi təsir göstərir. 

Deyilənlərdən  belə  nəticəyə  gəlmək  olar  ki,  məhsulun  maya  dəyəri  müəs-

sisənin istehsal-təsərrüfat, maliyyə fəaliyyəti və digər fəaliyyətini xarakterizə edən 

sintetik göstəricidir. Bununla yanaşı maya dəyəri göstəricisi cəmiyyət miqyasında 

çox  böyük  rol  oynayır.  Çünki,  daxili  milli  məhsulun,  milli  gəlirin  və  bir  sıra 

mühüm iqtisadi göstəricilərin müəyyən olunmasında maya dəyəri göstəricisindən 

istifadə  edilir.  Daxili  milli  məhsul  və  milli  gəlir  göstəriciləri  isə  ölkənin 

iqtisadiyyatının inkişafını ümumi şəkildə xarakterizə edirlər.     

 

 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin