statik və dinamik yönləndirməyə ayrılır.
Statik yönləndirmə - Yuxarıda da qeyd olunduğu kimi, statik yönləndirmədə yönləndirmə cədvəlinə marşurutlar
şəbəkə mühəndisinin özü tərəfindən əlavə olunur. Yəni bu cədvəl statik olaraq yenilənir.
Statik yönləndirmə şəbəkə mühəndisi tərəfindən hər bir marşuruta daha çox nəzarət tələb edir.Çünki bu marşurutların
hər biri şəbəkə mühəndisi tərəfindən statik olaraq daxil edilib. Miqyas etibarı ilə kiçik olan şəbəkələr üçün statik
yönləndirmə daha geniş şəkildə istifadə edilir. Lakin,miqyasca böyük şəbəkələrdə bu tip yönləndirmədən istifadə olunması
məqsədəuyğun deyil. Çünki şəbəkənin miqyası genişləndikcə onun strukturu və idarə olunması da mürəkkəbləşir və bu
mürəkkəb strukturda statik yönləndirmədən istifadə etmək məqsədəuyğun deyil.
Dinamik yönləndirmədən fərqli olaraq statik yönləndirmədə avadanlıqlar yönləndirmə məlumatlarını yəni marşurutları
bir-birilə mübadilə etmirlər. Bu isə statik yönləndirmənin üstün cəhətidir. Belə ki, bu zaman avadanlıqların prosessorları və
operativ yaddaşları(RAM) əlavə yüklənmədən azad olurlar. Həmçinin bu zaman buraxılış kanalı(bandwidth)-nın yəni
trafikin yüklənməsinin qarşısı alınır. Lakin bu üstünlüklərə baxmayaraq müəyyən çatışmazlıqlar da mövcuddur. Belə
ki,statik yönləndirmə zamanı şəbəkədə baş verən hər hansı dəyişiklik barədə qonşu avadanlıq məlumat almır. Belə ki,qonşu
avadanlıqda da bu dəyişiklik şəbəkə mühəndisi tərəfindən(statik) yerinə yetirilməlidir.
Dostları ilə paylaş: |