Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#46142
1   2   3   4   5   6   7   8   9   ...   32
NIGAR

1.2. İstehsal məsrfələrin təsnifatı və onların təkmilləşdirilməsi istiqamətləri 

İqtisadi bir katoqoriya olmaqla maya dəyəri bazar iqtisadiyyatının obyektiv 

qanunlarının təsiri altında formalaşır. Bununla belə istehsal məsrəflərinin forması, 

maya dəyəri dövlət tərəfindən tənzimlənir və müəyyən təsirə məruz qalır. Bu, hər 

şeydən  əvvəl  özünü  maliyyə  nəticələrinin,  o  cümlədən  məhsul  (iş,  xidmət) 

satışında mənfəətin formalaşmasında, xammal, material, yanaçaq və.s ehtiyatlara 

qiymətlərin  qoyulmasında  nəqliyyat  tariflərinin  müəyyən  olunmasında, 

amortizasiya  normalarının  qoyulmasında,  sosial  sığortaya  ayırmaların  həcminin 

müəyyən  edilməsində  əmək  haqqının  aşağı  hədlərinin  qoyulmasında  və  sairədə 

göstərir.  Dövlətin    maya  dəyərinin  yaranmasına  təsiri  təkcə  yuxarıda 

sadalananlarla  məhdudlaşmır.  Dövlət  məhsulu  (işin,  xidmətin)  maya  dəyərinə 

daxil  edəcək,  habelə  digər  mənbələr  hesabına  ödəniləcək  məsrəflərin  tərkibini 




 

21 


 

(siyahısını)  də  mərkəzləşmiş  qaydada  müəyyən  edir  və  bunun  üzərində  ciddi 

nəzarəti  həyata  keçirir.  Hansı  məsrəflərin    məhsulun  (işin,  xidmətin)  maya 

dəyərinə daxil edilib edilməyəçəyi məsələsi bazar iqtisadiyatının inkişafının müx-

təlif  mərhələrində  dövlətin  apardıgı  iqtisadi  siyasətdən,  ölkənin  iqtisadi  inkişaf 

vəziyyətindən asılıdır. Məsələn, 1997-ci ilin 01yanvar tarixinə qədər müəssisələr 

məhsulun (işin, xidmətin) maya dəyərinə əmək haqqı üzrə  hamısını yox , yalnız 

mininmal  əmək  haqqının  dörd  mislinə  bərabər  olan  hissəsini  daxil  edirdilər. 

Əvvəlki fəsildə qeyd edildiyi kimi bunun da başlıca səbəbi inflyasiyanın qarşısını 

almaq  və  dövlət  büdcəsinə  yönəldilən  mənfəətdən  verginin  məbləğlərini 

artırmaqdan  ibarət  idi.  Hal-hazırda  isə  əməyin  ödənişi  ilə  əlaqədar  olan  bütün 

xərclər  məhsulun(işin,xidmətin)  maya  dəyərinə  daxil  edilir.Bu  daha  düzgündür. 

Məsələ  bundadır  ki,  əmək  haqqı  işçinin  sərf  etmiş  olduğu  əməyin  müqabilində 

verilir və onun fiziki, mənəvi  qüvvələrinin bərpası üçün zəruridir. Buna görə də 

əmək haqqı yalnız istehsal məsrəflərinin tərkibində əks etdirilməlidir. 

Qüvvədə  olan  Standartlara  görə  müəyyən  edilmişdir  ki,  məhsulun  (işin, 

xidmətin)  maya  dəyəri  istehsal  (xidmət)  prosesində  istifadə  olunan  təbii 

ehtiyatların,  xammalın,  materialların,  yanacağın,  enercinin,  əsas  fondların,  əmək 

ehtiyatlarının dəyərindən,həmçinin onların istehsalına və satışına sərf edilən digər 

xərclərdən yaranır. 

Müəssisə  üzrə  istehsal  məsrəfləri  vergiqoyma  məqsədilə  müvafiq  normativ 

aktlarla  təsdiq  edilmiş  limitlər,  normalar  və  normativlər  əsasında  müəyyən-

ləşdirilir. 

Mövcud qaydaya görə məhsulun maya dəyərinə aid edilən xərclərə daxildir: 

1) Bilavasitə məhsul (iş, xidmət) istehsalı ilə bağlı olan xərclər. Həmin xərc-

lər məhsulun maya dəyərinin əsas hissəsini təşkil edir. Bunlara material məsrəfləri 

(qaytarılan tullantıların dəyəri çıxılmaqla) və əməyin ödənilməsinə çəkilən xərclər 

aiddir. Material məsrəflərinə daxil edilir: (məhsulun istehsalına, iş və xidmətlərin 

həyata  keçirilməsinə  sərf  edilən  xammalın,  materialın,  satın  alınan 

komplekləşdirici  və  yarımfabrikatların,  həmin  ehtiyatların  daşınması  və 

müəssisəyə gətirilməsilə əlaqədar xidmələrin dəyəri təbii itki normaları daxilində 



 

22 


 

material  ehtiyatlarının  əskikgəlmələri  və  itkiləri).  Material  məsrəflərindən 

qaytarılan  tullantıların  dəyəri  çıxılır.  Qaytarılın  tullantılar    adətən  mümkün 

istifadə qiymətləri ilə qiymətləndirilir. 

Əmək  haqqı  məsrəflərinə  daxildir:  görülən  işlərin  həcminə  görə  işəmuzd 

qiymətlər, tarif dərəcələri, tarif (vəzifə) maaşları əsasında hesablanan əmək haqqı 

ödənişləri; iş rejimi və əmək şəraiti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan 

müavinətlər;  işçilərə  natural  ödənişlər  qaydasında  verilən  məhsulların  dəyəri; 

uzun müddət işləməyə görə,istehsalın nəticələrinə və sair görə verilən mükafatlar; 

müvafiq  qanunvericilik  əsasında  verilən  məzuniyyət  haqları,  əmək  qabiliyyətini 

müvəqqəti itirdiyinə  görə verilən ödənişlər,istehsalatda işlənilməyən vaxtda  görə 

verilən ödənişlər və sair; 

2) İstehsalın hazırlanması və mənimsənilməsinə çəkilən xərclər; 

3) Təbii xammalların istifadəsi ilə əlaqədar xərclər: 

Təbii-mineral  bazanın  yenidən  hasil  edilməsinə  ayırmalar,  ixtisaslaşdırılmış 

müəssisələr  tərəfindən  həyata  keçirilən  torpağın    rekultivasiya  işləri  üzrə  

ödəmələr,  kökü  üstə  satılın  ağaclara  görə  haqqlar    və  müəyyən  olunmuş  limit 

həddində su təsərrüfatı sistemindən sənaye müəssisələrinin götürdükləri suya görə 

ödəmələr; 

4) İstehsalın təşkili və texnologiyasının təkmilləşdirilməsi, habelə məhsulun 

keyfiyyətinin yüksəldilməsi, onun davamlılığının artırılması və istehsal prosesində 

həyata keçirilən digər istismar xassələririn təmin olunması ilə əlaqədar olan qeyri 

əsaslə xərclər; 

5)  İxtiralar  və  səmərələşdirici  təkliflərlə  əlaqədar  xərclər.  Bunlara  aiddir: 

təsdiq  edilmiş  tərübə-sınaq  işlərinin  aparılması,  ixtiralar  və  səmərələşdirici  tək-

liflər  üzrə  modellərin  və  nümunələrin  hazırlanması  və  sınaqdan  keçirilməsi, 

ixtiraçılıq  və  səmərələşdiricilik  üzrə  müsabiqələrin,  baxışların  təşkili,  müəlliflik 

haqqının ödənilməsi üzrə xərclər; 

6)  İstehsal  prosesinə  xidmət  məsrəfləri:  istehsalın  xammal,  material,  yana-

caq, enerci, alətlər, ləvazımatlar və digər vasitələr, əmək əşyaları ilə təmin olun-

ması  üzrə  xərclər;  əsas  vasitələrin  bütün  növ  təmirinə  çəkilən  xərclər;  bina  və 



 

23 


 

inventarların saxlanılması, istehsalatda təmsizlik qaydalarına riayyət edilməsi üzrə 

və sair xərclər; 

7) Normal iş şəraiti və təhlükəsizlik texnikasının təmin edilməsi üzrə xərclər; 

8)  Təbiətin  mühafizə  təyinatlı  fondların  istismarı  və  saxlanılması  ilə 

əlaqədar, digər təbiəti mühafizə obyektlərinin saxlanılması üzrə xərclər; 

9)  İstehsalın  idarə  olunması  ilə  əlaqədar  xərclər:  müəssisə  idarə  aparatı 

işçilərinin və onun struktur bölmələrinin saxlanması, müəssisə rəhbərinin xidməti 

minik maşınlarının  saxlanması məsrəfləri; 

10) İşçi qüvvəsinin yığılması, kadrların hazırlanması,ixtisasının artırılması və 

yenidən hazırlanması ilə əlaqədar xərclər; 

11) Dövlət Sosial Müdafiə Fonduna, Məşğulluq fonduna və sair təşkilatlara 

ayırmalar və ödəmələr; 

12)  Qanunvericilikdə  müəyyən  edilmiş  normalara  uyğun  ezamiyyə,  reklam 

və nümayəndəlik məsrəfləri; 

13) Texniki idarəetmə vasitələrinin saxlanması və onlara xidmət göstərilməsi 

üzrə  xərclər:  hesablama  mərkəzləri,  rabitə  qovşaqları,  siqnalizasiya  vasitələri  və 

digər texniki idarəetmə vasitələri üzrə xərclər; 

14) Auditor, informasiya və məsləhət xarakterli xidmətlər üzrə ödənişlər; 

15)  Məcburi  qaydada  beynəlxalq  rabitə  təşkilatlarına  üzv  olmaqla  əlaqədar 

ödənilən  üzvlük  haqqı  da  daxil  olmaqla  rabitə  xidmətlərinin  (istehsal  prosesi  ilə 

bilavasitə əlaqəsi olmayan şəxsi danışıqlardan başqa) dəyəri; 

16)  Ümumi  istifadədə  olan  sərnişin  nəqliyyatının  xidmət  etmədiyi 

istiqamətlərdə işçilərin iş yerinə və geriyə daşınması üzrə xərclər; 

17)  Qısa  müddətli  bank  kreditlərinə  görə  ödənilən  faiz  məbləğləri  və 

qanunvericilikdə nəzərdə tutulan  bank xidmətlərinin dəyəri; 

18)  Məhsulun  satılması  ilə  əlaqədar  olan  xərclər:  qablaşdırma,  saxlanma, 

yüklənmə və daşınma məsrəfləri; 

19) Qeyri-maddi aktivlərin köhnəlməsi (amortizasiyası) üzrə xərclər; 

20)  Qanunvericilikdə  nəzərdə  tutulmuş  normalar  həddində  ekologiyanı 

çirkləndirməyə görə ödənilən məbləğlər;  



 

24 


 

21)  Qanunvericilikdə  nəzərdə  tutulmuş,  lakin  yuxarıda  adları  çəkilməyən 

digər xərclər və ödənişlər; 

22)    Zay  məhsuldan  itkilər:  zəmanət  xidməti  müddəti  müəyyən  olunmuş 

məhsullara  (mallara,məmumatlara)  zəmanətli  xidmət  və  zəmanətli  təmir 

məsrəfləri; istehsaldaxili səbəblər üzündən boşdayanmalardan itkilər və s.  

Bütövlükdə,  əsasnamədə  məhsulun  (işin,  xidmətin)  maya  dəyərinə  daxil 

ediləcək  məsrəflərin  və  digər  mənbəələr  hesabına  ödəniləcək  məsrəflərin  tərkibi 

kifayət qədər aydın və geniş verilmişdir. Müştərək müəssisələrdə bəzi məsrəflərin 

məhsulun  (işin,  xidmətin)  maya  dəyərinə  daxil  edilməsi  zənnimizcə  düzgün  de-

yildir. Məsələn, belə xərclərə kadrların hazırlanması, onların ixtisasının artırılması 

ilə  əlaqədar  xərclər;  yaradıcılıq  məzuniyyətlərinin  ödənilməsinə  yönəldilən 

xərclər;  ixtiralar  və  səmərələşdirici  təkliflərlə  əlaqədar  xərclər;  auditor,  in-

formasiya  və  məsləhət  xarakterli  xidmətlər  üzrə  ödənişlər  və  bəzi  digər  xərclər 

aiddir.  Həmin  xərclər  bilavasitə  məhsul  istehsalı  və  satışı  ilə  əlaqədar  deyildir, 

yaxud  onların  başvermə  vaxtı  məhsul  istehsalı  kimi  mütəmaddi,  fasiləsiz  olmur. 

Odur ki, həmin məsrəflərin ayrı-ayrı dövrlər üzrə bərabər bölüşdürülməsi, konkret 

hansı  məhsulun  maya  dəyərinə  daxil  edilməsi  müəyəən  çətinlik  törədir  və 

məhsulun  (işin,xidmətin)  həqiqi  maya  dəyərini  təhrif  edir.  Bu  da  maliyyə 

nəticələrinin vaxtında və düzgün müəyyən edilməsinə imkan vermir. 

Araşdırmalar  göstərir  ki,  həmin  məsrəflərin  və  bu  qəbildən  olan  digər 

məsrəflərin  məhsulun  (işin,  xidmətin)  maya  dəyərinə  daxiledilməsi  beynəlxalq 

uçot praktikasında tətbiq olunan xərclər-buraxılış metodunun prinsiplərinə uyğun 

deyildir. Deyilənlər təmamilə istehsalın təşkili və idarə olunması ilə əlaqədar olan 

bəzi nisbi-sabit xərclərə də aiddir. Yaxşı olardı ki, həmin xərclər məhsulun (işin, 

xidmətin)  maya  dəyərinə  daxil  edilmədən  birbaşa  müəssisənin  sərəncamında 

qalan  mənfəət  hesabına  silinsin.  Bu  barədə  dissertasiya  işinin  növbəti  fəslində 

geniş danışılacaqdır. İndi də istehsal məsrəflərinin təsnifatı üzərində dayanaq. 

Bazar iqtisadiyyatı ilə keçidlə əlaqədar olaraq təsərüffat mexanizminin bütün 

elementlərində,  o  cümlədən  mühasibat  uçotu  sahəsində  ciddi  dəyişikliklər  baş 

vermişdir. Dəyişikliklər indi də davam edir. Son illərdə Respublikada mühasibat 



 

25 


 

uçotunun təşkili və aparılması qaydalarını tənzimləyən bir sıra Standartlar işlənib 

hazırlanmışdır.  Bunlara  «Mühasibat  uçotu  haqqında»  Qanunu  (2004),  mühasibat 

uçotunun  hesablar  planını  və  s.  göstərmək  olar.  Sadalanan  və  digər  normativ 

sənədlərin  əsas  məqsədi-mühasibat  uçotunun  elə  bir  sistemini  yaratmaqdır  ki, 

həmin  sistem  bazar  iqtisadiyyatının  tələblərinə  uyğun  gəlsin,  müəssisələrin 

mövcud potensialından daha səmərəli istifadə etməyə, onların maliyyə vəziyyətini 

möhkəmləndirməyə  və  bütövlükdə  istehsalın  səmərəliliyinin  yüksəldilməsinə 

şərait  yaratmış  olsun.  Məlumdur  ki,  istehsal  məsrəflərinin  uçotu  bütövlükdə 

mühasibat  uçotunun  mərkəzi  həlqəsini  təşkil  edir.  Çünki,  məhsulun  (işin, 

xidmətin)  maya  dəyəri,  deməli  maliyyə  nəticələrinə  təsir  edən  ən  mühüm 

amillərdən  biri  məhz  bu  mərhələdə  formalaşır.  Ona  görə  də  uçotun  bu  sahədə 

səmərəli təşkili və aparılması çox mühüm əhəmiyyət kəsb edir. 

Apardığımız  araşdırmalar  isə  göstərmişdir  ki,  son  dövrlərdə  uçot  sahəsində  

baş vermiş əsaslı dəyişikliklər demək olar ki, məsrəflərin uçotu sahəsini az əhatə 

etmişdir.  İstehsal  məsrəflərinin  uçotunun  təşkili  və  aparılmasının  hazırda  tətbiq 

olunan  qaydaları  keçmiş  sovet  uçotu  sistemində  tətbiq  edilmiş  qaydalar  və 

metodlardan az fərqlənir. Bu səbəbdən də müəssisələrdə, o cümlədən dissertasiya 

işinin  obyekti  olan  səhmdar  cəmiyyətində  məhsul  vahidinə  düşən  məsrəflər 

yüksək  qalmaqda  davam  edir,  məhsulun  maya  dəyərinin  hesablanılmasında 

təhriflərə, bəzən də səhvlərə yol verilir, məhsul satışından olan nəticələri vaxtında 

və  operativ  qaydada  müəyyənləşdirmək  olmur,  çünki  məhsulun  maya  dəyərinin 

bütün  xərclər  əsasında  hesablanması  hesablama    işlərini  artırır  və  əlavə  vaxt, 

məsrəflər tələb edir. Bütün bunlar istehsal məsrəflərinin uçotu sahəsində müvafiq 

tədqiqat  işləri  aparılmasınıvə  metodoloci-praktiki  təkliflər  hazırlanmasını  tələb 

edir. 


İlk  növbədə  istehsala  məsrəflərin  uçotunun  mövcud  qaydalar  çərçivəsində 

təkmilləşdirilməsi  zəruridir.  Başqa  sözlə,  müəssisələrin  özlərində  məsrəflərin 

uçotunun yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilməlidir.  

İstehsala məsrəflərin tərkibində material məsrəfləri yüksək xüsusi çəkiyə ma-

lik  olduğu  üçün  həmin  məsrəflər  üzərində  uçotun    nəzarət  funksiyası  güc-



 

26 


 

ləndirilməlidir.  Bu  baxımdan  materal  ehtiyatlarının  istehsalata  buraxılmasının 

sənədlərlə rəsmiyyətə salınmasını yaxşılaşdırmaq, təkmilləşdirmək vacibdir. Qeyd 

olunduğu  kimi,  materiallar  istehsala  tələbnamələrlə  buraxılır,  bu  da  çoxlu  sayda 

sənəd  tərtib  edilməsinə  səbəb  olur,  uçot  işlərinin  həcmini  artırır.  Odur 

ki,materialların  istehsalata  buraxılışını  limit-zabor  kartları  ilə  rəsmiyyətə  salmaq 

daha  məqsədəuyğundur.  Limit-zabor  vərəqlərinin  tətbiqi  ilkin  sənədlərin  xeyli 

ixtisara  salınmasına,  materiallardan  istifadə  üzərində  daha  səmərəli  nəzarəti 

keçirilməsinə imkan vermiş olar. 

Materialların  limitdən  artıq  buraxılışı  siqnal  sənədləri  ilə  rəsmiyyətə 

salınmalıdır. 

Materialların  istehsala  buraxılışı  onların  istifadə  edilməsi  kimi  qəbul 

olunmamalıdır.  İstehsalatda  materiallardan  istifadəyə  cavabdehliyi  sex  rəisləri, 

digər bölmələrin rəhbərləri daşımalıdırlar. Materiallardan istifadə haqda onlar hər 

ay  hesabat  tərtib  etməlidirlər.  Material,  əmək  haqqı  məsrəfləri  və  digər  xərclər 

üzrə  elmi-praktiki  cəhətdən  əsaslandırılmış  norma  və  normativlər  texnika  və 

texnologiyanın  təkmilləşdirilməsi  ilə  əlaqədar  yenidən  nəzərdən  keçirilməlidir. 

Məsrəflərin  normalardan    kənarlaşmaları  ayın  sonunda  yox,  baş  verdiyi  anda 

operativ  qaydada  müəyyənləşdirilməli  və  onların  aradan    qaldırılması  sahəsində 

operativ tədbirlər görülməlidir. 

İnzibati  və  kommersiya  məsrəfləri  ayrı-ayrı  məhsullar  arasında  istehsal 

fəhlələrinin  əmək  haqqına  proporsional  olaraq  bölüşdürülür.  Bu  üsulun  nə 

dərəcədə qeyri-obyektiv və nöqsanlı olması və əlavə hesablama işləri tələb etməsi 

məlumdur.  Odur  ki,  ümumtəsərrüfat    məsrəflərini  hazırkı  mərhələdə    ayrı-ayrı 

məhsullar  arasında  bölüşdürmək  yox,  onları  bilavasitə  601  nömrəli  hesabın 

debetinə silinməsi daha məqsədə uyğundur.  

Qeyd  olunduğu  kimi  hazırda  müəssisələr  istehsal  məsrəflərinin  uçotunu  iki 

variantda apara bilərlər. Onlardan birincisi uzun illərdir ki, istifadə olunan ənənəvi 

variant,  ikincisi  isə  hesabat  dövründə  baş  verən  bütün  məsrəflərin 

bölüşdürülməsinin  yeni  variantıdır.  Sonuncu  variantda  bütün  xərclər  istehsal 

prosesi ilə bağlı olan istehsal məsrəflərinə və hesabat dövru ilə bağlı olan dövru 



 

27 


 

xərclərə  bölünür.  Hesabat  dövrünün  sonunda  məhsulun  (işin,xidmətin)  maya 

dəyərinə müstəqim istehsal məsrəflərindən başqa qeyri-müstəqim xərclər də daxil 

edilir,  hansılar  ki,  hesabat  dövrü  ərzində  711  və  721№-li  nömrəli  hesabların 

debetində  əks  etdirilir.  Yeni  qayda  idarəetmə,maliyyə  planlaşdırılması  və 

vergitutma  bazasının  hesablanması  məqsədləri  ilə  bir  sıra  yeni  göstəricilərin 

hesablanmasını tələb edir. Bu göstəricilərə aiddir:  

Məhsulun istehsal maya dəyəri; 

Dövrün məsrəfləri; 

Maliyyə fəaliyyəti üzrə  gəlirlər və xərclər; 

Fövqəladə mənfəət və zərərlər.   

Həmin  göstəricilər  üzrə  informasiyanın  yığılmasını  təmin  etmək  üçün 

müəssisə aşağıda göstərilən variantlardan birini istifadə edə bilər: 

Həmin informasiyanı ümumiləşdirmək üçün yeni hesablar tətbiq edə bilər: 

Həmin informasiyanı ümumiləşdirmək üçün yeni hesablar tətbiq edə bilər.  

Məhsulun  (işin,  xidmətin)  istehsal  maya  dəyərini  hesablmaq  üçün  həmin 

informasiyanı  məsrəflərin  tərkibi  haqqında  Standartda  nəzərdə  tutulan  xərc 

nomenklaturası  çərçivəsində  mövcud  hesablardan  əldə  etmək  olar.  Bu  hissədə 

qarşıda  duran  əsas  vəzifə  bilavasitə  istehsal  prosesinə  aid  olan  informasiyanı, 

istehsal  prosesinə  aid  olmayan  informasiyadan  ayırmaqdır.  Başqa  sözlə,  təklif 

edirik  ki,  202,  203,  204  nömrəli  hesablarda  yalnız  hazır  məhsula  və  bitməmiş 

istehsala    aid  edilən  informasiya  yığılmış,  hesabat  dövründə  baş  verən 

ümumtəsərrüfat  məsrəfləri  haqqında  informasiya  isə  məhsulun  (işin,  xidmətin) 

maya  dəyərinə  daxil  edilmədən  bilavasitə  hesabat  dövrünün  mənfəətinin 

azadılmasına aid edilsin. 

Bütövlükdə  məsrəflərin  uçotunun  təkmilləşdirilməsi,  onun  bazar  iqtisadiy-

yatının  tələblərinə  və  müvafiq  beynəlxalq  standartlara  uyğun  qurulması  üçün 

tədqiqatlar  davam  etdirilməlidir.  Bununla  əlaqədar  olaraq  növbəti  fəsildə  həmin 

məsələləri daha geniş nəzərdən keçirəcəyik.  

 

 




 

28 


 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin