II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
608
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
3. www.e-qanun.az
4. www.e-gov.az
5. www.president.az
6. www.azerbaijan-news.az
7. www.unpan.org
KOMPYUTER ŞƏBƏKƏLƏRININ VƏ ŞƏBƏKƏ ƏMƏLIYYAT SISTEMLƏRININ TƏDQIQI
Nərmin MURADLI
ADPU
muradlinermin.90@gmail.com
AZƏRBAYCAN
İki və ya daha artıq kompyuteri bir-birilə birləşdirdikdə kompyuter şəbəkəsi alınır. Ümumiyyətlə kompyuter şəbəkəsini
yaratmaq üçün xüsusi avadanlıq ( şəbəkə avadanlığı ) və xüsusi proqram təminatı olmalıdır. Ən sadə yol iki kompüteri
birləşdirmək üçün kabeldən istifadə olunmasıdır.Məsələn, əgər kompyuterlərdə Windows ƏS-i yüklənibsə,bunun üçün
başqa heç bir avadanlıq və ya proqram təminatı lazım deyil. Windows ƏS-nin özündə belə bir imkan var.Bu birbaşa
birləşmə adlanır. Kompyuter şəbəkəsində kompyuterlər arasında məlumat və ya informasiya axını yaratmaq üçün şəbəkə və
proqram təminatı bir-birinə uyğun olmalıdır və bir-birilərinə göndərilən informasiyalarının formatı bir standartda olmalıdır.
Beynəlxalq Standart İnstitutu İSO( İnternational Standarts Organization) belə bir model təklif etmişdir. OSİ (model of Open
System İnterconnection – bir-birilə əlaqəli açıq sistem)
Şəbəkə əməliyyat sistemləri arasında Windows Server ƏS-i sistemi çoxdan bir standart kimi qəbul olunmuşdur.
Əməliyyat sistemi hər bir kompüterə lazımdır.Lakin tək işləyən kompyuterlərin tələbləri bir-birilə işləyən kompyuterin
tələbləri fərqlidir və buna görə şəbəkə əməliyyat sistemi çox güclü və etibarlı olmalıdır. Şəbəkə əməliyyat sistemi ilə işləyən
və digər kompyuterləri idarə edən mərkəzi kompyuter server adlanır.Şəbəkədə işləyən ayrı ayrı kompyuterlər isə klient
adlanır.Klient kompyuterlərin əməliyyat sistemlərindən fərqli olaraq Server (şəbəkə əməliyyat sistemi) daha üstün
imkanlara malikdir. Şəbəkə əməliyyat sistemləri xüsusən serverlər üçün yazılıb,ona görə ki,server 10-larla, 100-lərlə
kompyuterlərə müxtəlif xidmətlər göstərməlidir.Məsələn, fayl xidmətləri,çap xidmətləri və.s. Şəbəkənin klientləri öz
işlərində şəbəkə əməliyyat sistemlərinə arxalanırlar. Windows Server ilə işləyən serverlərin kliyent kompyuterlərində
müxtəlif əməliyyat sistemləri ola bilər.
Windows Server yeganə şəbəkə ƏS-i deyil. Hətta ola bilər ki, qonşu şöbələrdə müxtəlif şəbəkə ƏS-ləri işləsin. Əvvəllər
müxtəlif platformalarda olan şəbəkə ƏS-ləri bir-birilərini görə bilmirdi. Artıq bu problem aradan qaldırılıb. Bir-birini
görmək üçün, yəni, yanaşı işləmək üçün lazımlı alətlər şəbəkə ƏS-lərində vardır. Məs: Windows Server ƏS-ində Nowell
NetWare şəbəkə ƏS-i üçün olan alətlərə baxaq:
Directory Services Manager for Netware (DSMN) – NetWare – kataloq xidmətlərinin dispetçeri: bu alət NetWare
serverlərin qeydiyyat yazılarını Windows Server domeni ilə sinxronlaşdırmağa imkan verir. DSMN – istifadəçi və qrupların
qeydiyyat yazılarının idarəetməsinə aid kataloq xidmətlərin imkanlarını Windows Server-dən NetWare serverlərə artırır.
Həm Windows Server, həm də NetWare serverə daxil omağa hüququ olan istifadəçinin və qrupların qeydiyyat yazıları ilə
mərkəzləşmiş idarəetmək olar. Hər bir istifadəçinin daxil olma hüququ olan bütün serverlərdə hansı şəbəkə ƏS-lərinin
onlarda işləməsindən asılı olmayaraq bir parol olur. Özü də, bütün serverlərdə parol sinxronlaşdırılmış qalır. Bu proses –
ikitərəflidir. Bütün istifadəçiləri və qrupları NetWare-dən Windows NT-yə köçürnək olar və əksinə. Beləliklə, birləşmiş
şəbəkələrin resurslarına daxil olmağı – idarə etmək olar.
Sinchronization Manager (Sinxronlaşdırma dispetçeri) – Bu proqramın köməyilə NetWare – kataloq xidməti
dispetçerinin inzibatlaşdırılması (administrasiyası) keçirilir: Açılan pəncərənin başında daxil oladuğunuz domenin adı
göstərilir. Pəncərənin özündə bu domendə olan NetWare – serverlərin siyahısını görmək olar. Işarə (qoyulmuş nişan) –
serverin sinxronlaşıb-sinxronlaşmadığını göstərir. Ümumiyyətlə, burada bir neçə variant ola bilər: Windows NT
klientlərinin NetWare şəbəkələrinin resurslarını istifadə etmək imkanının olması üçün Nowell – müəyyən proqram təminatı
təklif edir. Bu proqram təminatlarından birini quraşdırdıqdan sonar – kompüter həm Windows NT Serverin, həm də
NetWare-nin klienti ola bilər. Bundan başqa Windows NT klienti - Windows NT Serverdə qurulan – NetWare serverin
disklərini NetWare şlyuz xidməti (NetWare Gateway Service) vasitəsilə əldə edə bilər.
Onu da qeyd etmək lazımdır ki, Windows Server ƏS-inin tərkibinə həm də Apple Macintosh kimi xidmətlər də
daxildir.
Əlbəttə, şəbəkədə həmişə hər şey öz qaydası ilə getmir və hərdənbir müəyyən problemlər ortaya çıxır, şəbəkənin işində
nasazlıq yaranır. Belə hallarda, nasazlığın səbəbinin tapılması və aydınlaşdırılması məhz şəbəkə administratorunun üzərinə