Statik yönləndirmənin çatışmazlıqları :
● Şəbəkədə topologiya dəyişiklikləri baş verirsə bütün avadanlıqlarda bu dəyişikliklər statik olaraq şəbəkə mühəndisi
tərəfindən əlavə edilməlidir ;
● Böyük miqyaslı şəbəkələr üçün istifadə olunması əlverişli deyil.
Dinamik yönləndirmənin üstünlükləri :
● Böyük miqyaslı şəbəkələr üçün ən optimal seçimdir. Həmçinin yönləndirici avadanlıqlarında dinamik
yönləndirmənin konfiqurasiyası sadədir ;
● Şəbəkə topologiyasında hər hansı dəyişiklik baş veribsə,şəbəkədə mövcud olan bütün yönləndirici avadanlıqlar
dinamik yönləndirmə protokolu vasitəsilə bu dəyişikliyə avtomatik olaraq uyğunlaşır və bu dəyişiklik şəbəkədə mövcud
olan avadanlığın yönləndirmə cədvəlində yenilənir ;
● Məlumatın hər hansı bir ünvana göndərilməsi üçün bir neçə (2) dinamik marşurut varsa onda məlumat balans
şəklində hər bir marşurut üzərindən göndəriləcək ;
Dostları ilə paylaş: |