Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə1107/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   1103   1104   1105   1106   1107   1108   1109   1110   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

628 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Məsələnin qoyuluşu. 

Tədqiqatlar göstərmişdir ki, Microsoft Excel, Paradox, Foxpro, Dbase, Microsoft SQL və s. verilənlər bazalarında  

yadda saxlanılan verilənlərin vahid bir inteqrasiya olunmuş informasiya saxlancına transfer olunmasına və sonradan vahid 

texnologiya üzrə emalına imkan verən Data Warehouse texnologiyası üzrə işləyən KİS-lər bizim   müəssisələrimizdə xüsusi 

qaydalar üzrə,  ancaq həmin  müəssisələrin bəzi biznes məsələlərinin yerinə yetirilməsi üçün qurulmuş  və demək olar ki, 

geniş istifadə üçün nəzərdə tutulmamışdır.  

Ayrıca bu üsullar əsasında qurulmuş sistemlər ayrı-ayrılıqda fəaliyyət göstərirlər, spesifik olurlar, onların administrativ 

və proqram müşaiyəti çox böyük xərclər tələb edir və bəzi hallarda verilənlər bazasının genişlənməsi və yeni məsələlərinin 

həlli tələblərinə  cavab vermirlər. 

Son dövrlərdə informasiya texnologiyalarının inkişafı KİS-lərin qurulmasının bu iki üsulundan səmərəli istifadə etməyə 

imkan verən WEB – texnologiyası yanaşma üsulunu meydana çıxarmışdır. 

WEB – texnologiyasına əsaslanan həlldə:  

  böyük həcmdə verilənlərin ötürülməsinə və replikasiyasına;  

  proqramların bütün iş yerlərində yenilənməsinə və   

  uzaq məsafələrdə yerləşmiş qovşaqların hər birində ixtisaslaşmış mütəxəssislərin saxlanmasına ehtiyac qalmır.  

WEB – texnologiya sifarişçilərə, biznes-tərəfdaşlara, potensial müştərilərə istədikləri kompaniya və müəssisələrin 

verilənlər bazasına müraciət etməyə imkan verir, biznes funksiyaların (malların çeşidinin öyrənilməsi, sifariş verilməsi və 

s.)  tədarükçülərə  və istifadəçilərə verilməsinə  şərait verir. Eyni zamanda müştərilərin, və  əsasən rəhbər işçilər və 

menecerlərin operativ,   səmərəli iş  şəraitinin qurulması, onlar  üçün  operativ və keyfiyyətli hesabatların hazırlanması 

imkanlarını verir. 

Problemin həlli yolları.  

Mövcud ədəbiyyatların və sistemlərin analizi göstərmişdir ki, WEB texnologiyaları əsasında KİS-in qurulması üçün ilk 

növbədə: 

müəssisənin vahid informasiya mühitinin,  

korporativ verilənlər bazası (paylanmış verilənlər bazasının) qurulması,  

biznes proseslərinin avtomatlaşdırılması,  

qərar qəbuletmə sisteminin qurulması  

məsələlərini həll etmək lazımdır. 

Nəticə.  

Beləliklə, korporativ informasiya sistemlərində verilənlərin təsviri, analizi və sorğuların emali problemlərinin həlli üzrə 

mövcud mənbələrin analizi aşağıdakıları əsaslandırmağa imkan verir: 

  KİS-in məqsədi müəssisənin mövcud informasiya vasitələrinin WEB inteqrasiyası nəticəsində  idarəetmə personalına 

gündəlik və analitik hesabatların hazırlanmasına imkan vermək  və qərar qəbuletmə prosesinin keyfiyyətinin artırılmasını 

təmin etməkdir.  

  WEB texnologiyaları  KİS-ə daxil olan bütün altsistemlərə operativ rejimdə eyni metod və üsullarla korporativ 

verilənlər bazasına daxil olan biznes informasiyaları yadda saxlamağa, redaktə və analiz etməyə imkan verir.  

  Korporativ verilənlər bazası  KİS-in nüvəsi olmaqla özündə bütün normativ-sorgular (kontaqentlər, müştərilər

materiallar, müqavilələr, texniki vasitələr haqqında), sənədlər,   köçürmələr , nəzarət jurnalları,  və s. məlumatları yadda 

saxlayır.  

  Digər tərəfdən korporativ verilənlərdən qərarqəbuletmə prosesində  səmərəli istifadə etmək və informasiyaların 

analitiklərə, menecerlərə və idarəetmə personalına lazımı formada təqdim olunması üçün verilənlərin yadda saxlanılması və 

analizinin instrumental vasitələri olmalıdır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   1103   1104   1105   1106   1107   1108   1109   1110   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin