II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
609
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
düşür. Şəbəkədə nasazlıqları axtarıb-tapmaq üçün Windows Server ƏS-ində bir neçə alət var. Onlardan biri – bizə artıq tanış
olan Event viewer (hadisələrə nəzarət) proqramıdır. Event viewer – proqramı sonradan üç jurnala yazacağı - üç
kateqoriyada – hadisələri izləyir:
1. Sistem hadisələri (System events) – ƏS-i ilə çağrılır və system jurnalına yazılır.
2. Əlavələr hadisələri (Application events) – Əlavələr ilə çağrılır və əlavələr jurnalına yazılır.
3. Təhlükəsizlik hadisələri (Security events) – ƏS ilə çağrılır və hadisələrin uğurlu-uğursuz qurtarmasından asılı
olmayaraq təhlükəsizlik jurnalına yazılır.
Proqram yükləyəndə - susmaya görə system jurnalı göstərilir. Başqa jurnallara baxmaq üçün LOG (Jurnal) menyusuna
baxmaq olar. Jurnallarda – yazılar beş kateqoriyaya bölünür. Bu kateqoriyalar müxtəlif işarələrlə qeyd olunur.
İşarədən sonra hadisə baş verdiyi vaxt, onun mənbəyi və s. Göstərilir. Hadisə barəsində daha ətraflı bilmək üçün onun
üzərində iki dəfə çıqqıldatmaq lazımdır.
Performance monitor – (Sistem monitoru) alətinin köməyilə serverlərdə nə baş verdiyini izləmək və müəyyən hadisə
baş verəndə ondan xəbər tutmaq olur. Məsələn: elə etmək olar ki, serverin prosessoru 50%-dən çox yükləndikdə
administratora bu barədə xəbər verilsin.
Dostları ilə paylaş: |